Azərbaycanın 3 terrorçunu geri qaytarmasının pərdəarxası Politoloq şərh edir

Analitika 15:46 05.05.2021

Azərbaycan-Ermənistan münaqişəsində uzun müddətdir müzakirə edilən terrorçular məsələsində yenilik baş verib. Azərbaycan atəşkəs bəyannaməsindən sonra ölkəmizə soxulan və həbs edilən erməni terrorçularından 3 nəfəri Yerevana qaytarıb.

Dünən gündüz saatlarında Yerevandan qalxan təyyarə Bakıya enib. Axşam  isə 3 terrorçu həmin təyyarədə Ermənistana göndərilib. Terrorçuları aparan təyyarənin Rusiya sülhməramlılarının rəhbəri general-leytenant Rüstəm Muradova aid olduğu bildirilib.

Ermənistan tərəfi bu prosesdə Rusiya Müdafiə Nazirliyi və Rüstəm Muradovun xüsusi səylərini qeyd edib. Xatırladaq ki, aprel ayının 8-də də Rüstəm Muradovun təyyarəsi Yerevana eniş etmişdi. Bu zaman erməni mətbuatı “girovlar”ın qaytarılması ilə bağlı məlumat yaymışdı. Lakin Muradov bunun yalan olduğunu və Ermənistan hakimiyyətinin xalqı aldatdığını bildirmişdi.

Bu dəfə boş qayıtmayan təyyarə Azərbaycanın hansı səbəbdən bu hadisəyə qol qoyması və gələcək irəliləyişlərlə bağlı suallar yaradır.

Eurasia Diary bu suallara cavab tapmaq üçün politoloq Adıgözəl Məmmədovun fikirlərini alıb.

Politoloq məsələyə bir bucaqdan deyil, çoxşaxəli baxmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu hadisədə Rusiyanın roluna xüsusi diqqət yetirmək lazımdır.

“Baxmayaraq ki, Rusiya xarici siyasətinin əsas siması Sergey Lavrovdur, o, qərarları sadəcə öz iradəsi əsasında vermir. Burada Rusiyanın “dövlət ağlını” qeyd etməliyik. Bu baxımdan çıxış edərək regionda Rusiyanın xarici siyasətinin təzahürünü müşahidə edirik. Bunlardan biri də elə girovların azad edilməsi məsələsidir. Tam birmənalı olmasa da, ən azı Rusiyanın məsələyə qarışmasından sonra girovların azad olunması həyata keçirilib. Çünki bizim Ermənistanla birbaşa əlaqəmiz tam nizamlanmayıb, ona görə də vasitəçi kimi hal-hazırda Rusiya iştirak edir. Rusiya bütün bu addımları dövlət şüurunun məntiqi ilə həyata keçirir. Bu hadisə sadəcə 3 erməninin azadlığı deyil, Rusiyanın uzaq strateji siyasi məqsədlərinin mövcudluğudur. Bu niyyətlər kontekstində girovların azad olunması göstəricidir. Bu o deməkdir ki, Rusiyanın siyasi iradəsi Azərbaycan siyasi rəhbərliyi tərəfindən bu və ya digər formada diqqətlə qarşılanır. Rusiya üçün bu çox böyük faktordur. Məsələn, başqa bir dövlət müraciət etsəydi, girovların azad olunması hadisəsi baş verməzdi. Rusiya yenidən göstərir ki, həm Azərbaycan, həm də Ermənistan onun yanaşmalarını diqqət göstərir. Eyni zamanda, Rusiya qonşu dövlətlərə mesaj verir ki, region bir qüvvəyə daha çox diqqətlə yanaşır və hər iki tərəfdən də qəbul olunur”, deyə politoloq söyləyib.

Adıgözəl Məmmədov bundan başqa səbəblərin mümkün olduğuna nəzər yetirib. O, Azərbaycanın “girovlar”ın müqabilində müəyyən müzakirələr həyata keçirə biləcəyini qeyd edib: “Bunlardan biri erməni silahlılarının Azərbaycanın azad etdiyi ərazilərdə, xüsusilə yeni status-kvonun sərhədlərində olmasıdır. Onlar buradan kənara çəkilmir və müdaxilə edirlər. Başqa müzakirə predmeti mina xəritələri ola bilər. Erməni faşistləri azad olunmuş torpaqların böyük qismini minalayıb. Qeyd etməliyik ki, minalanmış ərazilərin coğrafi xəritəsi Ermənistan Baş Qərargahında var. Rusiyanı bu müzakirələrə qoşaraq xəritələrin alınmasını təmin etmək olar”.

