Avropa suyu bulandırır Ermənistanda Rusiya vasitəsilə dövlət çevrilişinə cəhd ola bilər

Analitika 12:45 18.07.2021

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İrəvanda verdiyi bəyanatda Qarabağın "status"u məsələsinə toxunmaqla Aİ-nin məsələnin həllində maraqlı olmadığını və sadəcə sülh prosesində fəaliyyətini aktivləşdirmək niyyətində olduğunu göstərir.

Aİ rəsmisi Şarl Mişelin regiona səfəri və onun nəticələri ilə bağlı politoloq Əlimusa İbrahimov Eurasia Diary-yə şərh verib.

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan  yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

“Məlum olduğu kimi, Avropa İttifaqı və Rusiya qarşıdurması müxtəlif sahələrdə - Ukrayna, Polşa, Qara dəniz, Aralıq dənizi, sanksiyalar və digər sahələrdə davam edir. Bu qarşıdurmanın bir aspektini də Ermənistan cəbhəsində görürəm. Ermənistan təhlükələr və təhdidlər qarşısındadır və ancaq Azərbaycanla münasibətlərin yaxşılaşdırılması halında vəziyyətdən çıxa bilər. Hesab edirəm ki, Nikol Paşinyan uzun müddət götür-qoy etikdən sonra məhz bu yolu seçəcək”, - deyə Əlimusa İbrahimov bildirib.

Politoloqun sözlərinə görə, Avropa İttifaqının proseslərdə aktiv fəaliyyətini gücləndirmək üçün yetərincə mexanizmləri yoxdur: “Aİ Ermənistanda və ya regionda fəaliyyətini bərpa etmək və yaxud gücləndirmək istəyirsə, mütləq Azərbaycan və Türkiyə ilə birgə hərəkət etməlidir, onların yanında olmalıdır, nəinki Ermənistanın. Aİ-nin Ermənistana yardımı düşünürəm ki, sonda Ermənistanda Rusiyameylli qüvvələrin güclənməsinə səbəb olacaq və bu da Ermənistan üçün heç də xoş nəticələrə gətirib çıxarmayacaq. Bu dəqiqə Paşinyan odla su arasındadır. Rusiyaya tərəf istiqamət götürürsə Aİ tərəfindən təsirə məruz qalır, Aİ və ABŞ-a meyl edirsə Rusiya tərəfindən daha ciddi təsirə məruz qalır. Paşinyanın indi durumu çox acınacaqlıdır. Bir tərəfdən Aİ və Rusiya, digər tərəfdən ölkədəki müxalifət olmaqla Paşinyan üçtərəfli məngənə arasında sıxılır. Təbii ki, belə olan vəziyyətdə hökumət başçısı özünü itirir və qeyri adekvat qərarlar qəbul edir. Üstəgəl, Azərbaycan və Türkiyə tərəfindən olan təzyiqləri də götürsək, Paşinyan və Ermənistanın indiki siyasi elitasının vəziyyəti heç də yaxşı deyil”.

Düşünürəm ki, Ermənistana olan diqqəti yalnız Fransa Prezidenti Emmanuel Makronun çıxışlarında şahidi olmuşuq: “Ümumilikdə götürdükdə, Aİ-nin Ermənista-Azərbaycan münaqişəsinə diqqəti çox zəif olub. Buna pandemiyanın tüğyan etdiyi və Aİ daxilində çoxlu problemlərin olması səbəb olub. Zaman-zaman Aİ bu məsələyə qayıtmaq, ATƏT-in Minsk Qrupunun fəaliyyətini davam etdirmək, fəaliyyətini canlandırmaq istəmiş, lakin bu cəhdlərin heç biri lazımi nəticə veməmişdir və hələ də verməməkdədir. Avropada Azərbaycanın məsələni artıq həll etdiyini çox düzgün başa düşmüşlər və "status" məsləsini qaldırmaqla Ermənistanı öz tərəflərinə çəkmək, onu Rusiyanın təsir dairəsindən bir qədər də uzaqlaşdırmaq istəyirlər. Digər tərəfdən, Ermənistanda gedən Avropameylli proseslərə kömək etmək istəyirlər. Ermənistanda Rusiyanın təsirinin zəiflədilməsi və Rusiya əleyhinə olan qüvvələri yenidən gücləndirməsi, o cümlədən Paşinyana Rusiyanın təzyiqlərinə davam gətirməkdə kömək göstərilməsi istiqamətində Avropanın hərəkətə keçməsi lazım idi.

