Türkiyəyə qarşı böyük oyun - “Meşə terroru”nda hədəf nədir? | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Türkiyəyə qarşı böyük oyun - “Meşə terroru”nda hədəf nədir?

Analitika A- A A+

Türkiyənin Antalya, Muğla, Adana vilayətlərində daha güclü olmaqla ölkənin müxtəlif bölgələrində meşə yanğınları davam edir. Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və yerli hakimiyyət orqanları yanğınların qarşısını almaq üçün bütün imkanları səfərbər ediblər. Yanğınların söndürülməsinə təyyarələr, helikopterlər, yanğınsöndürən maşınlar və canlı qüvvələr cəlb edilib.

İndiyə qədər 4 vətəndaş ölüb, biri ağır olmaqla 138 nəfər yanıq xəsarəti alıb. Əhaliyə, dövlətə və təbiətə külli miqdarda zərər dəyib. Ən son məlumata görə, ölkə üzrə 17 vilayətdə 53 nöqtədə yanğın baş verib. Yanğın ocaqlarının 36-da vəziyyət nəzarətə götürülüb.

Türkiye'nin orman yangını bilançosu belli oldu! En büyük zarar Ege'de!

Türkiyədə bu yanğınların 17 vilayətdə bir-birinə yaxın zamanlarda başlaması təəccüb doğurur. Görəsən, bu baş verənlər mövsümi yanğınlardır, yoxsa məqsədli şəkildə həyata keçirilən terror aktlarıdır?

Türkiyənin məşhur Demirören Xəbər Agentliyində (DHA) ötən gün yayımlanan bir xəbərlə şübhələrdə nə qədər haqlı olduğumuzu ortaya qoydu. Xəbərə görə, Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda meşə yanğını törətməkdə şübhəli bilinən PKK üzvləri şübhəli qısmində saxlanılıblar. Şübhəlilərin suriyalı olduğu bildirilir. Antalyanın Manavgat rayonunda isə yanğın törətməkdə şübhəli bilinən iki nəfər əsəbləri tarıma çəkilmiş insanların hücumuna məruz qalıb. Polis onları kütlənin əlindən alaraq istintaqa cəlb edib”.

Təsadüf?

Qeyd edək ki, meşə yanğınları qardaş Türkiyənin ən böyük ekoloji problemlərindən biridir. Hər il, xüsusilə yaz-yay mövsümlərində ölkədə kiçik, bəzən də irimiqyaslı meşə yanğınları olur. Lakin son günlər müşahidə edilən yanğınlar heç də əvvəlkilərə bənzəmir. Daha irimiqyaslı və ölkənin müxtəlif bölgələrində yaxın vaxtlarda sanki məqsədyönlü şəkildə həyata keçirilən, qəsdən törədilən yanğınlardır. Yanğınların başladığı ilk günlər əslində şübhələnəcək heç nə yox idi. Mövsümi yanğınlara bənzəyirdi, lakin yanğınların sadəcə bir bölgədə deyil, bir çox regionlarda eyni vaxtda başlaması və ötən gün iki PKK terrorçusunun meşəni yandırmaq istəyərkən tutulması hər şeyi izah edir.

Türkiyəyə qarşı böyük oyun

Türkiyənin günü-gündən inkişaf edən müdafiə sənayesi və artan hərbi gücü onu regionda söz sahibinə çevirir. PKK-PYD, FETÖ, İŞİD, Hizbullah, DHKPC və bu kimi bir sıra terror təşkilatları daim Türkiyənin regional lider statusundan narazı olan dövlətlərin oyuncağı olub. Türkiyə hər dəfə regionda önəmli bir həmlə edəndə ölkəsində bombalar partlayıb, sui-qəsdlər təşkil edilib, dövlət çevrilişinə cəhdlər edilib. Lakin özünə, millətinə qarşı həyata keçirilən hər həmlədən Türkiyə daha da güclənərək sıyrılıb. İŞİD Ankaranın göbəyində bomba partladıb 50-dən çox vətəndaşı şəhid edəndən sonra Türkiyə sərhədlərindən silinib. 40 ildən çoxdur ki, Türkiyənin başına bəla olmuş, minlərlə günahsız vətəndaşı amansızlıqla şəhid etmiş PKK 1990-cı illərdə Türkiyəni parçalamaq xəyalı qururdusa, bu gün Türkiyə-Suriya və Türkiyə-Şimalı İraq sərhədindəki mağaralarda həyatda qalmaq mübarizəsi verir. 2016-cı ildə Türkiyənin bütün sinir mərkəzlərinə qədər girən, ordu, siyasət, məhkəmə, elm və digər sahələrdə təşkilatlanan FETÖ ən böyük həmləsi olan hərbi çevriliş cəhdində uğursuz olduqdan sonra ölkədəki kadrlarının əksəriyyəti həbs edilib, lideri isə Pensilvaniyada “yarı sağ, yarı ölü” yaşamağa məcbur edilib. Qısası, böyük güclər hərbi həmlələrlə Türkiyəni çökdürə bilməyib.

