Pekin üçüncü dünya müharibəsinə hazırlaşırdı Koronavirusla bağlı yeni iddia

Analitika 21:26 10.05.2021

“Çinli alimlər pandemiyanın yayılmasından hələ 5 il öncə koronavirusun silah kimi istifadə edilməsi ilə bağlı təcrübələr aparırdılar. Bu qalmaqallı məlumat ABŞ Dövlət Departamentinin yaydığı son hesabatda yer alıb. Qərb mətbuatının Dövlət Departamentinə istinadən yaydığı hesabatda vurğulanıb ki, Çin üçüncü dünya müharibəsini bioloji silahlar vasitəsilə aparılacağını proqnozlaşdırırdı. Koronavirusla bağlı tədqiqatlar da məhz bununla bağlı idi”.

Bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Facebook səhfəsində paylaşımında bildirib.

Politoloq Böyük Britaniyanın “The Sun” qəzetində yayımlanan məqalədə ABŞ Dövlət Departamentinin hesabatının məxfi məlumatlara əsasən hazırlandığı bildirilib:  “Həmin kəşfiyyat məlumatlarında çinli mütəxəssislərin və hərbi həkimlərin koronavirus haqqında 2015-c ili əhatə edən yazışmaları yer alıb. Bu yazışmalarda çinli alimlər SARS virusuna bənzər koronavirusun xarakterini belə təsvir ediblər: “Virus insan bədəninə keçdikdə ağır xəstəliyə səbəb olur və sürətlə yayılmağa başlayır”. Son hesabat Çinin qonşusu Avstraliyada da ciddi müzakirələrə səbəb olub. Avstraliya ilk ölkələrdən idi ki, koronavirusla bağlı beynəlxalq araşdırma qrupunun yaradılmasını təklif etmişdi. Avstraliya rəsmiləri Çini koronavirus barədə dünyanı ilk günlərdə məlumatlandırmamaqda ittiham edirdi. Həqiqətən koronavirus yayılmağa başladıqda Çin uzun müddət bunu gizli saxlamağa çalışdı. Çin proses yalnız nəzarətdən çıxdıqdan sonra Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırmağı lazım bildi. Artıq gec idi. Virusun yayılma sürəti və ölənlərin sayı artmışdı”.

Politoloq əlavə edib ki, Çinin bilərəkdən virusu yaymasına dair faktlar yoxdur. Ancaq son hesabatdan da aydın olur ki, virus Çindəki laboratoriyadan sızıb: “Yəni çinli alimlər süni yaradılan virus üzərində tədqiqatlar aparırdı və bir müddətdən sonra virus hansısa yolla laboratoriyadan kənara çıxıb. Hesabatda çinli alimlərin tədqiqata müvafiq ad qoyduqları da yer alıb: “SARS və yeni virusların bioloji silah kimi istifadəsi”. Koronavirusun Uhandakı bazardan yayıldığı hesab olunurdu. Ancaq Dövlət Departamentinin hesabatından aydın olur ki, virus həmin bazara laboratoriyadan sızıb. Avstraliyada yerləşən strateji araşdırmalar mərkəzinin direktoru Piter Ceninqsin yerli mətbuata verdiyi açıqlamaya görə, Çində alimlərin viruslar üzərindəki tədqiqatları illərdir davam edirdi: “Çin gələcək bioloji müharibəyə hazırlaşdığına görə laboratoriyalarında geniş tədqiqat çalışmaları həyata keçirirdi. Çinli alimlərin gəldiyi nəticə bundan ibarət olub ki, bioloji silahla hücum düşmənin səhiyyə sistemini dağıda bilər. Çin bu qənaətə SARS virusunun yayıldığı 2003-cü ildə gəlmişdi”.

Elxan Şahinoğlunun sözlərinə görə, yeni hesabat Çindən əldə edilən kəşfiyyat məlumatları əsasında hazırlanıb: “Məsələn hesabatda yazılıb ki, Çinin 18 alimi Müdafiə Nazirliyinin sifarişi əsasında virus üzərində tədqiqatlar aparırdı. Tədqiqatlar Hu Desonq adlı çinli alimin rəhbərliyi altında həyata keçirilirdi. Bu alim 2003-cü ildə SARS-la mübarizəyə də rəhbərlik edib və nəticələri barədə Müdafiə Nazirliyinə hesabat hazırlayıb. Görünür, məhz buna görə Çinin Müdafiə Nazirliyi adı çəkilən alimi növbəti tədqiqatlara cəlb edib. Pekində hesab ediblər ki, SARS ağır virus olmaqla yanaşı düşmənə qarşı hücumda istifadə oluna biləcək bioloji silahdır. Dövlət Departamentinin hesabatında o da vurğulanıb ki, Çindən yayılmağa başlayan virusa qarşı Pekin ciddi tədbirlər gördü və məhz bunun nəticəsində əhalisi milyard yarım olan ölkədə xəstəliyin qarşısı alındı. Çində 90 min nəfər arasında yayılan virus nəticəsində təxminən 4 mindən bir qədər çox insan vəfat edib. Bu o biri böyük dövlətlərlə müqayisədə xeyli kiçik rəqəmdir. Çin normal həyata qayıdıb, hətta virusun yayıldığı Vuhanda şənliklər və konsetrlər təşkil edilir. Dövlət Departmanetinin hesabatı bu cümlə ilə bitir: “Pekin səhvini etiraf etmək istəmir”.

Politoloq deyir ki, Dövlət Departamentinin Qərb mətbuatı vasitəsilə yaydığı hesabat Çin hakimiyyətinə qarşı tənqidləri artıracaq: “Çinlə qonşu olan Hindistan faciəvi günlərini yaşayır, hər gün yüz minlərlə insan virusa yoluxur, 4 minə yaxın insan həlak olur. Hindistanda virusdan gündəlik ölüm, Çinin virusdan ümumilikdə ölən vətəndaşları qədərdir. Dünya hələ ki, virusla mübarizəni davam etdirir və Dövlət Departamentinin Çinlə bağlı hesabatı hələlik mətbuatın diqqətini cəlb edib. Ancaq pandemiyanın miqyası azalan kimi beynəlxalq aləm vurisun sızması ila bağlı Çinə yönəlik sualların sayını artıracaq. Çünki bu məsələ tam araşdırılmasa, bəşəriyyət Çin laboratoriyasından sızan növbəti virusla üz-üzə qala bilər”.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Hamısı