Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, bu, erməni millətçilərinə böyük zərbə olacaq Fərid Şəfiyev

Analitika 09:53 12.06.2021

Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan son açıqlamasında Azərbaycanın SSRİ dövründə mövcud olmuş sərhədlərini tanımağı təklif edib. O, bildirib ki, Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı önəmli deyil, çünki beynəlxalq ictimaiyyət keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb.

Aydındır ki, SSRİ dövründə mövcud olmuş sərhədlərin bərpası Qarabağın Azərbaycanın yurisdiksiyası altında tanınması deməkdir. Bundan əlavə, ərazi bütövlüyünün tanınması Qarabağ məsələsinin birdəfəlik həlli anlamına gəlir. Ermənistan-Azərbaycan arasında problemin kökündə də məhz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması durur. Bəs Ermənistanda hər hansı hakimiyyət nə zamansa buna gedə bilərmi? 

Bununla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Eurasia Diary-yə açıqlama verib.

F. Şəfiyevin sözlərinə görə, Ter-Petrosyan hələ 1997-ci ildə qeyd edirdi ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Qeyd etmək lazımdır ki, Ermənistan cəmiyyəti ümumən buna hazır deyil. Yəni biz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə məcbur etməliyik. Delimitasiya məsələsi bu sahədə müəyyən bir yoldur. Ter-Petrosyan etiraf edib ki, biz keçmiş Sovet sərhədlərini tanımalıyıq və Ermənistan üçün ayrı yol yoxdur. Delimitasiya keçiriləcəksə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Təəssüflər olsun ki, Ermənistanın həm hökuməti, həm də bəzi erməni ekspertlər söyləyir ki, “biz Azərbaycanın ərazi bütövlüyünü hətta tanısaq da, Qarabağda olan ermənilər müstəqillik uğrunda mübarizə apara bilərlər”. Yəni bu taktikadır. Münaqişə 1989-cu ildə “Miatsum” şüarı ilə bağlamışdı. 1991-ci ildən bu yana erməni millətçiləri daha çox xalqların öz müqəddəratı prinsipini ortaya qoyublar. Bunu xüsusilə vurğulamaq lazımdır ki, hətta Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa belə, bu o demək deyil ki, orada hansısa erməni millətçi dırnaqarası müstəqilliyi əldə etməyə cəhd göstərməyəcək. Ona görə, bu, bir-birinə bağlı məsələlər deyil, amma təbii ki, biz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına nail olsaq, bu, erməni millətçilərinə üçün böyük zərbə olacaq".

F. Şəfiyev, Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı söylədikləri barədə də deyib ki, 10 noyabr Bəyanatında Ermənistan buna dair öhdəlik götürüb və Azərbaycan da öz tərəfindən Laçın dəhlizi üzərindən imkan yaradıb ki, orada həm yüklər, həm insanlar hərəkət etsinlər: “Biz bütövlükdə 10 noyabr Bəyanatına baxsaq, bu sənəddə 9 maddə var və bu maddələrdən irəli gələn öhdəliklər var. Onların bəziləri icra olunub, bəziləri qismən icra olunub, bəziləri o cümlədən, Zəngəzur dəhlizi hələ ki, icra olunmayıb. 9-cu maddədə qeyd olunur ki, Azərbaycan və Azərbaycanın Naxçıvan bölgəsi arasında belə bir dəhliz yaradılmalıdır. Söhbət ondan gedir ki, Bəyanatda dəhliz sözü işlədilmir, amma orda olan bütün izahat və 9-cu maddə tam şəkildə dəhliz mənasını verir. Ermənilər dəhliz sözünə çox həssas yanaşırlar. Onlar deyirlər ki, biz suverenliyimizi itirəcəyik. Təbii ki, bunlar bir-birinə bağlı məsələlər deyil. 9-cu maddəyə baxsaq görürük ki, orada təhlükəsizliyi Rusiya sərhəd qoşunları təmin edəcək və Azərbaycanın qoşunlarından söhbət getmir. Ona görə də erməni millətçilərinin qorxusu yersizdir. Həmçinin, dəhliz, keçid və s. kimi müxtəlif terminlər verilə bilər, amma bizim insanlarımız və yüklərimiz Naxçıvan və Azərbaycan arasında hərəkət etməlidirlər. Bizə bu hüquq verilməlidir. Təbii ki, bunun iqtisadi müstəvidə də bir çox məqamları var və artıq bu haqda Rusiyanın baş nazirinin müavini bu günlərdə şərhlər verib”.

Ekspertin sözlərinə görə, hadisələr göstərir ki, rəsmi Bakı Ermənistan hökumətinə müəyyən dərəcədə təzyiq göstərməlidir: “Burada ən əsas məsələ odur ki, Rusiya Bəyanatın icrasına dair öz üzərinə müəyyən öhdəlik götürüb. Biz Rusiya ilə bu sahədə işləyirik və artıq Rusiya tərəfi bu istiqamətdə müvafiq addımlar atır. Çox güman ki, gözləməliyik. İyulun 20-sində Ermənistanda seçkilər olacaq. Bu seçkilərdən sonra baxır hansı partiya qalib gələcək. Hətta ondan asılı olmayaraq, Ermənistan bu maddəni yerinə yetirməlidir. Əgər Ermənistan keçid və ya dəhliz öhdəliyindən boyun qaçırsa və 9-cu maddəni icra etməsə, bu o deməkdir ki, Azərbaycan da digər maddələr üzrə öz üzərinə götürdüyü öhdəliklərə, o cümlədən, Laçın koridoru ilə bağlı məsələyə yenidən baxmalıdır”.

Gülnar Səlimova

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Hamısı