“Ermənistan Azərbaycanı pusquya çəkir” Şıltaq düşmənlə nə etməli?

Analitika 16:56 17.07.2021

Son günlər düşmənin müxtəlif istiqamətlərdə atəşkəsi pozması, təxribatlara əl atması Azərbaycan ictimaiyyətində kəskin qəzəb və rezonansa səbəb olub. Bəzi siyasətçilər ordumuzun qısa zamanda anti-terror əməliyyatları keçirməli olduğunu bildirir, digərləri isə rus sülhməramlılarının regiondakı fəaliyyətini kəskin tənqid edirlər.

Millət vəkili Sabir Rüstəmxanlı:Azərbaycan hər an anti-terror əməliyyatlarına hazır olmalıdır. Hər gün bizim torpaqlarımız təmizlənə bilər”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl: “Rusiya hərbiçiləri ilə yerli erməni əhalinin “qucaqlaşması” Birinci Qarabağ müharibəsində torpaqların işğalı ilə nəticələnmişdi, indi isə atəşkəsin erməni silahlıları tərəfindən pozulması ilə müşayət olunur”.

Sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov: “Ermənistan 30 ildir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bununla birlikdə Ermənistan Azərbaycan ərazilərini işğal edib, əhalisini etnik təmizləməyə məruz qoyub, ona qarşı ərazi iddiaları səsləndirib və hələ də bu iddialar düşmənin hərbi aqressiyası fonunda davam edir. Bu gün beynəlxalq hüquqda yer alan “qarşılıqlılıq” prinisipinə əsasən Azərbaycanın tam hüququ var ki, Ermənistanın ərazi bütövlüyünü tanımasın, hətta onun nəzarətində olan, əslində isə Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə və İrəvan ərazilərinə öz iddiasını irəli sürsün”.

Beləliklə, qeyd etdiyimiz açıqlamalardan sonra ağıllara belə bir sual gəlir: Azərbaycan nə etməlidir? Vətən müharibəsi zamanı tam məğlubiyyətlə üzləşən Ermənistan hələ də hərbi aqressiyasını davam etdirir və Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmir. Rus sülhməramlıları isə regionda atəşkəsi təmin etməkdən savayı hər işlə məşğul olur. Müharibədən xalq-ordu-prezident həmrəyliyi sayəsində zəfərlə ayrılan Azərbaycan hərbi və iqtisadi cəhətdən çökmüş düşməninin Rusiya kölgəsində atdığı şıltaq addımlarına nə üçün dözməlidir?

Azərbaycan ictimaiyyəti ordunu anti-terror əməliyyatlarına, hətta Qərbi Azərbaycan hesab edilən və hazırda beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan ərazisi olaraq tanınan əraziləri geri qaytarmağa səsləyir. Bəs beynəlxalq hüquq və real geosiyasi vəziyyət buna imkan verirmi?

Bu sualı beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində ixtisaslaşmış iki professora, həmyerlimiz Fərhad Mehdiyev və türkiyəli həmkarı Mesut Hakkı Çaşına yönəltdik.

Caşın: Orta vadede Esad ile yakınlaşma olabilir - YENİ ASYA

Mesut Hakkı Çaşın: “Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan ərazisi kimi tanınmış ərazilərinə iddia etmək hüququ yoxdur. Bu ümumiyyətlə yanlış bir addım ola bilər. Həmçinin, bu, “uni possidetis” prinsipinin tapdalanması hesab edilər. Yəni, Azərbaycan haqlı ikən, haqsız duruma, işğalçı vəziyyətinə düşər. Ona görə də, Azərbaycan əvvəlcə Qarabağı tam şəkildə terrorçulardan təmizləməli və nəzarətini təmin etməlidir. Bunun yolları axtarılmalıdır. Əks halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nizamnaməsinə görə Rusiya Azərbaycana qarşı hərbi müdaxilə edə bilər. Unutmayın ki, iki min rus əsgəri regiona balıq tutmaq üçün gəlməyib. Düşünürəm ki, Ermənistan müxtəlif istiqamətlərdə atəş açmaq, Qarabağla bağlı müharibədən öncəki mövqeyinə qayıtmaqla Azərbaycanı hiddətləndirməyə, onu pusquya çəkməyə çalışır. Çünki ermənilər yaxşı bilir ki, Rusiya Qarabağda bundan artığına icazə vermək istəməyəcək, onlara arxalanırlar və əsas hədəfləri Azərbaycanla Rusiya arasındakı münasibətləri gərginləşdirmək və Qarabağdakı mövqelərini möhkəmləndirməkdir. Rəsmi Bakı oyuna girməməlidir”.

