Lavrovun fikirləri Azərbaycanın daxili işlərinə qarışmaq, Ayvazyanınkı isə hüquq pozuntusudur Tofiq Zülfüqarov

Analitika 18:45 07.05.2021

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünən Ermənistanın paytaxtı Yerevana səfər edib. Lavrov ermənistanlı həmkarı Ara Ayvazyan və Baş nazir səlahiyyətini icra edən Nikol Paşinyanla görüşüb.

Səfər çərçivəsində Lavrov özünü sərbəst apararaq Azərbaycanın daxili məsələlərinə toxunmaqdan qaçınmayıb. Rusiya XİN başçısı bəyanatlarında dolaşıq ifadələrlə yadda qalıb.

Lavrov Rusiya sülhməramlılarının sərhədləri delimitasiya və demarkasiya proseslərində iştirakını əhəmiyyətini bildirib. O, təmas xəttinin müəyyənləşməsinin vacibliyini qeyd edib.

Münaqişənin bitməsinə baxmayaraq görüş zamanı Lavrov keçmişlə yaşayaraq təmas xəttindən, Ayvazyan isə statusun müəyyən edilməsindən bəhs edib. Bundan əlavə Lavrov iki ölkə arasında münasibətlərin inkişafından da ağız-dolusu danışıb.

Eurasia Diary Lavrovun səsləndirdiyi kölgəli məqamlara aydınlıq gətirmək üçün Azərbaycanın sabiq xarici işlər naziri və politoloq Tofiq Zülfüqarovun şərhini alıb.

Keçmiş diplomat Lavrovun bir çox fikirlərinin suallar yaratdığını qeyd edib. O, bunların reallıqdan uzaq olduğunu hesab edir: “Lavrovun bəyanatları ermənipərəst kimi görünür. Onun siyasi xətti də ermənipərəstdir və dəfələrlə Azərbaycanda tənqid olunub. İndiki mərhələdə onun gəlişi Ermənistan-Azərbaycan arasında məsələlərlə deyil, ilk növbədə Ermənistanın Rusiya orbitində qalması məqsədi ilə bağlıdır. Qarşıda növbədənkənar seçkilər olacaq və Ermənistanda Rusiyaya qarşı tənqidi və düşmənçilik şüarları həddindən artıq çoxdur. Bu seçkilər Ermənistanın gələcəyini müəyyən edəcək. Yəni onların Rusiyapərəst yoxsa Qərbyönümlü siyasət yürüdəcəkləri bəlli olacaq. Bu bəyanatlara Azərbaycan çox da fikir verməməlidir. Çünki onun şərh etdiyi mövzular ilk növbədə Azərbaycanın suveren  hüquqlarına aiddir. Ona isə bizim daxili işlərimizə müdaxilə etmək üçün heç bir səlahiyyət verilməyib, ələlxüsus Ermənistanda olarkən. Onun bu çıxışları Azərbaycana gəlişinin uğurlu səfər olmasını kölgə altına salır”.

Politoloq Lavrovun təmas xətti və demarkasiya ilə bağlı fikirlərinə toxunaraq, Azərbaycanın “təmas xətti” ilə bağlı ifadəni qəbul etmədiyini vurğulayıb.

“Azərbaycanın ərazisində heç bir təmas xətti müzakirə oluna bilməz. O bölgələrdə reinteqrasiya prosesi gedir və təmas xətti olmayacaq. O ki, qaldı delimitasiya və demarkasiya proseslərinə, bəli burada Rusiya de-fakto iştirak edir. 10 noyabrda bağlanmış bəyannamədə bununla bağlı bənd olmdaığı üçün de-fakto fəaliyyət göstərir. Ümumiyyətlə qeyd edək ki, onun iştirakı müsbət haldır. Bəzi məqamlarda görürük ki, xəritələr bərpa olunur. Münaqişədən qabaq Ermənistan tərəfindən zəbt olunan ərazilər də var, onlar da bərpa olunur. Onun bu bəyanatları və diversantlarla bağlı fikirləri tam ciddi qəbul oluna bilməz. Bu proseslər onsuz da gedir. Bu görüşdə səsləndirilən bəyanatlar Ermənistanda Rusiyapərəst qüvvələrə dəstəyi ehtiva edir”, deyə Tofiq Zülfüqarov söyləyib.

