“Altılıq” platformasına əsas əngəl Ermənistan, yoxsa Gürcüstan?

Analitika 17:39 19.06.2021
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaranıb. Bu reallıqlar bölgə və bölgəyə bağlı dövlətlərin siyasi-iqtisadi əməkdaşlığını zəruri edir. Bu zərurəti nəzərə alan Azərbaycan və Türkiyə yeni regional əməkdaşlıq formatının yaradılmasını təklif edirlər.
 
Söhbət Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Gürcüstan və İrandan ibarət altılıq formatından gedir. Türkiyə və Azərbaycan hələ Vətən müharibəsi yeni başa çatdığı dövrdə - ötən ilin payızında “altılıq” formatında əməkdaşlıq münasibətlərinin qurulmasını təklif etmişdi. Lakin Gürcüstan Rusiya ilə arasındakı gərginliyi əsas gətirməklə təklifə soyuq yanaşmışdı. Rəsmi Tiflisin bu yanaşmasının həm də Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan arasında kommunikasiyaların açılması perspektivi ilə bağlı olduğu güman edilir. Belə ki, Azərbaycan Ermənistan üzərindən Türkiyəyə yol əldə edərsə, bunun Gürcüstan üzərindən yükdaşımalara zərər vuracağı proqnozlaşdırılır.
 
Bu günlərdə yeni əməkdaşlıq formatı barədə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışında danışıb. Bildirib ki, Vətən Müharibəsindən sonra Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistan arasında ittifaq yaranmasına çalışırlar.
 
Türkiyə və Azərbaycanın təşəbbüskarı oluqları altılıq formatının reallaşması mümkündürmü? Gürcüstan format çərçivəsində Rusiya ilə əməkdaşlığa razılaşa bilərmi? Altılıq formatı region üçün nə deməkdir: hansı iqtisadi və siyasi faydaları ola bilər?
 
Vüqar Bayramov: “Regionda əməkdaşlıq uzunmüddətli sülhün formalaşması üçün də vacibdir”
 
Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-alim Vüqar Bayramov bildirir ki, altılıq platforması region üçün strateji əhəmiyyət daşıyır: “Prezident Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasının regional vacibliyini vurğuladı. Regionda əməkdaşlıq bölgədə uzun müddətli sülhün formalaşması baxımından da vacibdir. Kommunikasiyaların bərpası və əməkdaşlığın formalaşması üçün əsas layihələrdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz Türk dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühüm olduğunu vurğulayıb”.
 
Millət vəkili deyir ki, regionun kifayət qədər iqtisadi potensialı var: “Bu da regional dəhlizlərin əhəmiyyətini artırır. Daha geniş anlamda region ölkələrindən Türkiyə və Rusiya ”Böyük İyirmilliy"ə üzv olan ölkələrdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf prespektivləri yüksək qiymətləndirilir. Söhbət 3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin bərpa olunacaq kommunikasiyalardan və xüsusən də Zəngəzur dəhlizindən istifadəsindən gedir. Rusiya 1.7 trilyon, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası qaçılmazdır".
 
Asif Nərimanlı: “Gec də olsa, bu platforma işləməyə başlayacaq”
 
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Gürcüstanın “altılıq platforması”na soyuq yanaşması təkcə Rusiya ilə münasibətlərdən yox, həm də ABŞ-ın bu platformaya yanaşmasından qaynaqlanır: “Bu platforma Çinin ”Bir kəmər, bir yol" layihəsinin üç quru dəhlizinin Cənubi Qafqazda hab olaraq birləşməsi ideyasıdır. Çinin qarşısını bu bölgədə almaq istəyən ABŞ-ın platformanın reallaşmaması üçün üç ölkə üzərindən hərəkət etdiyi görünür. Birincisi, Ermənistandır. Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Ankara ilə İrəvanın münasibətlərinin normallaşması perspektivinə qarşı atılmış addım idi. Sərhəddə gərginliyin yaranmasından sonra Paşinyanın irəli sürdüyü “beynəlxalq müşahidəçi” təklifi də ABŞ-ın bölgəyə gəlməsinə hesablanmışdı. Paşinyan hakimiyyəti seçkidə qalib gələcəyi təqdirdə, sonrakı dövrdə buna maneələr yaratmağa cəhd edə bilər, lakin Ermənistanın imkanları zəifdir, bu baxımdan, platformaya gəlməyə məcbur olacaq. İkincisi, İran, daha doğrusu, bu ölkənin islahatçı hakimiyyəti idi. İranda islahatçılar ABŞ-da demokratlarla işləyir, Trampın dövründə nüvə anlaşması məsələsi arxa plana keçsə də, Baydenin gəlişi ilə yenidən aktuallaşdı. İranda bu gün keçirilən seçkilərdə mühafizəkarlar qalib gələrsə, bunun olacağı ehtimalı böyükdür, Tehranın bu platformada yer alması prosesi güclənəcək. Üçüncüsü, Gürcüstandır. Digər iki ölkə ilə müqayisədə Gürcüstanın “altılıq platforması”na qoşulması perspektivi daha çətindir. Bu ölkənin Rusiya ilə düşmən münasibətləri var, ABŞ-ın bu ölkəyə təsiri də güclüdür, Vaşinqtonun dəstəklədiyi Cənub Qaz Dəhlizi layihəsinin keçdiyi marşrutdur. Yəni Vaşinqtonun “altılıq platforması”na Gürcüstan üzərindən təsir etmək imkanları böyükdür. Bu baxımdan, “altılıq platforması”nın reallaşması prosesi çətinliklərlə müşahidə olunacaq, amma gec olsa belə, reallaşacağını düşünürəm".
 
A.Nərimanlıya görə, format təkcə regional deyil, qlobal layihənin bir hissəsidir: “Altılıq platforması"nın reallaşması perspektivini gücləndirəcək bir neçə hal mümkündür. Birincisi, Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin Gürcüstan marşrutuna alternativ yaratması rəsmi Tiflisin təklif olunan platformaya münasibətini dəyişdirə bilər. ABŞ-ın Avropa üzərində təsir imkanlarının zəifləyəcəyi gözləniləndir. Bayden G7 zirvəsi, NATO sammiti ilə Qərb blokunu yenidən topalamaq istiqamətində addımlar atsa da, artıq müttəfiqlik münasibətləri əvvəlki kimi deyil, xüsusilə Fransa və Almaniya da Tramp dövründə zəifləyən Vaşinqtonun təsirlərinin artmasında maraqlı deyil. Digər tərəfdən, Britaniyanın aktiv siyasətə qayıtmaq addımları müşahidə olunur. Köhnə Qitədə güc balansının dəyişməsi ABŞ-ın Avropanın enerji təhlükəsizliyində rol oynayan Cənub Qaz Dəhlizi layihəsində, eləcə də bu layihənin keçdiyi Gürcüstan marşrutunda da təsirini zəiflədə bilər. Fikrimcə, Türkiyə, Azərbaycan və Rusiya platformada Ermənistanla İranın iştirakının təmin etməyə çalışacaq. Bu baş tutacaqsa, Gürcüstan üçün də seçim imkanları daralır". 

 

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Qubadlı torpağı Qətərə aparıldı - VİDEO
19:28 29.03.2024
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
19:21 29.03.2024
Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Hamısı