İrəvanın xarici siyasət ziq-zaqları Paşinyan etiraf etdiyi faktı indi başqa cür yozur - Qabil Hüseynli

Analitika 17:21 17.07.2021

Nikol Paşinyanın son açıqlamaları onu göstərir ki, müharibəni uduzan Ermənistan hər cəhdlə sülh danışıqlarından boyun qaçırır.

Ermənistan baş naziri vəzifəsini müvəqqəti icra edən Paşinyan bəyan edib ki, Azərbaycan regional kommunikasiyaları açmaq istəmir və Ermənistanı blokadada saxlamaq niyyətindədir. Hətta o, guya Azərbaycanın sülh prosesini dayandırmaq istədiyini iddia edib: “Sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı olan Azərbaycandır, çünki saxta xəritələr göstərir. Zəngəzur dəhlizi adlanan yer haqqında Azərbaycanın anlaşılmaz açıqlamalarının işçi qrupunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan işçi qrupunun işini pozmaq və regional kommunikasiyaların açılmasına mane olmaq üçün belə açıqlamalar verir".

Daha sonra o, əlavə edib ki, bütün tərəflərin bildiyi prinsiplər olan xalqların öz müqəddəratını təyin etməsi, gücdən istifadə və ya güc təhdidi və ərazi bütövlüyü Qarabağ münaqişəsinin həllinin əsas hissəsidir. Paşinyan Araik Arutyunyanla görüşündə də Qarabağın statusunun "ən vacib məsələ" olduğunu deyib.  

Qeyd edək ki, İlham Əliyev mart ayındakı çıxışında Ermənistanın Naxçıvanı Azərbaycanın digər hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına "əngəl törətmək istədiyini", lakin Azəbaycanın Ermənistanı "məcbur edəcəyini" demişdi.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Eurasia Diary-yə açıqlama verib.

Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” »  Reyting.az

“Paşinyanın bəyanatı başdan-ayağa ağ yalandır. 10 Noyabr bəyannaməsinə əsasən kommunikasiya məsələlərinin həlli birinci Mehridə istər şosse, istərsə də dəmir yolunun açılmasından başlamalıdır. Mehri dəhlizi müqabilində Azərbaycan Ermənistana Laçın koridorunu güzəştə gedib. Paşinyan Ermənistanı blokadadan çıxarmaq üçün müəyyən məsələləri həll etməlidir. Ermənistan Azərbaycanla birlikdə sərhədlərin dəqiqləşdirilməsinə nail olmalıdır. Müharibədən əvvəl və torpaqlarımız işğal altında olanda bütün kəndlər Ermənistanın ərazisinə daxil edilib və bəzi yerlərdə sərhədi 5-7-10 km Azərbaycan torpaqlarının içərisinə doğru çəkmişdilər. Burada evlər tikiblər obyektlər inşa ediblər. İndi isə onları geri qaytarmaq istəyirlər”.

Ekspert qeyd edib ki, beynəlxalq normalara görə, bir dövlətin tərkibinə digər dövlət hansı ölçüdə ərazilərlə daxil olursa, o dövlət dağılanda həmin ərazilərdən də həmin ölçüdə torpaqlarla birgə çıxmalıdır: “1922-ci ildə SSRİ yaradılarkən Azərbaycan 114 min kv. kilometrlik ərazi ilə onun tərkibinə daxil olmuşdu. Sovet dövründə 10 min kv kilometrdən artıq torpaq proletar beynəlmiləlçilik şüarı adı altında qoparılaraq Azərbaycandan Ermənistana verilib. İndi biz həmin torpaqları sadəcə anırıq və deyirik ki, həmin torpaqlara Azərbaycan əhalisi qayıda bilər. Azərbaycan Sovet İttifaqı dövründə itirdiyi torpaqların davasını hələ ki, çəkmir. Yəni biz sərhədləri müəyyən edərkən nə Göyçəni, nə Dərələyəzi, nə də Zəngəzuru istəyirik. Sadəcə beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirik ki, bu torpaqlar bizim olub. Laçında Qaragöl adlı böyük göl var. Bu gölün hamısı Ermənistana doğru hissəsindəki örüş sahələriylə birlikdə Ermənistana verilib”.

Azərbaycan hansı xəritələrdən istifadə edir ki, bu ermənilərin xoşuna gəlmir? Azərbaycan hərbi xəritələrdən istifadə edir. Çünki onlar daha dəqiqdir. SSRİ-nin yüzlərlə çap olunmuş xəritəsi var. Müharibədən sonra çəkilmiş xəritə digər xəritələrə nisbətən daha dəqiq və daha peşəkarlıqla hazırlanıb. Kosmosdan xüsusi qurğular vasitəsilə sərhədləri müəyyənləşdirmək mümkündür".

Q. Hüseynli bildirib ki, bu torpaqlar tarixi Azərbaycan torpaqladır: “Tarixi Azərbaycan torpaqlarında Ermənistan öz müqəddəratını təyin edib. Birinci dövlətini qurub. Sonra o torpaqlara rusların köməyilə yeni-yeni Azərbaycan torpaqları əlavə edib. Ermənistan Qarabağ bölgəsində ikinci bir erməni dövləti yaratmaq istəyir. Qarabağda erməni əhalinin ən çox olduğu vaxt 50-60 min nəfər olub. İndisə orada erməni qalmayıb. Dağlıq Qarabağı süni surətdə yaratmışdılar, Aran Qarabağdan ayırmışdılar. Ermənilər üçün xüsusi muxtar rejim yaratmaq üçün bunu etmişdilər”.

Politoloqun sözlərinə görə, Ermənistan danışıqlar prosesini pozmaqla qondarma “DQR”in status məsələsini qaldırmaq istəyir: “Azərbaycan Prezidenti xüsusi fərmanla Azərbaycanın 14 iqtisadi zonasını müəyyənləşdirib. Bura Qarabağ iqtisadi zonası da daxildir. Tərtərdə ermənilər üç dildə Qarabağa gəlişlərinin 180 illiyinə həsr olunmuş abidə qoymuşdular. Özləri etiraf etdikləri faktları indi başqa cür yozurlar. Bir tərəfdən Qarabağın statusunu tanıtmaq istəyirlər, digər tərəfdən işğal dövründə qatdıqları torpaqları qaytarmaq istəyirlər. Məsələn Qazaxın 7 kəndi haqında hansı mübahisə ola bilər? O kəndlərdən birində soyqırım siyasəti həyata keçiriblər, kəndə od vurub yandırıblar. Sədərək rayonun Kərki kəndi haqqında hansı mübahisə ola bilər? Paşinyan özü “Kərkini boşaltmaq lazımdır, ora Azərbaycan torpağıdır” demişdi. Belə mübahisə predmetinə çevrilmiş, qəsb edilmiş Azərbaycan torpaqları çoxdur. Sərhədləri müəyyən etmək üçün beynəlxalq normalar var”.

Q. Hüseynli bildirib ki, buna görə də kommunikasiya xətlərinin açılması gecikir: “Azərbaycan sabah desə ki, kommunikasiya xətlərini açıram - Qazaxdan İcəvana gedən dəmir yolu ilə gedən qatarın hərəkətini bərpa edirəm, Ermənistandan, Gümrüdən Qarsa gedən dəmir yolunun hərəkətinə icazə verirəm, Ermənistan Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolundan istifadə etməyə başlayır. Bunun əvəzində Ermənistan Mehri dəhlizindən istifadə etməkdən imtina edir. Təbii ki, qalib dövlətin dediyi daha çox keçərli olmalıdır”.

Gülnar Səlimova

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Hamısı