Aİ, o cümlədən ABŞ indiki şəraitdə hansı halda Ermənistana yardım edə bilərlər, yaxud da onun arxasında durduğunu bildirə bilərlər? Bu gün Ermənistanın sözdə Dağlıq Qarabağın “statusu”nun müəyyən edilməsi məsələsinə yenidən qayıdılmasının vacib olduğunu vurğulamaqla deyilən sözlər Paşinyanın mövqeyini gücləndirmək üçündür. Aİ məhz bu mexanizmdən istifadə edir. Və Aİ-nin Ermənistanda vəziyyətə nəzarət etməyə qayıtmağından da xəbər verir, eyni zamanda Rusiyanın təsir gücünü azaltmaq istəyir”.

Ekspert qeyd edib ki, Ermənistan bu vəziyyətdən yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla çıxa bilər: “Ermənistan Azərbaycanla münasibətləri yaxşılaşdırmaqla həm Rusiyanın, həm Aİ və ABŞ-ın təzyiqlərinə davam gətirə bilər. Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması Ermənistanda iqtisadi vəziyyətin də normallaşmasına səbəb olacaq ki, bu da əhalinin təzyiq və təsirinin azalmasıyla nəticələnək. Eyni zamanda, üçtrəfli bəyanatdan irəli gələn məsələlərin həyata keçirilməsi həm sərhəddə gərginliyi zəiflədər, həm də iqtisadi vəziyyəti normallaşdırar. Bu da Paşinyanın vəziyyətini xeyli dərəcədə yüngülləşdirə biləcək.

Paşinyana yeni hökumıti qurarkən dəstək lazımdır. İndiki şəraitdə Rusiya Paşinyanı Moskvaya dəvət etməklə ona öz göstərişlərini vermiş və bu göstərişlər nə Paşinyanın, nə Ermənistandakı Rusiya əleyhinə olan mövcud qüvvələrin heç də xoşuna gəlməyib. Paşinyanın Moskvaya getməsi Aİ və ABŞ-da ona Rusiyanın dəstək verməsi kimi deyil, Rusiyanın Ermənistana təsirinin daha da gücləndirilməsi üçün atılan addım kimi qiymətləndirilir. Paşinyan hələ hakimiyyətə gəlməmiş və baş nazir kürsüsünə otrmamış Moskvaya getdi. Çoxları düşünürdü ki, bu səfəri Rusiyameylli qüvvələr təşkil edib və Paşinyan Rusiya ilə daha sıx münasibətlər quracaq. Lakin düşünürəm ki, bu səfər Paşinyanın əleyhinə idi. Hökumət qurulmadan Moskvaya dəvət olunması onu göstərirdi ki, Kreml Rusiyameylli qüvvələrin hakimiyyətdə təmsil olunması üçün Ermənistanın daxili işlərinə müdaxilə edir. Bu isə yaxın gələcəkdə Ermənistanın Rusiyadan daha asılı vəziyyətə düşməsi və daha yaxınlaşmasına səbəb olacaq. Və Belarus kimi Rusiyaya daha yaxından bağlı olacaq.

Rusiya xarici işlər naziri Sergey Lavrov dəfələrlə status məsələsinin gündəmdə olmadığını deyib. Lavrov və Rusiya Prezidenti Putinin fikri belədir ki, Ermənistan Azərbaycanla yaxınlaşdıqca "status" məsələsi yada düşməyəcək. Bu Ermənistanda bəzi qüvvələri Rusiyadan narazı salmışdı”.

