Ermənistan Azərbaycanı yeni hərbi əməliyyatlara başlamağa vadar edir Düşməni sülhə necə məcbur etməli?

Analitika 18:15 28.07.2021

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaratanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. Gecə boyu davam edən döyüşlərdə 5 erməni hərbi qulluqçu məhv edilib.

Son bir ayda durmadan atəşkəsin pozulması, hərbi qulluqçularımızın yaralanması və şəhid olması Azərbaycanı yeni hərbi əməliyyatlara başlamağa vadar edir. Görünür, düşmən 44 günlük müharibədəki məğlubiyyətindən bir nəticə çıxarmayıb və  revanşist hislər onu yekun bir sülhə imza atmağa qoymur. Bəs belə olan halda Azərbaycanın əsas diplomatik hədəfi olan Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasını necə təmin etmək olar?

Tarixdən örnəklər

Yaponiya II dünya müharibəsinin sonlarına yaxın “Asiya-Pasifik” cəbhəsində ardıcıl hərbi məğlubiyyətlərə uğrasa da, müttəfiqlərin təslim olub yekun sülh müqaviləsini imzalama təkliflərini qulaq ardına vururdu. 1945-ci ilin 17-22 iyul tarixlərində keçirilən məşhur Postdam konfransında Çörçil, Stalin, Truman və Atli birgə bəyanat imzalayaraq Yaponiyanı təslim olmağa çağırdılar və bildirdilər ki, əgər yaponlar təslim olmasa dağıdıcı hərbi hücumların hədəfi olacaqlar. Nəticədə 6 avqust, 1945-ci ildə Heroşimaya, 9 avqust tarixində isə Naqasakiyə atom bombası atıldı, 100 minlərlə yapon həyatını itirdi. Eyni gündə SSRİ quru əməliyyatına başladı və Mancuriyanı işğal etdi, bütün bunların nəticəsində 15 avqustda Yaponiya imperatoru Hirohito təslim olduqlarını və Postdam bəyanatının şərtlərini yerinə yetirməyə hazır olduqlarını bəyan etdi.

İraq 2 avqust 1990-cı ildə Kuveytin eyni adlı paytaxtını bombalamaqla bu ölkənin işğalına başladı. ABŞ, Körfəz ölkələri və beynəlxalq ictimaiyyət İraqa bu işğalı dayandırması ilə bağlı çağırış etdi. İraq prezidenti Səddam Hüseyin geri addım atmadı və nəticədə 1991-ci ilin 17 yanvarında ABŞ liderliyindəki beynəlxalq koalisiya qüvvələri İraqa qarşı “Çöl fırtınası” əməliyyatına start verdi. Hərbi əməliyyatların üçüncü günündə İraqın müqaviməti qırıldı və İraq ordusu Kuveytdə mühasirəyə düşdü. Səddam Hüseynə atəşkəs təklif edildi, lakin Səddam yenə bundan imtina etdi, beləliklə, koalisiya qoşunları İraq ərazisinə soxuldu. 28 fevralda ABŞ Prezidenti Corc Buş atəşkəsin əldə edildiyini elan edəndə İraqın hərbi qüvvələri darmadağın edilmişdi. 3 Mart 1991 günü  Səddam Hüseyin atəşkəs müqaviləsi imzalağama məcbur oldu. Müqavilənin şərtlərinə görə İraq Kuveytin ihlaqı qərarını ləğv etdi, bu ölkənin ərazisini işğal etdiyinə görə kompensasiya ödəməyi öhdəsinə götürdü.

Serb Respublikası  1992-ci ildən başlatdığı “Bosniya müharibəsi”ndə müsəlmanlara qarşı ardıcıl soyqırımlar törətdi və etnik təmizləmə siyasəti apardı. Qərb Avropanın göbəyində bu qədər amansız şəkildə aparılan müharibəyə ancaq Serebrenitsa soyqırımından sonra ciddi reaksiya verdi.  NATO 30 avqust tarixində Bosniyadaki serb hədəflərinə qarşı hava hücumlarına start verdi. Havadan və qurudan həyata keçirilən əməliyyat 12 sentyabrda yekunlaşdı. Serblər Saraybosna da daxil olmaqla ələ keçirdikləri müsəlman şəhərlərindən çıxmağa razılıq verdi, lakin serblərin geri çəkilməsi ləngidikdə NATO yeni hücumlar başlatdı. Nəticədə 21 noyabrda NATO-nun vasitəçiliyi ilə Deyton sülh müqaviləsi imzalandı.

