AUKUS tərəfdaşlığı Dünyanın ingilissayağı bölünməsi

Yazarlar 16:09 17.09.2021

AUKUS, yaxud da Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçlü iştirakı ilə imzalanan yeni müdafiə sistemi anlaşması Çin və Fransanın, eləcə də Avropa İttifaqının ciddi etirazına səbəb olub. 

Bəs bu üçlü anlaşma nəyə xidmət edir?

Avstraliya, İngiltərə və ABŞ arasında yeni üçtərəfli strateji müdafiə ittifaqı olan AUKUS, ilk növbədə Hind-Sakit okeaninda nüvə sualtı qayıqlar sinfini qurmaq, həm də bölgədə Çinin genişlənməkdə olan və təhlükə hesab edilən nüfuzunun qarşısını almaq üçün birgə mübarizə çərçivəsində xidmət göstərəcək. Müqavilənin şərtlərinə görə, dəyəri 60 milyard dollar olan 8 atom sualtı qayığını tikməyi boynuna götürən Avstraliya 2016-cı ildə Kolins sualtı donanmasını əvəz etmək üçün Fransaya həvalə etdiyi elektriklə işləyən və dəyəri 90 milyard dollar olan 12 dizel sualtı qayığının inşasına dair müqaviləyə xitam verəcək. Üçlü müqavilənin digər əlamətdar tərəfi odur ki, ABŞ özünə aid nüvə mühərrik texnologiyasını ilk dəfə olaraq İngiltərədən başqa bir müttəfiqlə paylaşır. 

Əslində həm Çinin, həm də Fransanın, həm də Aİ-nin qəzəblənməsini qeyd olunan səbəblərlə də izah etmək olar. 

Çinin etirazına gəlincə, rəsmi Pekin bu anlaşmanı onun cənub hissədən dənizdəki nüfuz dairəsinə təsir göstərmək cəhdi kimi qiymətləndirir. Çin tərəfi cənubdan dənizə çıxışı olan bölgənin uzun illərdir gərgin bir zona olduğunu deyir və bunun ardınca belə bir anlaşmanın regionda silahlanmaya gətirib çıxarmasından bərk narahatdır. Bu səbəbdən də ötən gün Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian açıqlamasında bu ittifaqı “regionda sülhə ciddi ziyan vurmaq və silahlanma yarışını gücləndirmək” riski kimi dəyərləndirib. O, həmçinin bunu “Keçmiş Soyuq Müharibə zehniyyətinin” bir məhsulu adlandırıb.   

Avropa ölkəsi olan, lakin tərəfdaşlıqdan kənarlaşdırılan və eyni zamanda 90 milyardlıq silah müqaviləsi ləğv edilən Fransanın reaksiyası özünü gözlətməyib. Müqavilənin imzalanmasından bir neçə saat sonra Fransanın ABŞ-dakı səfiri Filip Etienin öz Twitter səhifəsində maraqlı şərhlə diqqəti cəlb edib: “Maraqlıdır ki, düz 240 il əvvəl Fransa donanması Çesapik körfəzindəki İngilis donanmasını məğlub edərək Yorktaunda qələbəyə və ABŞ-ın müstəqilliyinə yol açdı". 

Bu şərhi ilə diplomat Fransaya qarşı olan tarixi kinin hələ də qəlblərdə dərin kök saldığını ifadə etməyə çalışıb. Səfirlik həmçinin açıqlamasında Fransanın bu razılaşmada istisna edilməsini tərəflər arasında uyğunsuzluq kimi qiymətləndirib. Hətta Fransa Xarici İşlər naziri Jan-İv Le Drian qeyri-diplomatik olaraq müqaviləni "arxadan vurulan bıçaq zərbəsi" adlandırıb.

Fransa 2016-cı ildə “Kolins”lə bağlı Avstraliya ilə bağladığı müqaviləni əsrin müqaviləsi və 50 illik “evliliyin” başlanğıcı kimi təsvir etmişdi. Fransa Hind-Sakit okeanda silah kəşfiyyatı və kommunikasiyanı genişləndirəcək bu müqaviləni əslində Avstraliya-Fransa ittifaqını simvollaşdıran bir əlamət kimi görürdü. Yarı yolda qırılan Fransa-Avstraliya tərəfdaşlığı müqaviləsi, həm də 2018-ci il Hind-Sakit okean strategiyasında da əsas rola malik idi. Rəsmi Kanberranın sürəkli gecikmələr və həddindən artıq yükləmələrdən dolayı şikayətlərinə baxmayaraq, Fransa prezidenti Emanuel Makron Avstraliyanın narahatlığını birtəhər yola verə biləcəyini zənn edirdi. Həm də Fransa tək bu səbəbə görə kənara atılacağını gözləmirdi. 

