"İran Ermənistanın yenidən dirçəlməsində maraqlıdır" Şahin Cəfərli

Analitika 16:43 24.06.2021

44 günlük müharibə zamanı baş verən xoşagəlməz hadisələrdən biri də İranın öz ərazisindən Ermənistana silah daşınmasına icazə verməsi ilə bağlı oldu. Ermənistan istiqamətində hərəkət edən silah dolu TIR-ları əks etdirən videokadrlar hamının xatirindədir.

Bu günlərdə İrana məxsus yük avtomobilləri Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi şəhərinə keçib. Belə ki, iyunun 17-i saat 17.00 radələrində 022DL99 dövlət nömrə nişanlı, üzərində "ARK TABRİZ" yazılmış yanacaqdaşıyan yük maşını Xankəndiyə yollanıb. İyunun 19-u isə günorta saatlarında İrandan Ermənistana keçmiş ağır tonnajlı yük avtomobilləri Xankəndinə doğru hərəkət edərkən görüntülənib. Üzərində İran bayrağı olan 124872 (fars rəqəmləri ilə) ban nömrəli yük maşını dövlət qeydiyyat nömrəsini dəyişərək Ermənistana məxsus 16US195 dövlət nömrə qeydiyyatı ilə Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan postdan asanlıqla keçir. Üzərində "HAMNAFAS" yazılmış yük maşını axşam saatlarında geri qayıdıb, Ermənistana keçib.

Müharibə Azərbaycanın qələbəsilə başa çatıb, regionda sabitliyə xidmət edən mühüm sənədlər imzalanıb, lakin görünən odur ki, İran tərəfi hansısa səbəbdən yeni reallıqla barışmır.

Mövzu ilə bağlı politoloq Şahin Cəfərli Eurasia Diary-yə açıqlamasında bildirib ki, bu, İran və Rusiya münasibətlərindən irəli gələn bir məsələdir: “İki ölkə arasında çox yaxşı əməkdaşlıq mövcuddur. Rusiya dövləti bu yükləri qanuni şəkildə Ermənistana göndərir və təbii ki, İran onu qəbul etməkdən imtina edərsə Rusiya ilə münasibətlərində müəyyən problemlər yarana bilər. Eyni zamanda, bilirik ki, İran-Ermənistan münasibətləri də yüksək səviyyədədir. Bu baxımdan, İranın bu tranzitdən imtina etməsi onun həm Rusiya, həm də Ermənistanla münasibətlərində problemlərə səbəb ola bilər.

İkinci məqam isə ondan ibarətdir ki, İran müharibədən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlardan çox narahatdır. Bildiyimiz kimi, İran Ermənistanın ərazi bütövlüyü məsələsini özünün qırmızı xətti elan edib. Xüsusən, Zəngəzur dəhlizinin açılması və eyni zamanda Meğri istiqamətinin Türkiyə və Azərbaycanın nəzarətinə keçmə ehtimalının olduğunu düşünür və bundan həddən artıq narahatdır. Çünki Meğri koridorunun nə zamansa Türkiyə və Azərbaycanın nəzarəti altına keçməsi o deməkdir ki, İranın Ermənistanla quru sərhədi qapanır. Buna görə İran çox narahatdır. İran Ermənistanın yenidən dirçəlməsində maraqlıdır. İstəyir ki, Ermənistan yenidən öz ordusunu, Silahlı Qüvvələrini, təhlükəsizlik strukturlarını gücləndirsin və ən azından Azərbaycana qarşı müəyyən müqavimət imkanları olsun. İran Ermənistan ordusunun yenidən silahlandırılması və dirçəldilməsi istiqamətində Rusiyanın siyasətinin və addımlarının baş tutmasında maraqlıdır. Bu baxımdan, İran da bu prosesdə bir növ Rusiya və Ermənistana kömək edir”.

Gülnar Səlimova

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
Hamısı