Koçaryan da, Paşinyan da avantürist və qeyri-ciddi adamlardır Ekspert

Analitika 11:46 10.06.2021

Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlərin qaldığı bir vaxtda, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan özünün gülünc bəyanatları ilə yenidən gündəmə gəlib. Ümumən, parlament seçkilərinin Ermənistanın xarici siyasətində dəyişəcəyi nüanslar, Rusiya XİN rəhbəri Sergey Lavrovun “Primakov qiraəti” forumunda mövcud olmayan bir məsələdən – Qarabağın statusu barədə müəmmalı açıqlaması, Qarabağdakı mina xəritələrinin Rusiya sülhməramlılarına verilməsi ilə bağlı iddialar və bu kimi məsələlər həm Azərbaycanda, həm də Ermənistanda siyasi gündəmin əsas mövzusudur.

Eurasia Diary bu və digər məsələlərlə bağlı araşdırmaçı jurnalist Elçin Alıoğlu ilə söhbətləşib.

- Elçin bəy, Ermənistanda baş tutacaq parlament seçkilərində əsas rəqiblər Koçaryan – Sarqsyan cütlüyü və hazırda hakimiyyətdə olan Paşinyan komandasıdır. Azərbaycan və ümumən, region üçün Ermənistan hakimiyyətində hansı yönümlü qüvvələrin təmsil olunması daha məqsədəuyğundur?

- İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə 27-dən artıq siyasi partiya və koalisiya qoşulub. Ancaq əsas rəqabət Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan və indiki baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında gedir.  Ermənistanın üçüncü prezidenti olmuş Serj Sarqsyanın parlamentdə həlledici fraksiya formalaşdıraraq, baş nazir seçilmə şansı sıfıra bərabərdir. Ümumiyyətlə, Ermənistanda hakimiyyətə hansı qüvvənin gəlməsi Azərbaycan üçün xüsusi önəm daşımır. Bunun əsas bir səbəbi var. Ermənistanda əzəli revanşizm meyli çox güclüdür. II Qarabağ savaşında Ermənistanın məğlubiyyəti, məğlub duruma düşmələri onlarda psevdo-qisasçılıq duyğularını daha da kəskinləşdirib və hakimiyyətə gələn istənilən siyasi qüvvə, özünün prioritetləri nə olursa-olsun, mütləq cəmiyyətdən gələn sosial sifarişi – revanşist siyasəti gerçəkləşdirmək yönündə addımlar atmağa çalışacaq. Lakin bu addımlar reallaşa bilməyəcək, çünki Ermənistanın siyasi, iqtisadi, hərbi potensialı bu istəkləri gerçəkləşdirməyə imkan vermir.

- Paşinyanın müxalifəti hədələməsini, “oğlumu Azərbaycandakı hərbçilərimizlə dəyişərəm” kimi son bəyanatlarını necə şərh etmək olar? Sizcə, kütləyə bu cür populizmlə təsir etmək mümkündürmü?

- Məsələ burasındadır ki, Ermənistanda siyasi mübarizəyə qalxan hər iki cəbhənin lideri – Koçaryan da, Paşinyan da avantürist, volyuntarist və düşüncəsiz bəyanatlar verməkdən çəkinməyən qeyri-ciddi adamlardır. Real yanaşsaq, onlar hazırkı situasiyada bu cür bəyanatlar verməyə məcburdurlar. Robert Koçaryan baş nazir seçiləcəyi halda Ermənistan ərazisində ikinci rus hərbi bazasının yaradılmasına çalışacağını söyləyir. Paşinyan isə bəyan edir ki, oğlunu Azərbaycan ərazisində terror və diversiya fəaliyyətində şübhəli bilinərək saxlanılan erməni hərbçiləri ilə dəyişməyə hazırdır. Reallıq isə budur ki, onların heç biri bu addımları atmayacaq. Hər iki şəxsin səsləndirdiyi bəyanatlar sırf kütlənin maraqlarına hesablanmış hay tipli boşboğazlıqdır. Görünür, hələ Ermənistanda normal ölkələrə məxsus piar-menecment anlayışı formalaşmadığından, onlar seçki təbliğatında bu cür çirkin texnologiyalardan istifadə etməyə məcburdurlar.

- Rəy sorğularında Paşinyan qismən öndə olsa da, demək olar, Koçaryanla bərabər qüvvə ilə mübarizə aparırlar. Bu, Ermənistanda vətəndaş cəmiyyətini iki hissəyə parçalaya bilərmi? Koçaryanla Paşinyan arasında mübarizə nə ilə nəticələnə bilər?

- Son rəy sorğularının nəticələrinə baxsaq, Paşinyan irəlidədir. Lakin deməliyəm ki, bu rəy sorğuları çox da inandırıcı deyil. Exit-poll-un nəticələrini gözləmək lazım gələcək. Çünki Ermənistanın əyalətlərində Paşinyanın tərəfdarları çoxluq təşkil edir, bunun əksinə olaraq, mərkəz şəhərlərdə və İrəvanın özündə isə Paşinyanın əleyhdarları daha aktivdir. İndiki situasiyada onların siyasi mübarizəsi hansı kontekstdə davam edəcək, bu, daha maraqlıdır.

Sualınızın ikinci tərəfinə gəldikdə isə deməliyəm ki, Koçaryanla Paşinyan arasında qarşıdurma Ermənistanda vətəndaş cəmiyyətinin parçalanmasına səbəb olmayacaq, çünki Ermənistanda vətəndaş cəmiyyəti yoxdur, heç vaxt da olmayıb. Çünki vətəndaş cəmiyyətinin varlığını, mövcudluğunu şərtləndirən əsas amillər orada yoxdur. Ermənistanda olan insan çoxluğu sadəcə, kütlədir. Bu kütlə isə daim qonşu xalqların sərvətinə, torpağına göz dikməklə, oğurlamaqla, uydurulmuş tarixlə, natamamlıq kompleksi ilə yaşayıb. Bu da kompleks də onlarda hayizm sindromunun formalaşmasına səbəb olub. Bu sindrom nəticəsində də həmin kütlə hakimiyyətdə olan istənilən qüvvəyə öz istəyini diktə etməyə çalışır. Yəni, Ermənistanda Sarqsyan dönəmində mövcud olan kriminal oliqopoliya, Paşinyan dövründəki oxlokratiya ilə əvəzləndi. Bu oxlokratiyanın demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bundan sonra formalaşacaq hakimiyyət koalisiyası isə sadəcə, kriminal oliqarxik qruplaşmalarla Qərbin və Rusiyanın maraqlarını təmin etməyə vəd vermiş qüvvələrin birləşməsi olacaq. Çünki hazırda Ermənistan Qərblə Rusiyanın maraqlarının toqquşduğu məkandır.

Şəlalə Göytürk

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
Hamısı