Politoloq Azərbaycan siyasi rəhbərliyinin inam yaratmaq üçün addım atma ehtimalını da unutmayıb. O, Azərbaycanın hədəfinin ermənilərin deyil, torpaqların azadlığı olduğunu vurğulayıb.

“Prezident İlham Əliyevin torpaqların azadlığı uğrunda uğurlu siyasəti çərçivəsində Azərbaycan tərəfi öz humanizmini də nümayiş etdirir. Axı bizim hədəfimiz ermənilər deyil, torpaqların azad olunmasıdır. Bizim məqsədimiz erməniləri əsir almaq deyil, biz humanist xalqıq və eyni zamanda öz torpaqlarını azad etmək üçün döyüşüb şəhadətə yüksələn xalqıq. Sadəcə olaraq ermənilərin kirli məqsədləri kənara qoyması və xalqlararası diplomatiyanın başlanması üçün zəmin də yaradırıq”, deyə politoloq bildirib.

Azərbaycanın saxladığı terrorçuların sayı təxminən 60-ı keçir, lakin dünən onlardan sadəcə 3-ü geri qaytarılıb. Politoloq ermənilərin geri qaytarılmasında psixoloji faktorun da rol oynadığını bildirib. O, saxlanılan terrorçuların arasında qatı cinayətkar kimi yetişdirilənlərin də mövcudluğunun nəzərə alındığını hesab edir: “Əsir düşmüşlərin içində qatı cinayətkarlar ola bilər. Onlar psixoloji olaraq bu cür yetişdirilir və azad etsək yenə də öz əməllərinə davam edəcəklər. Azərbaycanın ərazi bütövlüyünə, xalqına qarşı fəaliyyət göstərə bilərlər. Elə insanlar da ola bilər ki, sadəcə olaraq təsir altına düşmüş insanlardır. Dəyişmə prosesində bu faktoralara da baxılır. Elə qatı cinayətkarlar var ki, onlar kütləvi şəkildə azərbaycanlıların qətlindən həzz alır. Bu insanlar ümumiyyətlə cəmiyyət üçün zərərlidir və əfv olunması düzgün deyil. Bəlkə də Azərbaycan rəhbərliyi onların həbsini düşünür”.

Ermənistan nə qədər də terrorçuların geri qayıtmasını tələb etsə də, onların əlində Birinci Qarabağ müharibəsindən saxlanılan əsirlər var. Azərbaycanın ötən müharibədə itkin düşən vətəndaşlarının sayı dörd minə yaxındır. Onların nə qədərinin hələ də əsirlikdə olması da məlum deyil. Azərbaycan qarşı tərəfdən öz əsirlərinin də geri verilməsini tələb edə bilər. Politoloq burada bizim əsirlərin dinc əhali, onlarınkının isə silahlı olması amilinə xüsusi diqqət yetirib.

“Biz vasitəçi tərəf kimi Rusiyaya müraciət edə bilərik ki, Ermənistan tərəfində bizim dinc əhalidən girovları var. Bizim saxladığımız ermənilər isə faktiki olaraq silahlılardır. Hər halda, Ermənistanın əsirlərlə bağlı müəyyən arxiv sənədləri var. Onların harada olması, ola bilsin ki, üçüncü ölkəyə köçürülməsi, vəfatı haqqında məlumat verməlidirlər. Bu cür proseslər isə müzakirələrin və danışıqların gizli tərəfləridir və ictimailəşdirilmir. Son proses də müzakirə predmetinin bir hissəsi ola bilər. Azərbaycan saxlanılan terrorçuların hamısını təhvil verməyib. Bizdə bu barədə oturuşmuş yanaşma var. Burada Azərbaycanın strukturlarının birləşdirilmiş dövlət ağlı işləyir. Azərbaycan milli mənafelərinə uyğun istifadə olunacaq və olunmalıdır”, deyə Adıgözəl Məmmədov söyləyib.

Ülvi Əhmədli

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Hamısı