Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən danışdı | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən danışdı

Analitika A- A A+

“Bu gün burda gələcəyə yönəlik iş birliklərinə imza atılacaq”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Real tv- yə açıqlamasında Ərdoğanın Şuşa səfirin şərh edən türkiyəli professor Burhanəddin Buran deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın zəfərini təbrik etmək, dəstək göstərmək üçün Azərbaycana gəliblər:

“İki ölkənin dostluqları məlumdur. Türkiyənin bu məsələyə verdiyi dəstək hamıya məlumdur. Bu gün burda gələcəyə yönəlik iş birliklərinə imza atılacaq. İki dövlət bir güc birliyi olaraq davam edəcək. Türkiyə Azərbaycan yaxınlaşması Cənubi Qafqazda istiqlalı təmsil edən iki güc olaraq bilinir. Bundan sonra da sadəcə ticarət sahəsində deyil, müdafiə və s. sahəni təmsil edən iki böyük güc olaraq ciddi bir iş birliyi planlaşdırılır. Bölgədə heç bir ölkəyə, nə Rusiyaya, nə də İrana qarşı olmadan, amma bölgədə də ticarətin önünü açan iş birliyi söz sahibi olacaq”.

 

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...