Xameneinin Azərbaycan xofu Cənubdan gələn “mehriban” düşmənçiliyin səbəbləri

Analitika 17:12 16.09.2021

Gözəl və bir o qədər də mənalı bir ata sözümüz var: Ev alma, qonşu al. Yəni ki, evin nasaz ola bilər, təmir edərsən, düzələr, əsas qonşun mehriban olsun ki, ruzigarın xoş keçə. Təəssüf ki, biz azərbaycanlılar qonşu sarıdan çox da yarımamışıq. Erməniləri bir kənara qoyaq, cənubdakı ayrı problem, şimaldakı ayrı dərd...

Yenə mövzumuz cənub qonşumuz İrandır. Nə edək? Gün olmur ki, cənub qonşumuzdan əleyhimizə bir bəyanat verilməsin, bir qərar qəbul edilməsin, bir addım atılmasın. Hər gün xəyanət, hər gün arxadan – daha dəqiq desək, cənubdan kürəyimizə saplanan bir zərbə.

İran Qarabağdakı separatçılara Laçın dəhlizindən qanunsuz olaraq yük daşıyır və dövlətimiz bu qanunsuz əməllərə qarşı aktiv mübarizə aparır. Ötən gün iki TIR şoferinin həbs edilməsi və daşınan yükün sənədlərindən çatdırılma nöqtəsi kimi “Stepakanert, Ermənistan” sözünün görünməsi İranın rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünə olan hörmətsizliyini gözlər önünə sərdi.

İran tərəfi çıxıb elədiyi qələtdən üzr istəmək əvəzinə, ötən gün daha bir arsız bəyanatla çıxış edib. İran mətbuatı Norduz gömrük idarəsinin direktoruna istinadən yazır ki, "Azərbaycan Respublikası İran-Ermənistan tranzit sürücülərindən milyonlarla tümən yol haqqı toplayır. Biz bu problemi həll etmək üçün Ermənistana yeni bir yol çəkəcəyik”.

Artıq Azərbaycanda küçədəki uşaqdan-böyüyə, alimindən-din xadiminə qədər hamıya İranın Azərbaycana düşmən münasibət bəslədiyi məlumdur, anladıq. Bəs niyə? Nə üçün? Axı, biz İrana nə etmişik ki, o bizimlə belə “mehriban” düşmənçilik aparır?

1.Azərbaycanın Qarabağ zəfəri İranı xofa salır

Sözügedən düşmənçiliyin tarixi kökləri olsa da yaşanan gərginliyin xüsusilə 44 günlük müharibədən sonra pillə-pillə yüksəldiyini nəzərə alaraq, ilkin səbəb kimi Qarabağ müharibəsində Azərbaycanın gözlənilməz hərbi uğurunu qeyd edə bilərik. İran 44 günlük müharibəni “təmkinlə” izlədi və ancaq oktyabr ayının ortalarından başlayaraq “qazananın tərəfində dur ki, qazanasan” qaydasına uyğun olaraq dövlət aparatının və dini elitanın müxtəlif səviyyələrindən Azərbaycana dəstək mesajları verməyə başladı. Müharibənin hər iki qonşusunu zəiflədəcəyini və onun regiondakı siyasi-iqtisadi təsir imkanları artacağını hesablayan İran rəhbərliyi yanıldı, 44 günə müharibəni uğurla başa vuran Azərbaycanın hərbi imkanlarından xofa düşdü. Məsələ həm də sadəcə Azərbaycan ordusunun gücü deyildi, İranın pozmaq üçün 30 ildir çalışdığı Azərbaycanda xalq-dövlət-ordu həmrəyliyinin təzahür etməsi idi...

2.Regionda qüvvələr balansının Azərbaycanın xeyrinə dəyişməsi

Zəfərdən xoflanan İran Azərbaycanın müharibədən sonra qısa bir müddətdə Qarabağın qalan hissəsi ilə birlikdə Ermənistanı da “udacağı”nı düşünməyə başladı. Azərbaycan prezidentinin Zəngəzur və İrəvanla bağlı hər bəyanatı Tehrandakı “molla”nın (Əli Xamanei) təzyiqini qaldırırdı.

Çünki Ermənistan İran üçün Güney Azərbaycanla Quzey Azərbaycan arasında trampon dövlətdir – bir hissəsi üçün coğrafi, bir hissəsi üçün isə siyasi mənada. Onsuz da Xudafərin-Cəbrayılda bu tramponu itirən və Azərbaycanla sərhədləri yenidən bərpa olunan İranın Ermənistanla Mehri istiqamətindəki sərhədini də itirməsi güney-quzey azərbaycanlıları arasındakı əlaqələrini inkişaf etdirə bilər ki, bu artıq İran üçün ərazi bütövlüyü problemi hesab olunur. Məhz bu səbəbdən 2021-ci ilin yanvarında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı cizgisidir” demişdi.

