Ermənistanda seçki “şousu” davam edir

Analitika 15:12 04.05.2021

Ermənistanda seçkiqabağı kampaniya, daha doğrusu bir neçə gün bundan əvvələ qədər baş nazir, indi isə baş nazirin “vəzifələrini həyata keçirən” Nikol Paşinyan və onun nəzarəti altındakı müxalif qüvvələrin qurduğu seçki şousu davam edir. Bu səhnə çərçivəsində 3 mayda Ermənistan parlamentində formal olaraq yeni baş naziri seçməyə cəhd etdilər. Formal olaraq ona görə ki, siyasi qüvvələr yeganə namizəd, baş nazir vəzifələrini həyata keçirən Nikol Paşinyanın tələb olunan miqdarda səs toplaya bilməməsi ilə əlaqədar razılığa gəlmişdilər. İndiki mərhələdə yeni baş nazirin seçilməsi ssenariya daxil edilməyib. Onların qurduğu plan Paşinyanın məhz növbədənkənar parlament seçkilərində səs çoxluğu ilə qalib gələrək baş nazir seçilməsini nəzərdə tutur. Buna görə də Paşinyan indiki mərhələdə Parlament kürsüsünü özünü təbliğ etmək və müxalifəti gözdən salmaq üçün istifadə edir.

Müxalif qüvvələr içində iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə Paşinyana qarşı çıxarıla biləcək potensial namizəd isə hələ gözə dəymir.

Nikol Paşiniyanın Baş nazir postundan könüllü istefasından və “ Baş nazir vəzifəsini icra edən” ləqəbini götürməsindən sonra  parlament iki dəfə yeni Baş naziri seçməyə cəhd etməli və seçə bilməməlidir. Bundan sonra konstitusiyaya uyğun olaraq ölkədə növbədənkənar parlament seçkiləri təyin olunmalıdır.

Amma Ermənistanda bu dəfə də vəziyyət “ermənisayaq” alındı: Əvvəl növbədənkənar parlament seçkilərinin vaxtı müəyyən olundu, sonra baş nazir “istefa” verdi, indi isə onu “ seçməməyə” çalışırlar. Hazırda erməni parlamentarilər məhz bu “oyunla” məşğuldurlar. Teatr Ermənistan konstitusiyasının tələblərinə uyğun deyil, Paşinyan və tərəfdarlarının qurduğu ssenari çərçivəsində aparılır. Bu ssenariyə əsasən may ayının 10 –u üçün nəzərdə tutulan parlament iclasında da yeni baş nazir seçkisi “nəticəsiz” nəticələnəcək. Bu vəziyyət Paşinyanın Ermənistan konstitusiyasına etdiyi “əlüstü” düzəlişlər nəticəsində mümkün oldu.

Son “səhnə” zamanı 75 deputat “bitərəf” qalıb, 3 nəfər yeni baş nazirin seçilməsinin əleyhinə, bir nəfər isə lehinə səs verib. Səs vermədə iştirak edən deputatların hamısı birmənalı olaraq hakimiyyətdə olan “Mənim addımım” blokuna daxildir. “Çiçəklənən Ermənistan” partiyası iclasda iştirak etməkdən imtina edib, “Ziyalı Ermənistan” partiyası isə səs verməyib.

Müxalif partiyalar daxilində fraksiyalardan birinin namizəd çıxaracağı haqqında danışıqlar getsə də, mayın 3-də keçirilən iclasda bu baş vermədi. Bununla onlar Paşinyanın planına mane ola bilməsələr də heç olmasa diqqəti özlərinə çəkmək istəyirdilər. Amma Nikol Paşinyan elə iclasın başlanğıcında bu fikirdə olanlara ciddi xəbərdarlıq etdi: Əgər formal olsa belə,ondan başqa namizəd ortaya çıxarsa “Mənim addımım” fraksiyasının öz namizədini - yəni onu baş nazir seçməsi qaçılmazdır.

Görünən budur ki, iyun ayının 20-nə nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinin” taleyi” Nikol Paşinyan və onun tərəfdarlarının əlindədir. Eyni zamanda, onlar bu seçkiyə qədər də Nikolu yenidən Baş nazir seçə bilərdilər. Elə isə növbədənkənar seçki “şousunu” səhnələşdirməkdən məqsəd nədir?

Növbədənkənar seçkinin keçirilməsi haqqında qərarın qəbul edilməsinin səbələri müxtəlifdir və onlar haqqında uzun-uzadı danışmaq olar. Təfəvvürata varmadan bu çoxgedişli kombinasiyanın bir səbəbini açıqlayaq:

Paşinyan seçkinin keçiriləcəyi günə qədər qalan müddətdə parlament kürsüsündən özünü təbliğ etmək və ona qarşı dayanan qüvvələri gözdən salmaq  üçün istifadə edəcək. Mayın 3-də olan iclas zamanı biz bunun bir daha şahidi olduq. Paşinyanın əzəli və əbədi düşmənləri olan Qarabağ klanı və bu klanın ən öndə gedən nümayəndələri hesab olunan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyana qurtuluş yoxdur. Onların bu seçki zamanı kitablarının tam bağlanması üçün çox ciddi işlər gedir.

Əlimusa İbrahimov

Politoloq

No description available.

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Hamısı