“Ədalətli” Avropa: erməni faşizminə 2,6 milyard avro Azərbaycana 150 milyonluq “dəstək”

Analitika 19:15 18.07.2021

Ermənistan bu gün auksiona çıxarılmış ölkə təəssüratı yaradır. Rusiya və onun rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi bu qondarma dövləti əldə saxlamaqdan ötrü hansısa addımlar atır, ardınca Avropadan təklif gəlir.

Şimal qonşumuz müxtəlif yollarla, o cümlədən “qamçı və kökə siyasəti” ilə İrəvanı Avropaya yol almağa qoymur. Paralel olaraq Avropa vaxtaşırı “Soros uşaqları”na yaşıl avrolar dadızdırmaqla Ermənistanı özünə tərəf çəkmək üçün addımlar atır. Sonuncu belə dəstək elanı 2020-ci ilin dekabrında olmuşdu. O zaman Avropa İttifaqı bəyan etmişdi ki, Aİ koronavirusa qarşı mübarizə üçün Ermənistana 24 milyon avro ayırıb.

Koronavirusa görə... Hansı ki, Azərbaycan Prezidenti ötən il koronavirusa qarşı mübarizə məqsədilə BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürəndə bu təklifə qarşı çıxan yeganə ölkə... Ermənistan olmuşdu! O zaman bir neçə ölkəni çıxmaq şərtilə Avropa İttifaqına üzv dövlətlər daxil, çoxu bu faktın üstündən keçmişdi, erməni hakimiyyətini qınamağa belə həvəs göstərməmişdilər. Ancaq Azərbaycan ərazilərində vandalizm aktı törədənlərə 44 günlük dəhşətli müharibədən sonra 24 milyonluq “koronavirus” dəstəyi verildi. Bildirilirdi ki, bu, İttifaqın rəsmi İrəvana ayırdığı iqtisadi və maliyyə vəziyyətin yaxşılaşdırılması ilə bağlı 92 milyon avroluq yardımın tərkib hissəsidir. Biz belə “humanitar” dəstəkləri çox görmüşük ötən 30 ildə. Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə Amerika, Avropa Birliyinə üzv dövlətlər, o cümlədən təşkilatlar yüz milyonlar xərclədilər, ianə etdilər, nəticədə Azərbaycan ərazilərinin işğalı bu qədər çəkdi.

Elə məhz buna görə də 2017-ci ilin oktyabrında Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən açıq danışmışdı.

Sitat: “Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır. Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik”.

Dövlət başçımız o vaxt situasiyanı tam doğru-dürüst müşahidə edib qiymətləndirdiyi, ikili standartlı Avropa qurumunu açıq mətnlə tənqid etdiyi kimi, bugünkü zəfərimizi də aydın şəkildə görürdü. Bu isə özünü nəhəng sayan dövlət və qurumları qane etməyən nəticədir. Ona görə də sinirlidirlər. İstəməzdilər belə nəticə olsun, Azərbaycan bütün dünyanın bacarmadığını, bəlkə də, etmək istəmədiyini cəmi 44 günə reallaşdırıb. Yadınızdadır, Xankəndidəki separatçıları tez-tez Brüsseldə görürdük. Avropa İttifaqının üzv ölkələrinin siyahısına baxın: elə Ermənistanın “bacısı”nın olması kifayət edər rəy formalaşdırmaq üçün...

Ötən il Azərbaycan Ermənistan ordusuna qarşı əks-hücuma keçdikdən cəmi 72 saat sonra, sentyabrın 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını bildirdi və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu söylədi.

Təsəvvür edin, 30 ilə yaxın müddətdə işğal sürüb, Avropa İttifaqı dövriyyəyə girib, işğala son qoyulmasını Ermənistandan tələb etməyib, ancaq Azərbaycan ərazi bütövlüyünün təmin olunması istiqamətində hüququndan istifadə etdiyi vaxt qurumun rəhbərliyi narahat oldu və sülhə çağırdı. Hətta Ermənistan həmin günədək 14 mülki sakinimizi qətlə yetirdiyi halda, Aİ tərəfindən ittihama məruz qalmadı. Üstündən iki gün keçdi, Avropa İttifaqı Qarabağdakı əməliyyatları dərhal dayandırmağa və siyasi dialoqa qayıtmağa dair çağırış etdi. Yenə də Ermənistan qarşısında “ordunu dərhal Qarabağdan çıxar” tələbi qoyulmadı...

Bu gün, iyulun 17-də həmin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İrəvanda bildirib ki, Avropa İttifaqı Ermənistana, 2,6 milyard avro (!) yardım edəcək.

