İranın anti-Azərbaycan siyasəti “Laçın dəhlizini açıq bazara çevirmək istəyirlər”

Analitika 14:55 23.07.2021

Xəbər verdiyimiz kimi 22 iyul, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına geniş müsahibəsi yayımlanıb. Ölkə başçısı müsahibədə xarici siyasət və daxili siyasətlə bağlı bir çox vacib açıqlamalar verib. İlham Əliyevin Laçın dəhlizi və Xankəndiyə Azərbaycanın nəzarətilə bağlı açıqlamaları daha çox diqqəti cəlb edib. Düşünürük ki, dövlət başçısı bu açıqlamalarla qonşu ölkələrə mesaj ünvanlayıb.

“Biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora?!. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır” – deyə İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev: Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də

Bəs Azərbaycan prezidenti bu açıqlamasında hansı dövlətə mesaj ünvanlayıb?

Laçın dəhlizinin 5 kilometr dərinliyində hazırda rus sülhməramlıları fəaliyyət göstərir. Beləliklə, dəhlizdən keçən hər texnika, hər maşından da məsul dövlət Rusiyadır. Lakin Rusiya sadəcə dəhlizə nəzarət edən tərəfdir, sözügedən maşınlar isə məhz Mehri yolu ilə İrandan keçir. Ona görə də prezidentin bu mesajının Moskvadan çox, İrana istiqamətləndiyini ehtimal etmək olar.

Qeyd edək ki, müharibədən əvvəl də dövlət başçısı ad çəkməsə də Ermənistanla əməkdaşlıq edən müsəlman ölkələrini (xüsusilə İranı) tənqid etmişdi. 21 iyul, 2020-ci ildə prezidentin bu tənqidi açıqlamalarına diqqət edək:

“Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər. Bu azmış kimi, ermənilər orada heyvan saxlayırlar, hətta bizim müqəddəs ocaqlarımızı təhqir edirlər. Kim edir bunu? Ermənistan. Bu məscidlər təkcə bizim deyil, bütün müsəlman aləminə məxsusdur. Mən sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər törədən bir ölkə ilə hansısa əlaqələr olsun, hansısa dostluq haqqında danışsınlar? Hansı dostluq ola bilər?”

İlham Əliyev: “Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz”

Şükürlər olsun ki, bu gün Azərbaycan xalq-hökumət-ordu birliyi, şəhidlərimizin canı, qazilərimizin əziyyəti və dövlət başçısının iradəsi, diplomatik zəkası sayəsində Qarabağdakı, Şuşa, Ağdam və digər şəhərlərimizdəki məscidləri, dini ziyarətgahları işğaldan azad edib. Lakin bu prosesdə və sonrasında İranın Azərbaycana qarşı mövqeyi heç də birmənalı olmayıb.

Belə ki, 44 günlük müharibə dövründə İran quru bəyanatlarla problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar olduğunu bildirsə də Ermənistanı yanacaq, məişət məhsulları və əsas da silahlı texnikalarla təmin etməkdən çəkinməmişdi. Müharibə dövründə Gürcüstan Ermənistanla sərhədlərini bağlamış və Ermənistana göndərilən hərbi texnikalar ancaq İran vasitəsilə, Mehri yolundan ölkəyə gətirilmişdi. Bunun videogörüntüləri sosial şəbəkələrdə yayılsa da İran rəsmiləri bu faktı inkar etmişdilər.

İran Ermənistana silah-sursat, hərbi texnika daşıyır: Yeni faktlar - FOTOLAR

Müharibədən sonra isə İran hökuməti Azərbaycanla müharibə dövründə gərginləşən əlaqələrini yaxşılaşdırmaq üçün bir sıra cəhdlər göstərdi. Əvvəlcə, müxtəlif rəsmilər Azərbaycan hökumətini ölkənin ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrik etdilər. Daha sonra, yanvar ayının 25-i İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Bakıya rəsmi səfərə gəldi. Prezident İlham Əliyev və XİN başçısı Ceyhun Bayramovla görüşən Zərif İran şirkətlərinin Qarabağın yenidənqurulmasında iştirak edə biləcəyini qeyd etdi və iqtisadi əlaqələrin inkişafından danışdı. Üzərindən iki gün keçməmiş İrəvanda rəsmi səfərdə olan Zərif erməni həmkarı Ara Ayvazyanla görüşü zamanı “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - deyə açıqlama verdi.

