Azərbaycanın tarixi nailiyyəti olan Zəngəzur dəhlizi

Analitika 14:51 16.06.2021

Zəngəzur dəhlizinin açılması türk dünyası ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazanaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu. Ötən ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. Bəyanatda əsas məsələ regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması və kommunikasiyaların bərpa edilməsidir. Sənədin 9-cu bəndində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Şanlı qələbəmizin bariz nümunəsi olan bəyanatın Azərbaycan, ümumiyyətlə region üçün tarixi əhəmiyyəti var. Çünki bununla uzun illər davam edən işğala son qoyulur. Sənədin imzalanması kommunikasiyaların blokadadan çıxması, Zəngəzur dəhlizinin fəaliyyəti üçün böyük tarixi zəmin yaradır. Bu dəhlizin açılması regionda yeni geosiyasi və geoiqtisadi reallıq yaradacaq. Azərbaycan bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Ermənistan isə həmişə kimi qeyri-konstruktiv mövqe sərgiləyən siyasətini davam etdirir. Çünki bu ilin yanvarın 11-də Moskvadakı görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderləri üç ölkənin baş nazir müavinləri səviyyəsində Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına yönəldiləcək bir işçi qrupunun hazırlanması barədə razılığa gəlmişdi. İyunun 1-də isə Ermənistan, Rusiya və Azərbaycanın regional rabitənin blokdan çıxarılması üzrə üçtərəfli komissiyanın fəaliyyətini dayandırdığını bəyan etdi. “TASS” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan keçirdiyi brifinqdə deyib. Komissiyanın fəaliyyətinin dayandırılmasına səbəb kimi sərhəddə yaranan gərgin vəziyyət göstərilib: "Bu gündən komissiyanın işi davam etməyəcək. Çünki effektiv və səmərəli iş üçün uyğun vəziyyətə ehtiyac var. Sərhəddə belə bir vəziyyət olduğu təqdirdə bu cür fəaliyyətlərin mümkün olmayacağını düşündük. İrəvan sərhəddəki vəziyyətin dinc və diplomatik yollarla həll edilməsi üçün hər şeyi edəcək".

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayındakı nitqində bildirib ki, müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.

Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq”.

Göründüyü kimi, Azərbaycan hər zaman sülhün, əmin-amanlığın tərəfindədir. Nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühiti formalaşdıracaq Zəngəzur dəhlizi regionda yeni iqtisadi inkişaf mərhələsinin vacib şərtidir. Lakin Ermənistan ötən ilin noyabrın 10-da və bu ilin yanvarın 11-də imzalanmış Birgə Bəyanatların bəndlərini yerinə yetirməkdən boyun qaçırır. Eyni zamanda regionda iqtisadi maraqlar naminə görüləsi işləri siyasiləşdirir. Son zamanlar Ermənistan tərəfindən sərhəddə yaradılmış gərginlik də məhz buna hesablanıb. Əslində, bununla Ermənistan düşdüyü acınacaqlı durumu daha da ağırlaşdırır.

Hazırda Zəngilan-Ordubad dəmiryolu xətti və bütövlükdə Zəngəzur dəhlizinin açılması üçün real tarixi zəmin formalaşıb. Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin açılması ilə uzun illərlə blokada şəraitində qalan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin olunacaq. Bu dəhlizin açılması nəinki regionda, ümumiyyətlə, türk dünyasında geosiysasi vəziyyəti dəyişəcək. Bu, eyni zamanda türk dünyası ölkələrinin iqtisadi birlliyi üçün yeni imkanlara yaradacaq. Zəngəzur dəhlizi Azərbaycanın, o cümlədən region ölkələrinin maraqlarına tam cavab verir. Ermənistan isə bu gercəkliyi qəbul etmək istəmir. Lakin Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan regionda söz sahibi olmasını bir daha sübut edəcək.

Həşim Məmmədov, Şərqşünas-Araşdırmaçı

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
Hamısı