Heyrətamizdir! Şarl Mişel Ermənistan Respublikasının baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla brifinq zamanı “Biz sizin yanınızdayıq və Ermənistana 2,6 milyard avro maliyyə paketinin verilməsini bir daha təsdiqləyirik. Beləcə, Ermənistana prioritetlərini həyata keçirməsində dəstək oluruq. Bizim bu prioritetlər barədə danışmaq fürsətimiz də vardır”, - deyib.

Ermənistan və prioritetlər...Ermənistanın 30 illik müstəqillik dövründə prioritetləri nə olub? Cənab Mişel xəbərsizdirsə, xatırladaq: Azərbaycan ərazilərinin əbədi ilhaqı, Türkiyəyə qarşı ərazi və soyqırım iddiası, Rusiya və Qərb arasında “haça-paça siyasəti” yürüdüb, birindən hərbi, digərindən iqtisadi yardım almaqla faşizm ideyalarını sürdürmək...

Demokratik prinsiplərdən, insan hüquqlarından, qanunun aliliyindən bəhs edən Avropa İttifaqı Azərbaycana qarşı törətdiyi bəşəri cinayətlərə görə Ermənistanın mühakimə olunmasını tələb etməkdənsə, faşizm ideyalarının kölgəsində daldalanan bu ölkəyə “atalıq qayğısı”göstərir.

Neçə gündür Ermənistan ordusu 10 noyabr anlaşmasını pozaraq Tovuz, Gədəbəy, Kəlbəcər, hətta Sədərək rayonlarındakı mövqelərimizi atəşə tutur, kapitulyasiya sənədinə imza atan ölkənin rəhbərliyi yenə də sərsəm bəyanatlar verir. Səbəb? Yuxarıda qeyd etdiyimiz kimi, səbəb beynəlxalq aləmin adekvat münasibətinin olmamasıdır. Sədərəkdə 2, Ağdamda 1 nəfərimiz yaralanıb, yenə Avropa İttifaqının tükü tərpənmir. Amma Azərbaycan Ordusu 12 mayda Kəlbəcər istiqamətində sərhədlərin dəqiqləşdirilməsi istiqamətində hərəkətə keçəndən bir neçə saat sonra Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar bəyanat yaydı, həm Ermənistan, həm Azərbaycan XİN rəhbərləri ilə əlaqə saxlayaraq narahatlığını bildirdi.

İllər uzunu Azərbaycanın əl-qolunu bağlamağa çalışan Avropa İttifaqının Ermənistan sevgisi necə fontan vurubsa, bəyan edib ki, bu ölkəyə 2,6 milyardlıq dəstək verəcək.

Hansı ki, cəmi iki həftə əvvəl qurum Ermənistandakı bir sıra layihələrin dəstəklənməsi üçün 1,5 mlrd. avro ayıracağını açıqlamışdı. Özü də xüsusilə vurğulanmışdı ki, “Ermənistana Sünik (Zəngəzur-E.P.) vilayətinin inkişafı da daxil olmaqla, beş əsas proqramın reallaşdırılması üçün 1,5 mlrd. avrodan çox vəsait veriləcək”.

Nə baş verdi ki, Mişel daha 1,1 milyard avroluq “bonus” ayrılacağını elan etdi? Olmaya, Azərbaycanın Zəngəzur bəyanatlarından narahat olublar? Bəlkə, dövlət başçımızın Qərbi Zəngəzur iqtisadi zonası ilə bağlı sərəncamı Avropa İttifaqı üçün də “soyuq duş” effekti verib? Axı 101 il öncə tarixi torpaqlarımızın qoparılmasında ermənilərin Avropadakı himayədarlarının da rolu az olmayıb.

Ədalətinizə nə deyək? Ermənistana 2,6 milyardlıq yardım paketi ayıran Avropa İttifaqı Azərbaycana... cəmi 150 milyonluq dəstək verəcəkmiş... Adam demək istəyir: aparın o 150 milyonu... Lənət şeytana!

Yəqin ki, deyilməli sözləri dövlətimizin rəhbər şəxsləri deyəcəklər. Hər halda, Mişel Bakıya da gəlib, eşitmək istədiklərini deyəcəklər ona.

Gəlmişkən Hərbi Qənimətlər Parkına da aparmaq olar, Azərbaycanın xəbərdarlıqlarının hansı nəticə verdiyini görsün və yenidən Ermənistandakı revanşistlərə dəstək verilməsi layihələrini dayandırsın! Heç kimin şübhəsi yoxdur ki, hazırda Ermənistanın qarşısında 80 faizi darmadağın olmuş ordusunu yenidən qurmaq planı dayanır, bunu gizlətmirlər də. Deməli, Avropa İttifaqı dolayısı ilə İrəvana hərbi dəstək ayırır, növbəti müharibəyə töhfə verir. 44 günlük müharibəyədək Ermənistana ayrılan pulların hesabına işğal davam etmirdimi?! Əslində, Ermənistanın ordu saxlamaq hüququ olmamalıdır, bu ölkə qonşular üçün təhdiddir!