15 Temmuz Demokrasi Şöleni - Son dakika haberleri

Ona görə də, bu gün “onlar” Türkiyəni ən həssas yerindən, cəmiyyətindən vurmağa çalışır. Çətin anlarda birləşməyi bacarsa da, türk cəmiyyəti xarakter etibarilə emosional və həssasdır. Deyəcəksiniz ki, bunun meşə yanğınları ilə nə əlaqəsi var?

Diqqət: Türkiyədəki yanğınlar Antalya, Muğla kimi turizm sektorunun inkişaf etdiyi şəhərlərdə baş verib. Bu həm də Türkiyə turizminə vurulan zərbədir. Həmçinin yanğınlarda yaşanan fəlakətlər isə hazırda Türkiyənin əsas ağrı-acısına və dərdinə çevrilib. Lakin məsələ sadəcə dərddə deyil, bir gün əvvəl meşəni yandırmaq istəyən iki terrorçunun suriyalı olduğu bildirilib. Hazırda türk ictimaiyyətinin ən çox qəzəbli olduğu qrup, məhz suriyalılardır. Belə ki, bu gün 4 milyondan çox suriyalı Türkiyədə məskunlaşıb və təəssüflər olsun ki, onlar Türkiyənin sivil mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəkirlər. Suriyalıların ölkəyə gəlişindən sonra Türkiyədə demoqrafik problemlər baş qaldırıb, işsizlik faizi artıb, oğurluq və cinayətlərlərin sayı artıb. Türk xalqı nə qədər qonaqpərvər olsa da, başına bəla olan suriyalı qaçqınlara qarşı səbri daşıb. Və ən əsası bütün bunlar iqtidarda olan AKP-nin ictimai legitimliyinə zərbə vurub, partiyanın son seçkilərdə topladığı səs faizi əvvəlki illərə nisbətən olduqca azalıb. (ekspertlər bunun əsas səbəblərindən biri kimi suriyalı qaçqınların ölkəyə gətirilməsini göstərir)

Suriyeliler artık İstanbul'a giremeyecek | Kırım Haber Ajansı

Bəs hazırda Türkiyənin ən böyük probleminə çevrilmiş, vətəndaşların ürəklərini sızladan yanğınları törədənlər qismində kim göstərilir? Suriyalı iki terrorçu...

Yəqin ki, indi oxucu böyük oyunun nə olduğunu anladı. Bəli, Türkiyənin Əfqanıstanda, Suriyada, Liviyada, Aralıq dənizində, Qarabağda və Orta Asiyada söz sahibi olmasını istəməyən güclər türk millətini daxildən parçalamaq, vətəndaşı vətəndaşa qırdırmaq və onsuz da kök salan suriyalı problemini daha da dərinləşdirməklə mövcud hakimiyyəti yeni bir problemlə, “suriyalı-türk savaşı” ilə qarşı-qarşıya qoymaq niyyətindədirlər. Çünki yalnız daxili çaxnaşmalar yaratmaqla Türkiyənin başını öz problemləri ilə qatmaq və onun regiondakı hərbi-siyasi həmlələrinin qarşısını almaq mümkündür.

Bəs meşə terroru Türkiyənin hansı hərbi-siyasi həmlələrinin qarşısını almağa istiqamətlənib?

Bu suala cavab vermək üçün yanğınlardan qabaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki açıqlamasını qeyd edə bilərik:

Cumhurbaşkanı Erdoğan Kırgızistan ve Afganistan Cumhurbaşkanları ile  telefonda görüştü

1.”Biz Türk Kiprinin müstəqilliyinin daha çox dövlət tərəfindən tanınması üçün əlimizdən gələni edəcəyik”

2.”Əfqanıstandakı Kabul aeroportunu 20 ildən çoxdur Türkiyə qoruyur, yenə də buna davam etmək istəyirik. Talibanla da anlaşmağa hazırıq və düşünürəm ki, Taliban Türkiyə ilə ABŞ-a nisbətən daha rahat və uğurlu danışıqlar apara bilər, ən azından aramızda dini fərqlər yoxdur”.

Yəni, Türkiyə Şimali Kipri regionda və dünyada müstəqil bir dövlət kimi tanıtmaqla Şərqi Aralıqdakı maraqlarını daha intensiv şəkildə qoruyacaq və bütün daxili və xarici narazılıqlara rəğmən, Əfqanıstana girəcək. Təbii ki, bundan narazı qüvvələr də qardaş ölkəyə qarşı əlindən gələn bütün təxribatları törədəcək...

Nicat İsmayılov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...