Fərhad Mehdiyev: “Nazir özünü təmizə çıxarmaq istəyirsə, oğlunun gəlir  mənbəyini açıqlamalıdır”

Fərhad Mehdiyev: “Beynəlxalq hüquqda belə bir qayda var, siz hansısa beynəlxalq təşkilata üzv olduqda avtomatik qaydada həmin təşkilatın digər üzvlərini də tanımış olursuz. Məsələn, Azərbaycan Avropa Şurasına qoşulubsa, o təşkilatın bütün üzvlərini de-fakto tanımış olur. Sözügedən de-fakto tanıma dövləti bütün sərhədləri daxilində tanımaqdır. Ermənistan da eyni qaydada müxtəlif təşkilatlara qoşularkən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Məhz bu tanınmaya görə, bu gün heç bir dövlət deyə bilmir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi deyil. Putin belə, Dağlıq Qarabağın beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Ona görə də, mövcud vəziyyətdə nə Ermənistan, nə də Azərbaycan bir-birinin ərazi bütövlüyünü mübahisə predmetinə çevirə bilməz. Ermənistan de-fakto bunu edib, ərazi bütövlüyümüzü pozub, Dağlıq Qarabağı və ətraf rayonları işğal edib, lakin de-yure bunu rəsmiləşdirə bilməyib və bunu edə də bilməz, beynəlxalq hüquq buna imkan vermir. Təsəvvür edin ki, Qarabağ 1994-cü ildən 2020-ci ilədək de-fakto Ermənistanın nəzarətində idi. Lakin Ermənistan bu ərazini nə özünə birləşdirə bildi, nə də qondarma “respublikanın” müstəqilliyini tanıya bildi. Bunu beynəlxalq hüquqda “uti posidetis” termini ilə ifadə edirlər. Bu prinsip müstəqilliyin elan edildiyi anda var olan ərazilərin dövlət ərazisi kimi tanınmasını özündə ehtiva edir. Prezident də bunu bilir və ona görə deyir ki, biz Qərbi Zəngəzura və İrəvana qayıdacayıq, lakin o demir ki, mütləq tank üstündə qayıdacağıq.

Prezident İlham Əliyev bütün bunların fərqindədir. Onun İrəvan və Qərbi Zəngəzurla bağlı bəyanatları bir diplomatik gediş və ya manevrdir. Məsələn, prezident ermənilərə bununla mesaj verir ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımırsansa, mən də sənin ərazilərini tanımıram, yeni iddialar irəli sürürəm. Lakin bu məsələlərin heç biri beynəlxalq arbitraja daşınıla bilməz. Bu iddiaların hüquqi əsası yoxdur, lakin çox ciddi siyasi çəkisi var. Bir də İlham Əliyev çox gözəl bilir ki, beynəlxalq hüquqda “qarşılıqlılıq prinsipi” də var. Bu prinsipi sadə dillə belə izah etmək olar: “Sən mənə nə edirsənsə, mən də sənə qarşı eynisini edə bilərəm”. Məhz bu prinsipə görə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanmırsa, Azərbaycan da onun ərazi bütövlüyünü tanımaya bilər”.

Nicat İsmayılov

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Hamısı