Şarl Mişel Ermənistana milyardlar vəd etdiyi gün İrəvanda onu lənətləyənlər küçələrə axışmışdılar. Al, Aİ, bu da sənə Ermənistan! Küçələrə səpələnmiş ermənilər səs-səsə vermişdilər: “Sizi görmək istəmirik!”, “Müharibə vaxtı harda idiniz?”; “İkiüzlü siyasətinizi özünüzə saxlayın!” şüarları da əllərdə! Anlaşılandır, Rusiyapərəstlərin də izi var burada. Amma ermənilərin dönüklüyünü, çörəyinin dizi üstə olduğunu Azərbaycandan yaxşı kim bilər?

Əslində, Azərbaycan-Avropa İttifaqı münasibətləri normal məcrada davam edir illərdir. Bakı Avropa təsisatları ilə yaxından əməkdaşlıq edir.

Təkcə 40 milyard dollarlıq Cənub Qaz Dəhlizini xatırlatmaq kifayətdir münasibətlərin həcmini göstərmək üçün. Dövlət başçımız da dəfələrlə bəyan edib ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Təkcə müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Üstəlik, ticarət dövriyyəmizin 50 faizini Aİ-yə üzv ölkələr təşkil edir. Ancaq Azərbaycanın rolu danılmaz olsa belə, Avropa Birliyi ac-yalavac Ermənistanı dirçəltmək üçün “var-yoxundan” keçir. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir, “yerdən-göyədək” hər şeyini alan Rusiyanın mövcud olduğu Ermənistanda Aİ-nin payı nə qədərdir, bax əsas sual budur!

İrəvan küçələrində etirazla qarşılanan Avropa İttifaqı rəsmisi bir daha düşünüb-daşınsa, yaxşı olar. Qoy hesablasınlar, gəlir-çıxarlarını, Azərbaycanla əməkdaşlığa xələl gətirmək istəyirlərsə, o halda Ermənistanı dirçəltsinlər! Əvvəlcə Ermənistan müharibə cinayətlərinə görə mühakimə olunmalı, Azərbaycana vurduğu yüz milyardlarla zərəri ərazilərinin bahasına belə olsa, ödəməlidir!

Bir də ki, Azərbaycan bu qədər zərər görməsinə, erməni vandalizmi ilə üzləşməsinə baxmayaraq, Ermənistana fəlakətlərdən qurtulmaq, normal həyata dönmək üçün xilas formulu təklif edib, Türkiyə ilə bərabər: “6-lıq formatı”. Amma İrəvan müxtəlif iddialarla imtina edir bu əməkdaşlıqdan. Avropa İttifaqının rəhbəri Paşinyandan soruşmalı idi: siz niyə tarixi şablonlardan imtina edib, qonşularla dinc-yanaşı yaşamaq istəmirsiniz? Təsəvvür edin, Ermənistan özünü xilas edə biləcək layihələrdən, kommunikasiyaların açılmasından imtina edir, Avropa İttifaqı isə belə “ruhi xəstə”yə 2,6 milyard vədi verir...

Yardım Azərbaycana ayrılmalıdır: 30 illik işğaldan milyardlarla avro ziyan çəkmiş ölkəyə, Qarabağı yer üzündən silmiş faşist yığnağına yox! Avropa İttifaqı mövcud olsaydı, vaxtilə Hitler Almaniyasına bircə sent yardım ayırardımı? Azərbaycan dövləti Qarabağda nəhəng layihələri həyata keçirir, yer üzündən silinən şəhər və kəndlər yenidən salınır, hava limanları, yollar tikilir. Təkcə Qarabağı yüz minlərlə minadan təmizləmək üçün böyük vəsait tələb olunur. Qarabağın bərpasına milyardlar tələb olunacaq, Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan Azərbaycana Avropa İttifaqının dəstəyi hanı? Görmürük! Avropa İttifaqı Azərbaycana, heç olmasa, 5-6 milyardlıq dəstək ayırmaq əvəzinə, Ermənistandan 20 dəfə az (!) vəsait vəd edir... İkili standartların buynuzu olmur ki... Kəsəsi, çörəyimizin (oxu: neft-qazımızın - E.P.) duzu yoxdur.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
Hamısı