Qarabağla bağlı telefon danışıqlarının əsas mövzusu Zəngəzur dəhlizi olub Elxan Şahinoğlu

Analitika 17:25 25.06.2021

Ermənistanda parlament seçkiləri başa çatdıqdan və nəticələr bəlli olduqdan sonra Qarabağa dair üçtərəfli bəyannamə üzrə fəaliyyətin sürətlərdirilməsi istiqamətində addımların atıldığının şahidi oluruq.

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib. İyunun 24-də isə Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Tərəflər bölgədəki vəziyyətə, 10 noyabr 2020 və 11 yanvar 2021 tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinə də toxunublar.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Prezident Ərdoğan Ermənistanın hazırda sülh və əməkdaşlığa diqqət yetirməli olduğunu və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, danışıqlar fonunda 30 iyulda Moskvada Türkiyə ilə Rusiya arasında ticarət həcminin artırılması üçün müzakirələr keçiriləcək.  

Maraqlıdır liderlərin danışıqlarında müşahidə olunan bu intensivlik hansı məqsədə xidmət edir?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Eurasia Diary-yə açıqlama verib.

“Nikol Paşinyan Ermənistanda keçirilən parlament seçkilərində qələbə çaldıqdan sonra danışıqlar intensivləşib. Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti, Rusiya Prezidenti ilə Türkiyə Prezidenti və Rusiya Prezidenti ilə Ermənistanın baş naziri arasında müxtəlif telefon danışıqları olub. Azərbaycan hakimiyyətinin qərarı belədir ki, Paşinyanın qələbəsindən sonra prosesləri sürətləndirməyə ehtiyac var. Zəngəzur dəhlizinin açılması və s. məsələlər əlbəttə ki, həll olunmalıdır. Rusiyanın Ermənistana təsir imkanları böyükdür. Ona görə, Rusiya Prezidenti ilə danışılıb ki, bu məsələlər sürətləndirilsin. Əgər Paşinyan bölgədə sülh və əmin-amanlıq, əməkdaşlıq istəyirsə, bu məsələləri həll etməlidir: Zəngəzur dəhlizinin açılmasına imkan yaratmalı, minalanmış xəritələri Azərbaycana təhvil verməli və Azərbaycan və Türkiyə ərazi bütövlüyünü tanımalıdır. Bütün bu addımlar atılsa, Azərbaycan da qarşılıqlı addımlar atacaq. Türkiyə ilə sərhəd açıla bilər. Bu, Ermənistanın regional layihələrə qoşulmaq imkanlarını artıracaq. Həmçinin, bu Rusiyanın və İranın da maraqlarına uyğundur, çünki Ərdoğanın altılıq formatı təklifi var, bu format işə düşəcək", - deyə politoloq qeyd edib.

Ekspertin sözlərinə görə, haradan baxsaq, Ermənistanın atacağı addımlar bölgə və Ermənistan üçün çox faydalıdır.

“Yetər ki, Paşinyan bu addımları atsın. Paşinyanın quracağı hökumətdən, nazirlərinin kim olacağından da çox şey asılıdır. Təyin etdiyi nazirlər də, o cümlədən, xarici işlər və müdafiə nazirləri gərək Azərbaycan və Türkiyə əleyhinə təxribatçı açıqlamalar verməsin. Çünki bu da dialoqa mane ola bilər. Bizim qarşımızda duran əsas vəzifə Zəngəzur dəhlizinin açılması və 44 kilometrlik dəmir yolunun bərpasıdır ki, Türkiyə-Azərbaycan-Naxçıvan və Mərkəzi Asiya arasında rabitə yaransın.

Rusiya da maraqlı cavab verir. Rusiya bu dəmir yolu üzərində Ermənistana, Türkiyəyə və digər dövlətlərə çıxış imkanı qazanır. Əsas mövzu Zəngəzur dəhlizidir və bütün telefon danışıqlarında məhz bu məsələ ön planda olub", - deyə E. Şahinoğlu bildirib.

Gülnar Səlimova

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Hamısı