Ermənistanda sağlam düşüncə qazanır ekspert

Analitika 17:32 21.06.2021

Ermənistanda ilk növbədə sağlam praqmatizm və sağlam düşüncə qalib gəldi.

Bu sözləri beynəlxalq münaqişələr üzrə tanınmış rusiyalı ekspert, araşdırmaçı jurnalist Yevgeni Mixaylov, Eurasia Diary-yə Ermənistandakı erkən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 53.92%-ni (687.251) qazandı. İkinci göstərici keçmiş prezident Robert Koçaryanın “Ermənistan” blokuna məxsusdur - səslərin 21.04%-i (268.165). Bunun ardınca keçmiş prezident Serj Sarkisyanın “Mənim Şərəfim var” bloku (səslərin 5.23%) və Gagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası (3.96%) gəlir.

Ekspert hesab edir ki, məhz Ermənistan xalqı, indi bu dövlətdə baş verən bütün təlatümlərə baxmayaraq, ölkənin gələcəyinə inanır və qəribə də olsa bu gələcəyi ölkənin çöküşünə gətirib çıxaran partiyanın liderinə əmanət edir.

“Rusiyanın özündən Paşinyan və partiyasını dəstəkləməyin doğru addım olmadığı, onun hakimiyyətə qayıtmasına və Ermənistanın mənafeyinə zidd hərəkət etməsinə icazə verilməməsinə dair çağırışlar var idi. Əslində, Nikol Paşinyan indi Ermənistanın maraqlarına zidd heç nə etmir. O, ölkəni Ermənistanın məğlub olduğu Qarabağ qarşıdurmasına gətirərək, bütün əhval-ruhiyyələrin, siyasi tələblərin və revanşist çağırışların öhdəsindən gələrək ölkəni müharibə böhranından çıxara bildi. Beləliklə dövləti qorudu. Yəni, Ermənistanın hazırda prinsipcə hər hansı hərbi əməliyyat aparmağa qadir olmadığını başa düşərək cəsarətli bir qərar verdi. Ermənistanın Azərbaycanla qarşıdurmada nəyisə səhv etdiyini başa düşdü və həm Bakı, həm də Moskvanın onu məcbur etdiyi, hərbi əməliyyatların dayandırılmasına dair bir müqavilə imzaladı".

Mixaylov qeyd etdi ki, indi Paşinyandan özü və partiyası üçün maksimum səs toplamaq və ya bir daha Ermənistan xalqı və dövləti üçün ən vacib qərarları vermək üçün əlavə olaraq kimləsə birləşmək tələb olunur:

“Bəs bu hansı qərarlardır? Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycan və Türkiyə ilə dost olmaq, münasibətləri inkişaf etdirmək lazımdır. Yəni o, bunu anlayır. Onun kifayət qədər çox sayda müxalifləri arasında bütün siyasi karyeralarını yalnız qonşularına qarşı nifrətçi hisslər üzərində quran, dünyanın dəyişdiyini anlamadan, Rusiyanın da Azərbaycan və Türkiyə ilə maraqları olduğunu başa düşməyənlər var. Ermənistan burada başlıca rol oynamaqdan çox uzaqdır, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, bundan artıq heç nə. Əgər Ermənistan özü münasibətlərini qonşularla əlaqələr qurmaq, Rusiya Federasiyası, Türkiyə və Azərbaycanla iqtisadi, ortaq layihələr qurmağa başlasa, o zaman onun gələcəyi olacaq. İndi Ermənistanın bunun üçün şansı var. Əsas vəzifə parlamentdə lazımi səsləri almaq və faşizmin, qisas çağırışlarının olmadığı yeni bir dövlətçilik qurmaq, Azərbaycan və Türkiyə ilə danışıqlar prosesində fikir birliyinə nail olmaqdır. Həmçinin Ermənistan və digər dövlətlərin mövcud olacağı bütün gələcək əsrlər boyu davam edəcək genişmiqyaslı, sülh müqaviləsinin bağlanması. Yəni həmişəlik. Düşünürəm ki, Ermənistanın gələcəyi var. Ancaq bu gələcək yalnız qonşularla barışıq içində mümkündür. Bu olmazsa, Ermənistan dövlətçiliyini itirəcək. Bir daha demək istəyirəm ki, baş verənlərin hamısı, mənim fikrimcə, Moskva tərəfindən səssizcə dəstəklənir, çünki hazırda bölgədə baş verən bütün sülhməramlı prosesin qarantı məhz Moskva idi. Məhz Moskva, Azərbaycanla əlaqələndirərək, sabitliyin olması üçün sülhməramlıları bölgəyə apardı".

Politoloq hesab edir ki, erməni siyasətçilərin gələcəkdə Nikol Paşinyanın yolunu davam etdirəcək:

 “O nə vaxtsa hakimiyyətdən gedəcək, amma indi doğru addım atarsa, yəni müəyyən razılaşmalar bağlamağa, əldə edilmiş razılaşmalara riayət etməyə başlayarsa, gələcəkdə yeni siyasətçilər üçün daha asan olacaq. Deməli, indi Nikol Paşinyan Koçaryan, Sarkisyan və keçmişdəki digər şəxslərin fonunda, Ermənistanı bu günə qədər öz yolunu köklü şəkildə dəyişdirmədən hələ də düşmən hesab edən ölkələr üçün ən əlverişli liderdir. Gələcəkdə nə olacağını görəcəyik. Düşünürəm ki, Koçaryan və Sarkisyan qarşı çıxacaqlar, amma onlar keçmişin adamlarıdır, Ermənistanın özündə Qarabağ klanına qarşı çox mənfi münasibət var, bu müharibədə erməni əsgərlərinin boş yerə öldüyünə dair çoxlu rəylər var, axı sülhə nail olmaq mümkündür".

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
Hamısı