Lakin burada digər səbəb ABŞ-ın təsiridir. Çünki Fransanin Çinlə münasibətlərdə əvvəl də qeyd etdiyi “orta yol variantı” ifadəsi və tutduğu ikibaşlı mövqeyi ilə ABŞ-ın güvənin itirmişdi. Makron bu ifadələri ABŞ qarşısında işlədərək Avropanın idarəetmədə muxtar bir səlahiyyətə sahib olduğunu demişdi. Məhz bu ifadələr incə nüansları gözdən qaçırmayan ABŞ-ın nəzərindən yayınmamışdı və yeni əməkdaşlıqda Fransanın iştirak etməməsi etimadsızlıq səbəbi kimi göstərilə bilər. 

Eyni zamanda, bu, Avropa İttifaqı ilə faktiki ingilis ittifaqı arasında çatları da ortaya qoydu. Bir tərəfdən ABŞ, digər tərəfdən ABŞ-ın təhriki ilə Aİ-ni tərk edən Böyük Britaniya və nəhayət okeanın əks tərəfindəki Avstraliya ingilis üçbucağı yaradıblar. “Müttəfiqlər belə addım atmırlar” deyən Jan-İv Le Drianın ardınca, Aİ diplomatiyasının rəhbəri Jozep Borrel də “Bu, Avropanın ancaq özünə güvənməli olduğunun əlamətidir” deyə, kəskin bəyanatla çıxış edib: “Bu müqavilə dünən ortaya çıxmayıb. Bu, vaxt aparır. Buna baxmayaraq, Aİ ilə məsləhətləşmədilər. Bu, bizi məcbur edir ki, Aİ-nin strateji muxtariyyəti ilə bağlı məsələsinin qaldırılması üzərində düşünək. İndi əsl yerinə düşür. Bu bir daha sübut edir ki, biz müstəqil yaşamalıyıq”.     

Müqavilənin geosiyasi əhəmiyyəti – ABŞ-ın Çin sahillərinə uzanan əli

Regional müttəfiqlərdən olan Yaponiyanın bu müqaviləni dəstəkləməsi ilə Çin artıq yeni güclü müdafiə tərəfdaşlığı ilə təkbaşına qarşı-qarşıya dayanmalı oldu. Bu anlaşmadan sonra işin başında dayanan rəsmi Vaşinqton bundan sonra Çinlə daha taktiki siyasət yürüdərək əməkdaşlıq etməli olacaq. Çünki ABŞ Əfqanıstandakı uğursuzluğundan sonra istiqaməti Asiyaya yönəltməyi və tərəfdaşlıqda Aİ-dən daha çox önəm verdiyi Böyük Britaniya ilə bu layihəni davam etməyi düşünür. Bununla belə, ilk addım olaraq Vaşinqton 24 sentyabrda Yaponiya, Avstraliya və Hindistan daxil olmaqla Çini hədəf alan dördlü zirvə görüşünə ev sahibliyi etməyi planlayır. 

Nüvə ilə təchiz olunmuş sualtı gəmisi olan 6 ölkə. Rəsm Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutun arxivindən əldə edilib.

Beynəlxalq Atom Enerji Agentliyinin müqavilə ilə bağlı rəyinə gəlincə, bu barədə agentliyin araşdırmalar aparılacağı deyilib. Razılaşmanın nüvə silahının yayılmaması haqqında müqavilə şərtlərini pozub-pozmaması haqqında qərar araşdırmalardan sonra bəlli olacaq. Digər tərəfdən, BAEA artıq bu günədək altı ölkənin sualtı qayıqlarını enerji ilə təmin etmək üçün bu texnologiyadan istifadə etdiyini deyib. Bu da onu deməyə əsas verir ki, müqavilə ilkin rəyə görə BAEA-nı o qədər də narahat etmir və Qərbin Hind-Sakit okeanında “tarixi fürsət” adlandırdığı bu əməliyyatlara göz yumacağı öncədən bəllidir.  

 

Elnur Ənvəroğlu 

 
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB
09:53 28.03.2024
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
09:50 28.03.2024
III Dünya Müharibəsi başlanır? – Politoloq ŞƏRH EDİR
09:45 28.03.2024
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO
09:43 28.03.2024
Hamısı