Görüş çərçivəsində Ermənistanın Xarici İşlər nazirinin səlaiyyətlərini icra edən Ara Ayvazyan Dağlıq Qarabağ münaqişəsinin həlldən uzaq olduğunu bildirib. O, danışıqlar yolu ilə və statusun müəyyən olunmasından sonra yekun sülhün ola biləcəyini qeyd edib. Politoloq Ayvazyanın bu fikrinin Azərbaycanın daxili işinə müdaxilə kimi izah edib: “Ayvazyanın bizim suveren hüququmuz olan torpaqlarımız haqqında hansısa fikir söyləməsi bizim daxili işlərimizə müdaxilədir. Ermənistan 30 il ərzində ərazi iddialarını öz siyasətində, hərbi təcavüzündə, etnik təmizləmələrində, anneksiya siyasətində səsləndirirdi. Amma müharibədən sonra Azərbaycan bu işğala son qoyub və işğalçını rədd edib. İndi bizə aid hansısa fikirlərin səsləndirilməsi beynəlxalq qanunların pozuntusudur”.

Tofiq Zülfüqarov Azərbaycanın da Ermənistana qarşı ərazi iddiası etməyə haqqı çatdığını dilə gətirib. O, Ermənistanın bənzər siyasətinin susturmağın əsas yolu kimi bu üsulu görür.

“Mən bu yaxınlarda təklif irəli sürdüm ki, artıq Azərbaycanda rəsmi şəkildə Ermənistana qarşı ərazi iddialarını səsləndirməliyik və bundan çəkinməməliyik. Çünki bizə hansısa şəkildə buna aid  irad bildirilsə, biz bildirəcəyik ki, Ermənistan ərazi iddialarını açıq şəkildə səsləndir və tənqid olunmur. Burada Zəngəzur, Göyçə mahalı kimi ərazilər nəzərdə tutulur. Bizim həmin bölgələrə ərazi iddiası etmək üçün həm tarixi, həm mənəvi əsaslarımız var. Zəngəzur dəhlizi deyilən ərazi 1927-ci ildə tam şəkildə Ermənistana birləşdirilib. Bu baxımdan bizim əsaslarımız var ki, Sovet vaxtında alınmış əraziləri qaytaraq. Orada etnik təmizləmələr, departasiyalar həyata keçirilib. Bizə qarşı daima səslənən ərazi iddialarına son qoymaq üçün eyni şeyi etməliyik”, deyə keçmiş diplomat bildirib.

Sergey Lavrov danışıqlar prosesinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun iştirakına ehtiyac olduğunu söyləyib. Azərbaycan siyasi rəhbərliyinin səmərəsiz hesab etdiyi bu qurumun yenidən masaya qayıtmasında Lavrovun hansı məqsəd güddüyü maraq doğurur.

“Minsk Qrupunun olub olmaması, Azərbaycandan asılıdır. Vaxtilə biz ATƏT-ə müaricət edib vasitəçilik istədik. İndi isə Azərbaycan Prezidentinin dediyi kimi status-kvo dəyişib və ərazi bütövlüyümüz bərpa olunub. Bunun üçün də bizə vasitəçilik lazım deyil, çünki münaqişə yoxdur. Biz bunu açıq şəkildə bəyan etməliyik. Bu bölgədə münaqişə yoxdur və reinteqrasiya prosesləri gedir. Biz isə bu məsələyə Türkiyəni dəvət etmişik. Bu baxımdan bizə Rusiya-Türkiyə tandemi sərf edir. Bizə başqa qurumların və ya iştirakçıların vasitəçilik təklifi lazım deyil”, - Tofiq Zülfüqarov fikrini tamamlayıb.

Ülvi Əhmədli

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Hamısı