Ara Ayvazyan və Məhəmməd Cavad Zərifin görüşü başladı

Zərifin bu diplomatik manevrinin yeganə izahı ola bilər. O da Azərbaycanın Zəngəzurla bağlı inadlı mövqeyindən rəsmi Tehranın narazı qalmasıdır. Bu narazılıq səbəbi də aydındır. Belə ki, Şərqi Zəngəzur vasitəsilə Naxçıvan və Türkiyəyə dəhliz imkanı əldə edən Azərbaycan üçün İran tranzit nəqliyyat perspektivləri əvvəlki aktuallığını itirir. İran Yol və Nəqliyyat Nazirliyinin 2020-ci ilə aid məlumatlarına görə, koronavirus pandemiyasının ticarət əlaqələrinə mənfi təsir etməsinə baxmayaraq, hər ay Türkiyənin 12 minə yaxın yük maşını İran-Türkiyə sərhəddini keçir və onun əhəmiyyətli bir hissəsi türk respublikaları və Əfqanıstana yollanır. Bu ticarət İran üçün çox sərfəlidir. Zəngəzurdan açılacaq dəhliz bu trafiki xeyli dərəcədə azalda bilər.

Bundan savayı, Azərbaycanla İran Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə qoşulublar. Bu layihənin məqsədi Rusiyadan-İran və Şərqə, eləcə də Şimali və Qərbi Avropaya doğru yük çatdırılma müddətini azaltmaqdır. Azərbaycan üçün bu layihə də yavaş-yavaş gündəmdən düşür. Çünki həm Zəngəzur dəhlizi ilə Bakı-Tiblisi-Qars dəmiryolu daha əlverişli hala gələcək, həm də ABŞ sanskiyalarının kölgəsində İranla hansısa layihə reallaşdırmaq çətin olacaq.

Bütün bunlara görə də İran belə bir vəziyyətlə barışmadı və xarici siyasətdə anti-Azərbaycan mövqeyinə qayıtdı. Bu ilin may ayında Ermənistanla-Azərbaycan arasında yaşanan sərhəd problemləri və Laçın rayonunun ərazisində yerləşən Qaragöl istiqamətində baş verən insidentdə İran rəsmiləri açıq şəkildə erməni tərəfini dəstəklədi. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Mojtaba Zolnuri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq, İran İslam Respublikasının bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmədiyini vurğuladı: “Əgər onlar (azərbaycanlılar) Ermənistan ərazilərinin bir hissəsini almaq istəsələr, sərhədlərimiz dəyişdiriləcək, yəni yeni bir problemimiz olacaq, bu bizim üçün məqbul deyil. İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır”.

VİRTUAL AZƏRBAYCAN

Bu bəyanatdan bir neçə gün sonra İrandan Ermənistana bir qrup yüksək rütbəli hərbçi Ermənistan-Azərbaycan sərhədindəki hərbi-siyasi gərginliyi müzakirə etmək rəsmi səfərə gəlib. Bildirilib ki, “İran nümayəndə heyəti Ermənistan rəhbərliyinə hərbi yardım təklif edib, xüsusən də bütün sərhəd boyunca müvəqqəti yerləşdirmək üçün texnika və İran qoşunlarını Sünikə gətirmək təşəbbüsü ilə çıxış ediblər”.

İranlı generallar İrəvana gəldi - SƏBƏB

Görünür, İran Laçın dəhlizindən öz iqtisadi maraqları üçün sərbəst istifadə edir. Buna baxmayaraq, Azərbaycan İranla münasibətləri daha da gərginləşdirməkdə maraqlı deyil. Amma rəsmi Bakı Laçın dəhlizinin İranlılar üçün “açıq bazar”a çevrilməsinə də göz yuma bilməz. Həmçinin, Azərbaycan İranla Xəzərdə təbii ehtiyatların bölgüsü problemini eynilə Türkmənistanla olduğu kimi həll etmək niyyətindədir. Bunun baş tutması və bütövlükdə Azərbaycan-İran əlaqələrinin inkişafı rəsmi Tehranın mövqeyindən asılıdır. Məlumdur ki, günü sabah 35 km-lik İran-Ermənistan sərhədi - Mehri qapısı bağlanarsa, Ermənistan iqtisadi cəhətdən “boğular”. Rəsmi Bakı İrandan qapılarını Ermənistana bağlamasını tələb etmir, sadəcə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasını, dəhlizdən də məhz Azərbaycanın icazəsi əsasında istifadə etməsini tələb edir.

Nicat İsmayılov

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
Hamısı