3.Azərbaycanın İranın düşmənləri və rəqibləri ilə müttəfiqliyi

İstər müharibə dövründə, istərsə də sonrasında Azərbaycanın sıx əməkdaşlıq etdiyi və müttəfiq olduğu dövlətlərə diqqət yetirək. Türkiyə - İranın Yaxın Şərq regionundakı əsas rəqibi, Pakistan – İranın rəqib olduğu, hənəfiliyi təbliğ edən islam dövləti, İsrail – İranın “sionist” adlandırdığı və baş düşmənlərindən biri olaraq gördüyü dövlət, Böyük Britaniya – İranın ən çox çəkindiyi və durmadan müxtəlif regionlarda toqquşduğu, hətta bəzən kiçik çaplı hərbi qarşıdurmalara girdiyi bir dövlət. Və İranın gözündə “şiə Azərbaycan” bütün bu güclərlə müttəfiqdir. Bu prizmadan yanaşsaq deyə bilərik ki, İran öz qonşuluğunda İrana düşmən və rəqib dövlətlərlə müttəfiq olan Azərbaycanı görməyə gözü yoxdur. Və İran Azərbaycanın bu əlaqələrini bəhanə edərək Ermənistanı dəstəkləyir...

4. Zəngəzur məsələsi

İran 30 il idi ki, həm Azərbaycanla Naxçıvan arasında, həm də Türkiyə ilə Orta Asiya türk respublikaları arasında əsas nəqliyyat kommunikasiya dəhlizi olaraq fəaliyyət göstərir və bu fəaliyyətdən iqtisadi və siyasi mənfəət qazanırdı. Azərbaycan quru əlaqəsi olmadığı üçün Naxçıvan üçün qazı İrandan sifariş edirdi. Həmçinin hər il sadəcə Türkiyədən 80 mindən çox TIR İran üzərindən Orta Asiyaya hərəkət edirdi.

Hər şey İranın ürəyincə ikən, nə oldu? Azərbaycan müharibədə Ermənistanı məğlub etdi və imzalanan birgə bəyanata Zəngəzur dəhlizi məsələsi daxil edildi. Zəngəzurdan Azərbaycana veriləcək dəhliz isə Azərbaycanla Naxçıvanın quru sərhədini bərpa edəcək və Türkiyənin Azərbaycana və Orta Asiyaya çıxışını təmin edəcəkdi. Beləliklə, İran regionda hər kəsə lazım olan bir aktor ikən, “ofsayt”a düşən aktora çevriləcəkdi.

Ona görə də bu gün Ermənistanı bütün imkanları ilə dəstəkləyir ki, Zəngəzur məsələsinin həllini yubatsın...

5. Güclü Azərbaycan İran üçün ən böyük təhlükədir

Yuxarıda qeyd etdiyimiz faktorların heç biri olmasaydı belə, İran yenə Azərbaycan üçün uğurlu tərəfdaş olmayacaqdı. Çünki regionda güclü Azərbaycan İran üçün başlıca təhlükə, ən böyük təhdiddir. Ona görə yox ki, sadəcə ölkəsində 35 milyondan çox azərbaycanlı yaşayır. Həm də ona görə ki, qonşuluğundakı Azərbaycan dünyada İrandan sonra şiə müsəlmanların çoxluq təşkil etdiyi ən güclü  ölkəsi olmaqla İran xalqı üçün əsas alternativ dövlətdir.

Belə ki, Azərbaycan yeganə şiə-müsəlman ölkəsidir ki, sekulyar, siyasi-iqtisadi cəhətdən stabil və tolerantdır. Bütün bunlar Azərbaycana İrandan fərqli olaraq öz təbii sərvətlərini dünyaya satmağa, Qərblə sıx iqtisadi əlaqələr qurmağa, beynəlxalq tranzit-nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə çevrilməyə şərait yaradır. İransa bir qrup mollanın kini və ehtirası üzündən dünyanın bir çox ölkələri ilə düşmən olur və öz iqtisadiyyatı bu qədər təbii sərvətlərlə zəngin olmasına baxmayaraq sanksiyalar altında inləyir. Heç də hər şey Azərbaycanda ideal deyil, lakin İrandan fərqli olaraq bu ölkədə ateist, dindar, şiə, sünni, vəhhabi, xristian, yəhudi və s. qruplar heç bir təzyiq və ayrı-seçkiliklə üzləşmir. Vətəndaşlar dini və ya dünyəvi prinsiplərə uymağa məcbur edilmir. Və bundan yaranan həmrəylik nəticəsində Azərbaycan güclənir.

Bütün bunları yaxından izləyən İrandakı molla rejiminin müxalifləri tərəfindən Azərbaycan model ölkə kimi göstərilir. Onlar haqlı olaraq düşünür ki, kiçik Azərbaycan öz kiçik imkanları ilə güclənir, lakin böyük İran öz böyük imkanlarına rəğmən iqtisadi böhranlar, sosial-demoqrafik problemlər, daxili etnik və dini konfliktlərin təsiri ilə günü-gündən zəifləyir.

Beləliklə, İrandakı molla rejimi sekulyar Azərbaycanın güclənməsini, özlərinin öz ölkələri daxilində hər gün nüfuzdan düşməsi və zəyifləməsi hesab edirlər. Belə bir rejim Azərbaycanla necə normal münasibətlər qura bilər ki?

Nicat İsmayılov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Hamısı