Ermənistan qorxur ki, Zəngəzur dəhlizi Türkiyənin regionda təsirini gücləndirər Elxan Şahinoğlu

Analitika 17:19 22.07.2021

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər edib.  Səfər çərçivəsində Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub.

Rəsmi görüşdə hər iki dövlət rəhbəri Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrlə yanaşı, regionda post-münaqişəli vəziyyət və 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının yerinə yeritilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Bəzi ekspertlərin fikrinə görə, iki dövlət başçısı arasındakı baş tutan görüşdə regional dəhlizlərin açılmasına daha çox diqqət ayrılıb.

Onlar hesab edirlər ki, dövlət başçılarının görüşündən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər daha da sürətlənə bilər.

Ümumiyyətlə, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasında Rusiya nə dərəcədə maraqlı ola bilər? Bu dəhlizin açılması Rusiyanın geosiyasi və geoiqtisadi maraqlarına uyğundurmu? Ermənistanın dəhlizin açılmasına əngəllər törətdiyi təqdirdə, Moskvadan hansı reaksiyalar gözlənilə bilər?

Tanınmış politoloq Elxan Şahinoğlunun Eurasia Diary-yə verdiyi açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması regional dövlətlər arasında geniş iqtisadi bazarın yaradılmasına gətirib çıxara bilər. Ona görə də Azərbaycan, Türkiyə və Rusiya bu dəhlizin yaradılmasında maraqlıdırlar.

“Moskvanın vasitəçiliyi ilə imzalanan üçtərəfli noyabr və yanvar bəyanatlarına Ermənistanın Baş naziri Nikol Paşinyan da imzalayıb. Hər iki bəyanatda dəhlizlərin açılması maddəsi qeyd olunub.  Çox təəssüf ki, Ermənistan bu bəndin yerinə yetirilməsini ləngidir. Yerevan bəhanə gətirir ki, söhbət təkcə Zəngəzur dəhlizindən getmir, bütün dəhlizlərin açılmasından gedir. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında Azərbaycanın bütün dəhlizlərin açılmasına tərəfdar olduğunu qeyd edib” - Şahinoğlu vurğulayıb.

E.Şahinoğlunun sözlərinə görə, Ermənistanın narahat olduğu əsas səbəb Azərbaycanın və Türkiyənin regionda təsirinin güclənməsidir: “Ermənistan qorxur ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi vasitəsiylə regionda siyasi və iqtisadi təsirini daha da gücləndirə bilər.  Yerevan buna görə məsələni ləngidir”.

Politoloq Zəngəzur dəhlizinin hətta Rusiyanın da maraqlarına uyğun olduğunu bildirib. Moskva bu dəhlizin açılmasına tam tərəfdardır.

“Rusiya dəhlizlər ilə bağlı maddələri bəyanatlara salıbsa, demək bu dəhlizlərin açılmasında özü də maraqlıdır. Dəhlizlər Rusiyanın maraqlarına xidmət edir. Lakin son zamanlar Rusiya bu məsələdə Ermənistanı təzyiq etmir. Moskvanın dəhliz ilə bağlı ciddi bəyanatlarını eşitmirik. Halbuki, Ermənistan elə bir dövlətdir ki, tamamilə Rusiyadan asılıdır. Ermənistan Moskvanın təzyiqi qarşısında heç bir müqavimət göstərə bilməz. Əsas odur ki, Rusiya təzyiq göstərsin” - Şahinoğlu bildirib.  

“Rusiya rəhbərliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi altılıq formatına dəstəkləyir. Regionda geniş iqtisadi əməkdaşlığın qurulması Rusiyaya sərfəlidir. Bu regional əməkdaşlığı yalnız Zəngəzur dəhlizinin açılması təmin edə bilər. Bu dəhliz olmadan altılıq regional əməkdaşlığın güclənməsi qeyri-mümkündür. Ona görə ki, bu dəhliz vasitəsiylə Türkiyə Mərkəzi Asiya və Rusiya bazarlarına, Rusiya isə Türkiyə, Ermənistan və İran bazarlarına çıxış əldə edə bilər” - deyə o əlavə edib.

Sonda E.Şahinoğlu Rusiyada bəzi şovinist qüvvələrinin də dəhlizin açılmasına maneçilik törətməyə çalışdıqlarını dilə gətirib: “Çox təəssüf ki, Rusiyada bəzi şovinist qüvvələr regionda dəhlizlərin açılmasına mənfi münasibət göstərirlər. Bu məsələdə Ermənistanın yanında dururlar. Onlar hesab edirlər ki, dəhlizlərin yaranması Türk birliyinə gətirib çıxara bilər. Lakin Azərbaycanın və Türkiyənin əsas məqsədi bu dəhlizlərin yaranmasıdır. Prezidentimiz bu məsələdə qəti mövqeyini ortalığa qoyub”.

Yunis Abdullayev 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Hamısı