Sorosun yeni Ermənistan layihəsi Azərbaycana düşmənçiliyin gücləndirilməsi

Analitika 19:45 22.04.2021

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın sponsorları bir daha özlərini göstərdi. Onlardan biri də Corc Sorosun Açıq Cəmiyyət İnstitutudur. Bu qurum demokratiya, insan hüquqları kimi cəmiyyət üçün faydalı olan məsələlərin arxasında gizlənməyə çalışır. Onun maliyyəsi ilə fəaliyyət göstərənlər aprelin 20-də AŞPA-nın yaz sessiyasında da özlərini büruzə verdilər.

Fondun Ermənistanda geniş fəaliyyəti hər kəsə məlumdur. Sorosun maliyyələşdirdiyi deputatlar Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərirlər. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyinin sponsorunun Açıq Cəmiyyət İnstitutu olduğu ehtimalı gündən-günə özünü təsdiqləyir. Onun maliyyəsi hesabına Ermənistanın baş naziri Nikol Paşinyan və komandası artıq demokratiya adı altında ölkədə avtoritar rejim yaradır. Aprelin 21-də Zəngəzur vilayətinin Meğri və Aqark şəhərlərində sakinlər Soros “demokratiyasının” iç üzünü göstərdi. Həmin gün əhali Paşinyanı adıçəkilən şəhərlərdən qovdu. Aprelin 22-də isə Meğri şəhərinin meri Mxitar Zakaryan tutularaq Yerevana gətirilib. Bu şəhərlərdə mülki vətəndaşlarla görüş keçirib yürüş edə bilməyən Paşinyan Kacaranda hərbçilərlə görüşüb. Bu onu göstərir ki, Sorosun Ermənistanda qurmaq istədiyi demokratiya hərbi-avtoritar rejimə çevrilir. Ermənistanda baş verən son hadisələr həm də Soros demokratiyasının maskasını cırır. Onun vəd etdiyi demokratiya daha çox xaosdur. Fondun bəslədiyi kadrlar isə Türkiyə və Azərbaycana böhtan demək yarışına çıxıblar. Onların belə çıxışları ilə bağlı layihələrini isə fond maliyyələşdirir.

AŞPA-nın yaz sessiyasında “Azərbaycandakı erməni əsirlər"in məsələsi də gündəliyə salınmışdı. Bu məsələni daha çox Fransadan olan deputatlar qabardıblar. Soros Fondunun maliyyələşdirdiyi Ermənistan hakimiyyətinin onlarla əlaqəsi olduğu istisna edilmir. Müzakirəni Fransa Senatının üzvü Alen Milon açıb. O, Azərbaycanda “erməni əsirlər"in qaldığını iddia etməklə Ermənistanın dediklərini təkrarlayıb. Onun həmvətəni Bernar Furnye də Azərbaycana qarşı şər-böhtan atıb.

Azərbaycan tərəfi bu məsələyə çoxdan münasibət bildirib. Rəsmi Bakı ölkədə Ermənistana aid əsirlərin olmadığını dəfələrlə vurğulayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 8-də keçirdiyi mətbuat konfransında deyib: “Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Rəsmi Bakı öhdəliklərinə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib”. Onun sözlərinə görə, hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir, antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. C.Bayramov vurğulayıb ki, bəyanat imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir.

Deməli, Sorosun maliyyələşdirdiyi Ermənistan rəhbərliyi, parlament üzvləri və Fransadan olan deputatlar terrorçuların azadlığa çıxmasına çalışırlar. Bu baxımdan Azərbaycan ərazisində törədilən və ya törədilməsinə cəhd edilən terror aksiyalarını bu fond maliyyələşdirib. Yeri gəlmişkən, bir məsələyə də diqqət çəkmək istərdik. AŞPA-nın bu sessiyasınadək Azərbaycanın Qarabağ bölgəsinin böyük bir hissəsi Ermənistanın işğalı altında idi. 2020-ci ilin yaz sessiyasında və nə də ondan əvvəl təxminən 25 il ərzində AŞPA işğalçı ölkənin ordusunun Azərbaycan ərazisindən çıxarılmasına dair heç bir bəyanat verməyib. Sorosun yetişdirdiyi indiki Ermənistan hökumətinin başçısı Paşinyan qanunsuz olaraq Qarabağa gələndə, oğlu Azərbaycan ərazisində hərbi xidmət keçəndə bu qurum susdu. Qarabağı işğal edəndən sonra nə Soros, nə də onun fondu Ermənistana Qarabağdan çıxın deyə tövsiyə vermədi.

Ümumiyyətlə, noyabrın 10-da imzalanan bəyanatdan sonra bir sıra dövlətlər sanki bir-birinin ağzına baxırmış kimi “əsirlər"in qaytarılmasını təkrarlayırlar. Axı Ermənistan hərbçisinin Azərbaycan torpaqlarında nə işi var idi? Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini soroslar və başqaları niyə seyr edirdilər? Elə həmin dövlətlər, lap elə Corc Soros Fondu sponsoru olduğu Ermənistan hökumətindən minalanmış ərazilərin xəritəsini Azərbaycana verilməsini niyə istəmir? Yaxud Soros və ermənilərin başqa havadarları və sponsorları niyə bu sullara cavab vermir və ya bu istiqamətdə Ermənistana təzyiq göstərmir - Ermənistan Silahlı Qüvvələrinin Qarabağda nə işi var? Ermənistan noyabrın 10-da götürdüyü öhdəlikləri niyə yerinə yetirmir? Bəyanatın “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” şəklindəki 4-cü maddəsinə niyə əməl edilmir? Yaxud 9-cu maddə nə vaxt icra olunacaq - “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib. Qarabağda separatçıların silahlı qüvvə saxlamasının anlamı nədir? AŞPA-da və başqa beynəlxalq təşkilatlarda Azərbaycana qarşı çıxış edənlər həmin silahlı dəstələrin tərksilah olunmasına niyə çalışmır? Ermənilər bunu təhlükəsizliyi təmin etmək üçün edirlərsə, onda Rusiyanın sülhməramlıları niyə bölgəyə yeridilib? Yoxsa Ermənistan və separatçılar Rusiyaya inanmır? Belə çoxsaylı sualların cavabı Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı iddialarından əl çəkməsi, regional əməkdaşlığa üstünlük verməsindədir. Sponsorları Ermənistanın bu şərti əməl etməsinə çalışmır. Onlar rəsmi Yerevanın Azərbaycan və Türkiyə əleyhinə olmasında daha çox maraqlı görünürlər. Azərbaycanla “əsirləri qaytar” oyunu, Türkiyə ilə “erməni soyqırımı” saxtakarlığı sorosların ermənilərə verdiyi tezisdir. Təəssüf ki, ələbaxım olaraq tərbiyə edilmiş Ermənistan cəmiyyətinin yetişdirdiyi rəhbərlər də “açıq cəmiyyətlər"in layihələrinin əsiridir.

Sədrəddin Soltan

Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors - VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Hamısı