Kremldə artıq anlayırlar ki, sülhməramlı missiyanın müddətinin uzadılması təkcə Rusiyadan asılı deyil Politoloq

Analitika 14:52 17.09.2021

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinq zamanı erməni jurnalistləri diplomatik dillə susdurub. O, “Rusiyanın Azərbaycanın Gorus-Qafan yolunu bağlamasına münasibəti necədir” sualına cavabında bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsini istəyir və bu məsələdə vasitəçi olmağa hazırdır və Moskva sərhədin delimitiasiyası və demarkasiyası məqsədilə təkliflərini Bakıya və İrəvana göndərib.

Həmçinin, Zaxarova erməni jurnalistin “Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir” sualına “Rusiya haqqında danışılan təlimlə bağlı mövqeyini Bakının diqqətinə çatdırıb. Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyac duymuram”, - deyə cavablayıb.

Aydındır ki, Rusiya XİN sözçüsü Kremlin siyasətini təmsil edir. Bəs sözügedən məsələlərlə bağlı Rusiyanın siyasəti nədən ibarətdir?

Məsələ ilə bağlı EDNews.net-ə danışan politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin erməni jurnalistlərin suallarına verdiyi cavablar bu gün Ermənistan mətbuatında manşetə çıxarılıb və orada mövcud olan siyasi qüvvələr bu cavabları öz mənafeləri baxımından izah və təhlil edirlər: “Paşinyana yaxın qüvvələr Baş nazirin əvvəllər verdiyi bəyanatları xatırladır və komandalarının düzgün istiqamətdə olduğunu qabardırlar. Rusiyanın əleyhinə olan qüvvələr, bu cavabları yenə də Rusiyanın əleyhinə dövriyyəyə buraxırlar”.

Ekspert Mariya Zaxarovanın ondan Azərbaycan əleyhinə söz qoparmağa çalışan erməni jurnalistlərini nə üçün məyus etdiyi sualına cavab olaraq qeyd edib ki, mətbuat katibinin ilk suala cavabı Azərbaycanın mövqeyinin qəbul edilməsi anlamına gələ bilər: “Çünki Zaxarova Azərbaycan tərəfindən postların qoyulması və Ermənistana keçən maşınların yoxlanılması məsələsinin Azərbaycanın öz səlahiyyətlərinə aid olduğunu Rusiyada başa düşdüklərini ifadə etmək istəyir. Postlar məhz delimitasiya və demarkasiya ilə bağlı Rusiyanın Azərbaycana və Ermənistana verdiyi xəritələrə uyğun olaraq müəyyən olunub. Təkcə Rusiya deyil, heç bir dövlət öz ərazisində yaratdığı təhlükəsizlik mexanizmlərinə qarşı çıxa bilməz. Buna sadəcə heç kimin hüququ çatmır. Bu məsələdə Azərbaycandan yalnız xahiş edə bilərlər. Bununla yanaşı, Rusiya delimitasiya və demarkasiya məsələlərinin sürətləndirilməsini gündəmə gətirir”.

Ekspert bildirib ki, Azərbaycanla Türkiyənin Laçında keçirdikləri hərbi təlimlərlə bağlı sualına cavabında da mətbuat katibi diplomatik manevr edərək Azərbaycan və həm də Türkiyənin əleyhinə söz deməkdən çəkinib. Təlimlərlə bağlı Rusiyanın mövqeyinin Bakıya çatdırıldığını deyən mətbuat katibi əlavə edib: “Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyac duymuram”. Diplomatik dildən bu cavabı sadə dilə çevirsək, Zaxarova bu məsələnin Rusiya və Azərbaycan arasında danışılacaq məsələ olduğunu və ermənilərə heç bir aidiyyatı olmadığını demək istədiyi məlum olur”.

Ə. İbrahimov onu da qeyd edib ki, ümumiyyətlə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat katibi Mariya Zaxarovanın Azərbaycanla münasibətdə olduqca ehtiyatlı davranması Rusiya hakimiyyətinin yüksək pillələrində Azərbaycanla münasibətdə müsbət dəyişikliklərin baş verməsinin anonsu da ola bilər: “Digər tərəfdən, son dövrlər Rusiya sülhməramlı qüvvələrinin Xankəndi və ətraf rayonlarda öz missiyalarına daxil olmayan məsələlərlə məşğul olması və öz işlərini yerinə yetirməmələri haqqında Azərbaycan tərəfinin səsləndirdiyi bəyanatlar öz təsirini göstərib. Rusiyada artıq anlayırlar ki, sülhməramlı missiyanın müddətinin uzadılması məsələsi təkcə Rusiyadan asılı deyil. Burada Azərbaycan həlledici və güclü səsə malikdir. Həmçinin, Rusiyadan ermənilərlə yaxınlaşmaq haqqında bəyanatlar Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da yaxınlaşması ilə nəticələnir. Bu da Rusiya tərəfində heç də arzuolunan deyil”.

“Amma Zaxarova və onun səviyyəsində olan diplomatların Azərbaycanı müdafiə edən bəyanatları belə, bizi sakitləşdirməli deyil. Biz Rusiya ilə münasibətdə ehtiyatı heç zaman əldə verməli deyilik” – deyə ekspert əlavə edib.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Hamısı