Bu kimi bir çox örnəklərdən göründüyü kimi işğalçı və müharibədən məğlub tərəf kimi ayrılmış dövlətlər bəzən “cığallıq” etməyə cəhd göstərir və özləri üçün kapitulyasiya aktı hesab etdikəri sülh müqavilələrini imzalamaqdan yayınmağa çalışırlar. Səddam Hüseyin Kuveytdən, Miloşeviç isə Saraybosnadan çıxmamaq üçün hər yola əl atdı. Yaponlar isə özləri üçün təhqir hesab etdikləri sülh sazişini imzalamaqdan yayındılar. Hər üçünün taleyi eyni oldu, onlara qarşı hərbi əməliyyatlar başladı və məğlub edildilər.

Bu örnəklərindən fərqli olaraq beynəlxalq ictimaiyyət son 28 ildə Azərbaycana Qarabağ məsələsində ciddi dəstək vermədi, işğalçıları cəzalandırmadı, işğala, soyqırım və etnik təmizləmələrə son qoymadı. Bunu 28 il sonra Azərbaycan öz ordusu, şəhid və qaziləri, xalqı və prezidenti sayəsində bitirdi, öz haqqını bərpa etdi. Buna baxmayaraq, hazırda beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınan 4 rayondan erməni hərbi birləşmələri çıxmayıb. Bu gün hələ də Ermənistan Qarabağdan və Azərbaycan-Ermənistan dövlət sərhəddindən atəşkəsi pozur, hərbi qulluqçularımızı yaralayır və şəhid edir. Və bütün bu təxribatları  44 gün ərazində ordusu darmadağın edilmiş Ermənistasn törədir. Rəsmi Bakı artıq 8 aydır işğalçı ölkənin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədən çıxmasını, Qazaxın 7 kəndi və Naxçıvanın bir kəndinin Azərbaycana qaytarmasını, işğaldan azad edilən rayonlardakı mina xəritələrinin təhvil verməsini və ən əsası sülh müqaviləsi imzalayıb Azərbaycanın ərazi bütövlüyünü tanımasını gözləyir. Və bu 8 aylıq gözləmə erməni təxribatları ilə müşahidə edilir. Ordumuz xüsusilə son bir ayda bu təxribatlara kifayət qədər effektli cavablar versə də insan düşünür, hara qədər? Düşmən eynilə bir zamanlar Yaponiya, İraq və Serb Respublikasının edildiyi kimi sülhə məcbur edilməlidir və bunun tək yolu hərbi əməliyyatlardır.

Qeyd edək ki, Azərbaycan sözügedən sülhə məcbur etmə əməliyyatını gecikdirdikcə erməni tərəfi bundan istifadə edir. Belə ki, artıq ermənilər münaqişənin davam etdiyini bildirərək Minsk Qrupunun “dirildilməsi”nə, Fransa və ABŞ-ın yenidən münaqişəylə bağlı Bakı ilə danışıqlar aparıb onu yubandırmasına çalışır.

Bundan savayı məğlub və aqressor tərəf olan Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün Azərbaycana şərt qoşur və bu şərt 30 illik Qarabağ probleminin əsas səbəbi olan “status” arzusunu ifadə edir. Torpaqlarımızı 28 il işğalda saxlayan, xalqımıza qarşı soyqırımlar törədən, ölkəmizə milyardlarla dollar maddi zərər vuran Ermənistan yekun müharibədə məğlub olduqdan sonra Azərbaycana qarşı necə şərt irəli sürə bilir?

Bu diplomatik dillə “imtinadır”. Və Azərbaycan “məcburetmə” metodu ilə, yeri gələrsə hərbi yollarla Ermənistanı sülhə məcbur etməlidir. Təbii ki, regionda bir hərbi əməliyyatı Rusiyanın müsbət mövqeyi olmadan həyata keçirmək mümkün deyil, lakin necə ki, Şuşanın azad edilməsində müqavimət göstərdiksə, bu gün də eyni müqaviməti ortaya qoymalıyıq. Eyni zamanda Moskvaya “kompramis”lərimizin sonunun gəldiyini açıq şəkildə ifadə etməkdə fayda var...

Nicat Ismayılov

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Hamısı