Ərdoğan-Bayden görüşündən sonra Türkiyənin Qarabağda fəaliyyət dairəsi genişlənəcək Ekspertlər

Analitika 09:40 11.06.2021

14 iyunda keçiriləcək Ərdoğan-Bayden görüşündə müzakirə mövzularından biri də Qarabağ olacaq. ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin bölgəyə səfəri zamanı verdiyi bəyanatları nəzərə alsaq, görüşün xüsusi əhəmiyyət daşıdığını anlamaq olar. F. Riker ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasında texniki kömək göstərməyə hazır olduğunu və münaqişənin həllinin axtarışında iştirak etmək niyyətində olduğunu açıq şəkildə bəyan edib. Qeyd edək ki, Bayden Ərdoğanla görüşdən sonra iyunun 16-da Putinlə görüşəcək.

Eurasia Diary Ərdoğan-Bayden görüşündən gözləntilər, Türkiyə və ABŞ-ın Cənubi Qafqazda əməkdaşlıq imkanları barədə ekspertlərin fikirlərini öyrənib.

Politoloq Əlimusa İbrahimov saytımıza açıqlamasında Ərdoğan-Bayden və Putin-Bayden görüşlərinin regional və qlobal əhəmiyyətini vurğulayıb:

“Baydenin Ərdoğanla Putindən qabaq görüşməsi onun Türkiyə-Amerika münasibətlərinə verdiyi önəmdən irəli gəlir və elə bu mövqedən çıxış edərək inamla qeyd etmək olar ki, iki lider arasında baş tutacaq bu görüş yeni münasibətlər sisteminin yaranmasına təkan verəcək. Bayden Türkiyənin üzləşdiyi həssas məqamları diqqətlə dinləyəcək və Ərdoğanı narahat edən regional problemləri qəbul etməyə çalışacaq. Bu görüşün ölkələr arasında bu vaxta qədər mövcud olan ciddi fikir ayrılıqlarına son qoyacağı qənaətindəyəm və hər iki lider mövcud vəziyyətin yumşaldılması haqqında düşündüklərini bir daha əyani şəkildə sübut edəcəklər”.

Politoloq qeyd edib ki, heç şübhəsiz Baydenlə Dağlıq Qarabağ və qondarma “soyqırım” məsələsi müzakirə olunacaq və onun bu sözü nitqinə daxil etməsinin yanlış olduğu Ərdoğan tərəfindən izah ediləcək: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istiqamətində apardığı mübarizənin əsl mahiyyəti də ona izah edilərək ermənilərin Rusiyanın dəstəyi ilə regionda oynadığı destruktiv rol sübuta yetiriləcək. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfəri də simvolik əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Baydenlə görüş zamanı Dağlıq Qarabağ məsələsində əldə etdiyi nailiyyəti şəxsən özü cənab prezident İlham Əliyevlə bölüşəcək. Bu görüşdən sonra Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazla bağlı narahatlığı müəyyən qədər aradan qaldırılacaq və Türkiyə NATO və ABŞ tərəfindən bu bölgədə nəzərdə tutulan məsələləri həyata keçirmək üçün vəzifələndiriləcək. Düşünürəm ki, görüşdən sonra Türkiyənin Cənubi Qafqazda fəaliyyət dairəsi daha da genişləndiriləcək. Amerika tərəfindən Türkiyəyə veriləcək mandat və dəstək erməni revanşistlərin də qəzəbinin soyumasına təsir göstərəcək və beləliklə onlar Türkiyə ilə əməkdaşlıq etməyə məhkum olduqlarını bir daha yəqin edəcək”.

Ekspert, Ərdoğan-Bayden görüşündən fərqli olaraq Putin-Bayden görüşünün ciddi müsbət nəticələr verəcəyini düşünmür: “Putin Rusiyasının Amerikadan istədikləri həqiqətən çox ciddi məsələlərdir ki, Bayden bu məsələlərin qarşılıqlı həll olmasına gedə bilməz. Təkcə Ukrayna məsələsi iki ölkə arasında münasibətləri yetərincə korlayan və həll yolu görünməyən məsələdir. Amerika Rusiyaya güzəştə getməklə qlobal güc kimi nüfuzunun itirilməsi ilə barışa bilməz və düşünürəm ki, görüşdən sonra ABŞ-Rusiya münasibətlərində baş verəcək dönüş nöqtəsindən danışmaq mümkün deyil. Dağlıq Qarabağ münaqişəsinin də bu görüşdə müzakirə olunacağını düşünmürəm. Ümumiyyətlə görüşün neçə saat davam edəcəyindən asılı olmayaraq, Ermənistan kəlməsi bu iki prezidentin görüşəcəyi müddətdə dilə gətirilməyəcək. Amma istənilən halda bu görüş də iki dövlət arasında davam edən mənfi ritorikanın səngiməsinə səbəb ola bilər. Ərdoğan-Bayden, Putin-Bayden görüşündən sonra ABŞ-ın Türkiyə vasitəsi ilə olsa belə regiona müdaxiləsi güclənəcək. Bu da mövcud münaqişələrin aradan qaldırılması, qarşılıqlı inam və etibarın möhkəmlənməsi ilə nəticələnə bilər”, - deyə Ə. İbrahimov fikrini tamamlayıb.

