İşğal altındakı kənd sakinlərinin başqa yerlərə köçürülməsi o demək olacaq ki... | Eurasia Diary - ednews.net

22 Sentyabr, Çərşənbə

İşğal altındakı kənd sakinlərinin başqa yerlərə köçürülməsi o demək olacaq ki...

Analitika A- A A+

“Kəndləri işğal altında qalan soydaşlarımız Qarabağda hara köçürüləcəklər? Bu mövzuda müzakirələrə və aydınlaşmaya ehtiyac var”.

Kəndləri işğal altında qalan soydaşlarımız Qarabağda hara köçürüləcəklər? Bu mövzuda müzakirələrə və aydınlaşmaya ehtiyac var”.

EDNews.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, sual edib ki, Şuşa rayonunun işğal altında qalan Malıbəyli, eləcə də Yuxarı və Aşağı Quşçular kəndlərinin sakinləri üçün hansı variantlar mümkündür? 
 
“Birinci variant odur ki, onlar bərpa işlərindən sonra Şuşa şəhərinin özünə köçürülür. 
 
İkinci variant odur ki, onlar Şuşanın işğaldan azad olunan Daşaltı kəndinə və ya azad olunan Hadrut rayonuna köçürülürlər. 
 
Üçüncü variant isə odur ki, ordumuz yaxın gələcəkdə anti-terror əməliyyatlarını davam etdirərək Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərini, o cümlədən Xocalı rayonunun tamamını azad edərək soydaşlarımızı doğma yurdlarına qaytarırlar. 
 
Şəxsən mən üçüncü varianta üstünlük verirəm, yəni Xocalıya və Şuşanın bütün kəndlərinə qayıtmalıyıq. Çünki, işğal altındakı kənd sakinlərinin başqa yerlərə köçürülməsi o demək olacaq ki, kəndlərimizin işğalı ilə barışmışıq. Erməni separatçılarına zaman tanımaq olmaz”.
 
Elxan Şahinoğlu 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...