Ərdoğanın sürpriz açıqlaması Şimali Kiprin taleyində dönüş ola bilər

Analitika 16:27 17.07.2021

Hələlik yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikası iyulun 20-də müstəqilliyinin 47-ci ilini qeyd edəcək. 1974-cü ilə qədər yunanların tam nəzarətində olan adada türk toplumuna qarşı soyqırım həyata keçirilməyə cəhd edilib. Türkiyənin dərhal “Ayşə tətilə getsin” adı altında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ada yunan və türk hissələrinə bölünüb. Hazırda Kipr adasının təxminən 33 faizi türklərin nəzarəti altındadır.  

Türkiyə mediası xəbər verir ki, iyulun 20-də keçiriləcək rəsmi tədbirlərdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Prezident Ərdoğan 19 iyul tarixində başlayacaq səfər zamanı Şimali Kipr parlament nümayəndələri qarşısında sürpriz bir açıqlama verəcəyini bəyan edib. Bu xəbər hazırda Türkiyə, eləcə də Kiprə böyük marağı olan ölkələr arasında ciddi şəkildə şərh edilir – sürpriz nə ola bilər? 

Gökhan GÜLER; Türk Dünyasının Ortak Değeri: Cengiz Aytmatov - Kıbrıs  VolkanKıbrıs Volkan

Eurasia Diary-yə açıqlama verən siyasi jurnalist Gökhan Gülər bu sürprizin iki məsələ ilə bağlı ola biləcəyini güman edir. Onun sözlərinə görə, bu görüş artıq Şimali Kipr Türkiyə Respublikasının müstəqilliyinə doğru həlledici an ola bilər. 

“Hesab edirəm ki, bu sürpriz "Kipr Türk Dövləti" adı ilə status qazanmağımızın bir işarətidir. Ümid edirəm ki, bu, müstəqilliyin tanınması məsələsidir. Ortaya ya Tayvan, ya da Kosovo modeli qoyula bilər”, - deyə jurnalist qeyd edib.

Gülər həmçinin Şimali Kiprin muxtariyyət əldə edə bilməsi ilə də bağlı proqnozlarını açıqlayıb: “Ən çox arzuladığım, ŞKTR-nin müstəqil bir dövlət kimi tanınmasıdır. Əgər ilkin mərhələdə tam müstəqilliyin tanınması həyata keçirilə bilmirsə, vaxt itirmədən muxtar dövlət statusu verilməlidir. Muxtar dövlət modeli ilhaq etmək və ya vilayət olmaq demək deyil. Hər şeydən əvvəl bunu daha dərindən anlamaq gərəkdir. Bu gün muxtar dövlət modelinin ən yaxşı nümunəsi Birləşmiş Krallıqdır. Birləşmiş Krallıqda yerləşən Uels, Şotlandiya və Şimali İrlandiya bu xüsusda nümunə ola bilər.

Düşünürəm ki, yaxın gələcəkdə xarici əlaqələrimizi və müdafiə sistemimizi Türkiyəyə birləşdirə, dünya ictimaiyyətinə özümüzü Şimali Kipr Türk Respublikası kimi tanıda bilərik. 

Bu xüsusda həm ŞKTR-nin "İslam Kipr Türk Dövləti" adı altında İslam Əməkdaşlıq Təşkilatında təmsil olunması, həm də beynəlxalq pasportlara və şəxsiyyət vəsiqələrinə kodlar verən "ICAO" təşkilatının ŞKTR-nı "Kipr Türk Cümhuriyyəti" olaraq qeydə alması təsadüf deyil”, - deyə jurnalist vurğulayıb.

Göghan Gülər həmçinin Azərbaycan parlament nümayəndələrinin Şimali Kiprdəki tədbirə ilk dəfə qatılmalarının önəmi barədə söz açıb. O, azərbaycanlı deputatların ŞKTR-yə ilk rəsmi səfərini qardaşlıq bağlarının daha da möhkəmlənmə simvolu olduğunu qeyd edib: “Bu arada azərbaycanlı qardaşlarımızın belə bir tədbirdə bizimlə birgə olması bizləri çox sevindirir. Biz yaxşı və pis gündə bir-birimizn yanında olduqca, həmrəyliyimiz və birliyimiz daha da möhkəmlənir və sarsılmaz olur. Ümid edirəm ki, 20 iyul azadlıq günündə qardaşlarımızın da ilk gəlişi ilə ŞKTR-in müstəqillik tarixində bir dönüş olacaq”. 

Elnur Ənvəroğlu 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Hamısı