Mövzu ilə bağlı politoloq Əhməd Əlili Eurasia Diary-yə danışarkən qeyd edib ki, Ərdoğan-Bayden görüşü çox maraqlı bir dövrə təsadüf edir: “Bir müddət əvvəl Bayden administrasiyası tərəfindən sözdə erməni soyqırımının tanınması ilə bağlı bir sıra addımlar atıldığını gördük. Lakin bundan sonra ardıcıl olaraq Türkiyə-ABŞ münasibətlərində pozitiv məqamları müşahidə etdik. Bu məqamlar içərisində ən gözəçarpanı Türkiyənin son zamanlarda bütün istiqamətlərdə - Yaxın Şərqdə, xüsusilə də Suriyanın şimalında, İraqın şimalında olan terrorçu qüvvələrin məhv olunmasında ardıcıl uğurlar qazanmasıdır. Aydın məsələdir ki, Vaşinqton və Ankara arasında əməkdaşlıq öz sözünü deyir. Son 8-9 ayda bu cür uğurların artması göstərir ki, əməkdaşlıq genişlənib".

Əhməd Əlili: “Regional təhlükəsizlik hər iki ölkə üçün xüsusi önəm kəsb  edir”

Politoloq əlavə edib ki, bir müddət əvvəl Fətullah Gülənin qardaşı oğlunun Keniyada tutulub Türkiyəyə gətirilməsi də onu göstərir ki, uzun müddət Ankara ilə Vaşinqton arasında gərginlik  mövzusu olmuş “gülənçilər” və Gülənin ekstradisiyası məsələsində də artıq Bayden administrasiyası mesajlar verir ki, o, bu istiqamətdə müəyyən formada güzəştlərə getməyə və Türkiyə hökuməti ilə işləməyə hazırdır. Həmçinin Amerikalı hərbçilərin və siyasi qərar qəbuledicilərin “S-400” zenit-raket kompleksləri haqqında son zamanlar səsləndirdikləri fikirlər onu göstərir ki, artıq bu raket komplekslərinin Türkiyədə olması ilə bağlı razılığa gəlinib”.

Ekspert hesab edir ki, bu konteksdə Türkiyə ilə ABŞ arasında müzakirə olunan məsələlərdən yalnız pozitiv cümlələr işlətməklə danışmaq olar: “Bu pozitivlik əlbəttə özünü bütün sahələrdə göstərəcək. Qarabağ münaqişəsinə də təsiri olacaq. Bilirik ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin regiondakı mövqeyi hədsiz güclənib və bu, faktiki olaraq Türkiyənin qlobal güc kimi meydana çıxmasını formalaşdıran bir addım oldu. Bundan sonra artıq misal üçün, Rusiyaya qarşı aktiv formada hərbi əməliyyatlarda iştirak etmək və yaxud Rusiyanın proksi güclərinə qarşı aktiv formada əməliyyatlarda iştirak etməyi çox azsaylı ölkələr bacarır. Türkiyə bunu bacardı. Ona görə də bu, öz-özlüyündə Türkiyənin nüfuzunu Yaxın Şərqdə - Səudiyyə Ərəbistanından tutmuş, Mərkəzi Asiya ölkələrində Özbəkistanla xüsusi təyinatlı qüvvələrin birgə təlimlərindən tutmuş, NATO üzvü olan Şərqi Avropada Polşanın Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarını almasına kimi böyük dəyişiklik yaratdı. Artıq Vaşinqtonda Türkiyənin bu yeni rolunu görürlər və istiqamətdə də əməkdaşlıq etməyə hazırdırlar. Əlbəttə bu Türkiyəyə imkan verəcək ki, Azərbaycan, Cənubi Qafqaz və Mərkəzi Asiya coğrafiyalarında daha inamlı addımlarla hərəkət etsin və Azərbaycanın da maraqlarına cavab verən yeni konfiqurasiyalar meydana çıxarsın”.

Gülnar Səlimova

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
Hamısı