İrandakı etirazlara görə Xamenei məsuliyyət daşıyır Sədrəddin Soltan

Analitika 14:37 23.07.2021

İyulun 15-dən etibarən İranın cənubunda, Xuzistan əyalətində başlayan etirazların miqyası hər keçən günü daha da artır. Artıq Hamidiye, Bostan və Şadigan şəhərləri başda olmaqla bir neçə şəhərdə etirazlar alovlanıb. İçməli su ilə yanaşı elektrik enerjisinin verilişində yaranan problemlərin aradan qaldırılması etirazçıların əsas tələbləri arasında yer alır. Qeyd edək ki, içməli su problemi təkcə Xuzistan deyil, İranın digər bölgələrində də müşahidə olunur.  

Mövzu ilə bağlı Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Eurasia Diary-yə şərh verib.

Politoloqun sözlərinə görə, İranda mövcud sosial etirazlar prezident seçkisi və yeni prezidentlə bağlı deyil: “İranda su problemi uzun illərdir ki, var və hələ də davam edir. Xatırladım ki, Urmiya gölünün quruması ilə bağlı 20 il bundan qabaq Azərbaycan türkləri etiraz aksiyası keçirmiş və İran rəhbərliyi və beynəlxalq ictimaiyyətə müraciət ünvanlamışdılar. Bu o demək idi ki, İranda su böhranı var. Hazırki su böhranı da İran hakimiyyətinin daxili su resurlarından plansız və məqsədsiz istifadəsinin nəticəsidir. Çünki Karun adlı çayın yönünü Xuzistandan İsfahan ərazisinə yönəldiblər. Xuzistan ərazisi çox isti bir regiondur və baxmayaraq ki, Xuzistan əyaləti Əhvazda karbohidrogen yataqları, neft-qaz var, əhalisi çox kasıbdır. Suyu bu kasıb ərazidən İsfahana yönəldiblər. Buna görə də regionda su qıtlığı yaranıb. Eləcə də Güney Azərbaycanın bir sıra şəhərlərində bu problem var. Hakimiyyət isə su qıtlığının aradan qaldırılması ilə məşğul olmaqdansa, etraz aksiyası etmiş inasnlara qurulu silahla atəş açır. Hətta məlumatlara görə, 5 nəfər aksiya iştirakçısı həlak olub, çoxlu sayda insan yaralanıb. Hakimiyyət etiraz aksiyası edən insanları həbs və təqib edir. Bu hakimiyyətin yarıtmazlığının göstəricisidir”.

Sədrəddin Soltanın sözlərinə görə, Ayətullah Seyyid Əli Xamenei ötən günkü ismarıcında bu məsələyə diqqət ayırıb: “O, bildirib ki, yerli hakimiyyət orqanları su problmini həll etməlidir. Deməli su problemi, ümumiyyələ sosial problemlər İranda başlıca çətinliklərdəndir və buna diqqət ayrılmalıdır, nəinki etirazçıları dəyənəklə döymək və ya odlu silahla öldürmək. Bu hakimiyyətin illər boyu etiraz edən ölkə vətəndaşlarının haqlı tələblərinin qarşılanması metodudur və bu metod dəyişməyib. Susuz insanlara qan içirdilir. Bu çox dəhşətdir və bu İran kimi neft hasilatına görə regionda böyük paya malik bir ölkədə baş verir. Belə bir ərazidə yaşayan ərəblərin susuz qalması çox faciəvidir. Bu səbəbdən, İranda bu tip sosial problemlər həll edilməzsə perspektivdə başqa bu kimi hadisələrin baş verəcəyi istisna edilmir. Son zamanlar İranda çörəyin qiymətinin 60 faiz bahalaşdığı haqda məlumatlar yayılıb, ölkədə istismar olunan təbii faydalı qazıntı yataqlarda çalışanların əmək haqlarının verilməməsi etirazlara səbəb olub. Güney Azərbaycanınn bir sıra şəhərlərində, xüsusən qızıl-mis mədənlərində yerli əhaliyə hörmətsizlik və onların sosial tələblərinin qarşılanmaması da bu tip sosial problemlərin geniş vüsət alacağına indidən əsas yaradır”.

Ekspert qeyd edib ki, əgər ölkədə bir anda su çatmırsa, su qıtlığı varsa, yaxud İranda regionların sərvətləri talanırsa və bu talanmış sərvətlər hesabına İran hakimiyyəti İraqda, Suriyada, Yəməndə ordu saxlayırsa və başqa ölkələrin daxili işinə qarışırsa buna üçüncü ölkə nə etsin? Onun sözlərinə görə problemi, ölkədə su qıtlığını yaradan da, su qıtlığının aradan qaldırılmasında aciz olan da İran hakimiyyətidir: “Bunun heç bir üçüncü, dördüncü və s. ölkələrə aidiyyatı yoxdur. Problemi həll etmək və vətəndaşların haqlı tələblərini təmin etmək lazımdır, nəinki başqa ölkələr ərazisində İran İslam İnqilabının doktrinasını yaymaq və təbliğ etmək və yaxud başqa bir ölkənin hakimiyyətini silah gücü ilə dövlət başında saxlamaq.

Qeyd etdiyim kimi, Xuzistanda etiraz aksiyaları etnik mahiyyətli deyil. Bu bölgədə ərəblər çox yaşayır. Bəzən elə təəssürat yaradırlar ki, ərəblər etiraz edib. Xeyr, İranda su qıtlığı var. Urmiya gölü günü-gündən quruyur, səviyyəsi aşağı düşür. Bununla bağlı Azərbaycan türkləri etiraz edirlərsə, məgər buna etnik damğa vurmaq lazımdır? Bu pantürkçülük və ya panturançılıq deyil, sadəcə olaraq mövcud ekoloji vəziyyətə etirazdır. Xüsusən də, hadisələrdə yerli sakinlərin su qıtlığının aradan qaldırılması kimi sosial problemlərilə bağlıdır. Etiraz aksiyaçıları heç şübhəsiz o qədər hiddətlənib ki, onlara yardım etməyən hakimiyyət təmsilçilərinin əleyhinə də şüarlar səsləndirirlər. Bu da təbiidir”.

Politoloq bildirib ki, ölkədə baş verən bütün hadisələrə görə hakimiyyət və onun başında dayanan ali dini rəhbər məsuliyyət daşıyır: “Ölkədə vətəndaşların sosial istəkləri təmin olunmursa, demək ona görə cabadehlik daşıyan şəxslər var. Əgər bu məsul şəxslər üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmirlərsə hakimiyyətdən getməlidirlər. İranda da bütün dünyada olduğu kimi bu normal qarşılanmalıdır. İranda 1979-cu ildən bu günə qədər dövləti bir partiya idarə edir və bu partiya islahat aparmaqda çətinlik  çəkir. Ona görə də, bu tip problemlərlə üzləşir. Vətəndaşların sosial, elementar və çox ciddi sosial problemi olan su məsələsinin həll edilməməsi İran üçün faciəvi və İran hakimiyyəti üçün təhlükəlidir”.

Gülnar Səlimova 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı