Kəlbəcər istiqamətində Ermənistanın törətdiyi təxribatların arxasında Rusiya dayana bilər Engin Özər

Analitika 14:00 29.07.2021

Ermənistanın son zamanlar Azərbaycanla sərhəddə təxribatlar törətməsinin səbəbi Zəngəzur korridorunun açılmasını əngəlləməkdir. Bu məsələnin arxasında isə birbaşa Rusiya dayana bilər. Bu sözləri EDnews-a iyulun 28-də Ermənistanla sərhədin Kəlbəcər istiqamətdə Erməni hərbi qüvvələrinin Azərbaycan hərbi mövqelərinə qarşı təxribatlar törətməsini şərh edən Türkiyəli politoloq Engin Özer bildirib.

Bildiyimiz kimi, iyulun 28-də səhər saatlarında Azərbaycanın Kəlbəcər istiqamətində yerləşən ordumuzun mövqeləri Ermənistanın Bazarkeçər (Vardenis) rayonundan Erməni hərbi qüvvələri tərəfindən atəşə tutulub. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmən qüvvələri ciddi itki verərək geri çəkilib.

Rusiyanın təşəbbüsü ilə sərhəddə atəşkəsin təmin olunmasına baxamayaraq, Ermənistan yenə də təxribatlar törətməkdə davam edir.

Məsələyə toxunan Engin Özərin fikrinə görə, Ermənistan rəhbərliyi Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirməklə Zəngəzur Korridoru layihəsinə mane olmağa çalışır.

“Sərhəddə erməni hərbi birləşmələrinin Azərbaycan hərbi mövqeylərini intensiv şəkildə atəşə tutmasının iki səbəbi ola bilər. Birincisi, Ermənistan bu cür təxribatlarla Zəngəzur Korridorunun qarşısını almağa çalışır. İkinci səbəbə gəldikdə isə Yerevan Azərbaycanla sərhəddə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi məqsədi güdür,” – deyə Özər bildirib.

“Bir sıra qüvvələr Zəngəzur korridorunun açılmaması üçün Ermənistanın sərhəddə törətdiyi təxribatları dəstəkləyir. Rusiya bu məsələdə başlıca rol oynayır.  Kreml rəhbərliyi həqiqətən Zəngəzur korridoru layihəsinə qarşıdır və bunun həyata keçməməsinə çalışır. Moskva yaxşı anlayır ki, Azərbaycan və Naxçıvan arasında korridorun açılması Türkiyənin Xəzər dənizinə və Mərkəzi Asiyaya yolunu açacaq. Cənubi Qafqaz və Mərkəzi Asiyada Türkiyənin siyasi və iqtisadi cəhətdən möhkəmlənməsi Rusiyanın maraqlarına xidmət etmir. Buna görə də Zəngəzur korridoru məsələsində Rusiya Ermənistana ciddi şəkildə təzyiq göstərmir,” – deyə o əlavə edib.

Engin Özər hər bir ölkədə olduğu kimi, Azərbaycanın da Ermənistanın təxribat xarakterli hücumlarına qarşı ciddi reaksiya vermək haqqı olduğunu bildirib.

“Azərbaycanın öz sərhədlərini qorumaq haqqı var. Ermənistanın təxribatlarına qarşı ciddi şəkildə reaksiya verilməlidir. Ermənistan nə qədər KTMT-ni bu məsələyə qatmaq istəsədə, Azərbaycanın Ermənistanın ərazisinə girmək niyyəti yoxdur”, - deyə ekspert qeyd edib.  

Türkiyəli politoloq açıqlamasında başqa bir önəmli məsələyə də toxunubdur. O hesab edir ki, Ərdoğan hökümətinin irəli sürdüyü Kanal İstanbul layihəsi Rusiyada narahatçılıq doğurur.

“Rusiya rəhbərliyi Türkiyənin ortalığa atdığı Kanal İstanbul layihəsinə ciddi reaksiya nümayiş etdirir. Prezident Rəcəb Tayyib Ərdoğan bu layihənin Montrə müqaviləsinə aid edilməyəcəyini bildirmişdir. Belə olan halda, NATO dəniz qüvvələri, əlbəttə Ankaranın qərarı ilə,  sərbəst şəkildə Qara dənizə girib və çıxmaq imkanı əldə edəcəklər.  Bu da Rusiyanı çox narahat edir. Ona görə də bu məsələdə Moskva Suriya və ya Azərbaycan üzərindən Türkiyəyə təzyiqlər etməyə çalışır. Ermənistanla  sərhəddə baş verən təxribatları bu məsələyə daxil etmək olar”, -deyə Özər qeyd edib.

Sonda politoloq Fransanın regiona daxil olması ilə bağlı yayılan fikirlərə də münasibət bildirib.

“Ermənistan KTMT-nin üzvüdür. Bu təşkilatın nizamnaməsinə görə, üçüncü ölkə KTMT-yə üzv olan ölkələrdə hərbi baza qura bilməz. Ermənistanda Rusiya bazasının mövcud olduğu təqdirdə, Fransa sülhməramlı qüvvələrinin ölkəyə daxil olması qeyri-mümkündür. Əksinə Ermənistanın Azərbaycanla sərhəd ərazilərində yalnız Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi düşünülür”, -deyə ekspert tamamlayıb.

Yunis Abdullayev. 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO

Xəbər xətti

Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Hamısı