Ə. İbrahimovun sözlərinə görə, Aİ rəsmisi Şarl Mişelin regiona səfəri çoxdan və çox böyük maraqla gözlənilirdi: "Həm Ermənistan, həm də Azərbaycan minalanmış ərazilərin xəritələrinin və əsirlərin verilməsi məsələsində istənilən imkandan istifadə etməkdə maraqlıdır. Amma Aİ-nin sözdə Dağlıq Qarabağın “statusu” haqda bəyanatları onların xoşməramlı olmadığını göstərir. Düşünürəm ki, onlar status məsələsində bu qədər ciddi olacaqlarsa, Azərbaycan nə xəritələrin, nə də əsirlər məsələsində maraqlı olmayacaq. Ona görə Şarl Mişelin səfəri zamanı bu məsələyə baxılmaya bilər. Çünki “status” bəyanatıyla Aİ Azərbaycanı bir qədər özündən uzaqlaşdırıb. Ermənistanla Azərbaycan arasında və  regionda vəziyyətin bu həddə çatmasında günahkar Aİ və onun patronajlığı əsasında fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu olub. Əks təqdirdə Ermənistan Rusiyanın təsir dairəsinə düşməzdi. Aİ ölkələrinin münaqişəyə münasibəti konstruktiv deyil, destruktivdir. Ancaq onlar unutmamalıdırlar ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil və bundan sonra da Azərbaycanın o torpaqlardan didərgin düşmüş insanları geri qaytarmaq üçün ikinci 30 ili gözləmək imkanı yoxdu. Azərbaycan BMT-nin həyata keçirə bilmədiyi qətnamələrini yerinə yetirdi. Hər halda BMT Aİ-dən böyükdür. Öz təhlükəsizliyini təmin etmək,və iİşğalda qalan digər torpaqlarını da azad etmək üçün Azərbaycan hər zaman əzmkarlıqla fəaliyyət göstərəcək.

Şarl Mişelin Ermənistan və Azərbaycana səfəri hesab etmirəm ki, müəyyən məsələlərdə qarşılıqlı anlaşmanı gücləndirəcək. Bu səfər Rusiya-Ermənistan və Rusiya- Aİ arasında qarşıdurmanın daha da güclənməsinə səbəb olacaq. Bu isə Ermənistanda yenidən insanların küçələrə axmasına gətirib çıxaracaq. Rusiyameylli qüvvələr bir tərəfdən, və digər tərəfdən Avropameylli qüvvələr baş qaldıracaq. Qarşıdurma güclənəcək və bir aydan sonra, sentyabrda Ermənistanda vəziyyətin axardan çıxacağını gözləyirəm. Təbii ki, vəziyyət sabit olmayanda nə danışıqlar prosesi normal gedir, nə də sülh və əminamanlıq bərpa olacaq. Bunlar Ermənistanın əleyhinə işləyir. Revanşist qüvvələr Rusiya təsiri altında baş qaldıracaq. Yanvara qədər Rusiya vasitəsilə ilə yenidən dövlət çevrilişinə cəhd ola bilər. Paşinyan Rusiyanın istəyini yerinə yetirə bilməyəcək və Rusiyameylli qüvələrin hakimiyyətdə təmsil olunmasına imkan verməyəcək.  Aİ və ABŞ qərbmeylli qüvvələrə təsir edəcək, yardım edəcək. Ermənistanın gələcəyini yaxşı görmürəm. Ermənistanda olan qarışıqlıqdan istifadə edən Azərbaycan öz silahlı qüvvələrini daha da inkişaf etdirəcək, iqtisadiyyatını daha da möhkəmləndirəcək, Türkiyə ilə münasibətlərini daha da gücləndirəcək və gələcəyə daha ümidlə baxacaq. Yaxın iki-üç ayı bu vəziyyətdə görürəm".

Səlimova Gülnar

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Hamısı