Ermənistanda seçkiqabağı kampaniya sona yetir

Analitika 17:01 18.06.2021
Ermənistanda iyunun 20-nə nəzərdə tutulan növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı kampaniyaya iyunun 7-də start verilmişdi.
 
1-ci yer uğrunda mübarizə Baş Nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyanın rəhbərliyi altında “Vətəndaş müqaviləsi" bloku ilə keçmiş prezident Robert Koçaryanın rəhbərliyi altında “Ermənistan" bloku arasında gedirdi.
 
Seçkiqabağı kampaniya zamanı kiçik partiyaların fəallığı demək olar ki, nəzərə çarpmadı. Digər iki eks prezident - Levon Ter-Petrosyan və Serj Sarqsyan siyasi səhnədə demək olar ki, görünmədilər. Onlar ara-sıra Paşinyanın “bostanına daş atmaqla” kifayətləndilər. Baş nazirin vəzifələrinin icraçısı və 20 iyun seçkisinin favorisi olan Paşinyan da bu iki prezidentə baş qoşmağı özü üçün vacib hesab etmədi və onların hərdən bir hay-küy salmalarına baxmayaraq, “karvanın keçəcəyini” düşündü.
 
Seçkiqabağı parlament kampaniyası iyunun 18-nə qədər davam edəcək. Sonra isə “sükut günü” elan olunacaq. Lakin Koçaryanın seçki qərargahından verilən məlumata görə onların bloku “sükut gününü” də sakit qalmaq istəmir və bu günü ikinci Qarabağ müharibəsi zamanı itkin düşən ermənilər üçün “matəm günü” elan edərək tədbirlər keçirmək istəyir.
 
2021-ci il növbədənkənar parlament seçkiləri Ermənistan tarixində ilk dəfə yalnız partiyaların təqdim etdikləri siyahilər əsasında keçirilir. Elə buna görə də rekord sayda iştirakçılar qeydiyyatdan keçiblər. 23 partiyanı təmsil edən 4 blok seçkilərdə iştirak edir. Parlamentdə təmsil olunmaq üçün partiyalar 4%, iki partiyalı bloklar 8%, üç partiyalı bloklar 9%, 4 və daha artıq bloklu partiyalar isə ən azı 10%-lik baryeri aşmalıdırlar. Seçkilərin nəticələrinə görə parlamentə keçən partiyalar koalisiyalarda birləşərək hökuməti qura bilməsələr bir aydan sonra ilk iki yeri tutan partiya və ya blokların iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
 
Qeyd etdiyimiz kimi, Parlamentdə yüksək səslə təmsil olunmaq uğrunda mübarizə Baş Nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyanla ikinci Prezident Robert Koçaryan arasında gedir. Koçaryan 1998-2008-ci illərdəki prezidentliyi dövründə əldə etdiyi nailiyyətləri bu seçki kampaniyasında təbliğat materialı kimi istifadə edir. Onun fikrincə, məhz bu dövrlər Ermənistanın fəal inkişaf etdiyi və öz təhlükəsizliyini təmin etməyə qadir olduğu qızıl dövrləri olub. Koçaryan məhz Paşinyan hakimiyyətinin ölkəni üçüruma sürüklədiyini əsas gətirərək belə vəziyyətdə sakit tamaşaçı funksiyasında qala bilməyəcəyini əsas gətirərək erməni xalqının acınacaqlı günündə ona rəhbərlik etmək istədiyini bildirir.
 
Artıq seçkiyə qalan müddət günlərlə deyil saatlarla hesablanır. 24 saatdan sonra seçki qutuları seçicilərin üzünə açılacaq. Seçkiqabağı kampaniyanın aparılması zamanı ciddi qanun pozuntusunun olması haqqında namizədlərdən iradlar daxil olmayıb. Paşinyanın əsas rəqibi olan Robert Köçəryan öz imkanlarından maksimum istifadə edərək seçkiqabağı kampaniyasını təşkil edib. Seçicilərlə görüşü zamanı iqtidarda olan Paşinyan hökumətini Ermənistanı acınacaqlı vəziyyətə salmaqda günahlandıraraq hakimiyyətə gələcəyi təqdirdə qısa müddətdə iqtisadiyyatda dönüşə nail olacağ haqda vədlər verib.
 
Amma Robert Koçaryanın verdiyi vədlərə artıq inanan yoxdur və onun insanlar arasında nüfuzunun yüksək olması haqqında şişirdilmiş məlumatların verilməsinə baxmayaraq, Qarabağ erməni klanının yenidən hakimiyyətə gəlməsi qorxusu Koçaryanın hakimiyyətə aparan yolda ən böyük maneədir. Ermənilər yenidən Qarabağ “bataqlığına” girmək istəmirlər və doğru olaraq bu bataglığdan ikinci çıxışları olmayacağını düşünürlər.
 
Seçkiqabağı kampaniyada bütün namizədlər öz təbliğatlarını apardılar və onların qarşısında ciddi maneə çıxarılmadı və qanun pozuntusu olmadı. Amma müxalif qüvvələr kampaniyanın əvvəlində hakimiyyətin onlara normal seçkiqabağı kampaniya aparmağa imkan verməyəcəyini proqnozlaşdırırdılar.
 
Seçki günü də ciddi problemin yaşayacağını düşünmürəm. Hakimiyyət Avropa və Amerika qarşısında özünü demokrat kimi göstərmək üçün seçkilərə müdaxilə etməyəcək və ya ciddi müdaxilə etməyəcək. Digər tərəfdən, Paşinyan yeni qüvvə ilə hakimiyyətdə təmsil olacağına tam əmindir. Çünki əhalinin Qarabağ erməni klanına olan qəzəb və nifrətindən xəbərdardır. 100-150 minlik Qarabağdan olan insanların 2 milyon Paşinyan tərəfdarları qarşısında davam gətirmələrini düşünənlər yalnız fantastik əsərlərin müəllifləri hesab oluna bilərlər.
 
Deməli, növbədənkənar parlament seçkisində Nikol Paşinyanın böyük qüvvə ilə hakimiyyətdə yenidən təmsil olunması yolunda ciddi maneə yoxdur. Amma Robert Koçaryan və onun tərəfdarlarının uğradıqları məğlubiyyəti necə qarşılayacaqları haqqında heç kim proqnoz verə bilmir. Onlar seçkinin saxtalaşdırıldığını iddia edə, insanları mitinqə çağıra, hətta vətəndaş qarşıdurmasına qalxa bilərlər.
 
Digər tərəfdən, Paşinyanın yenidən hakimiyyətə qayıdışına Rusiyanın olacaq reaksiyası da məlum deyil. Hər halda seçkinin baş tutmasını gözləməkdən başqa yol yoxdur.
 
Əlimusa İbrahimov
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı