İranla qarşıdurma olsa, Türkiyədən başqa digər dövlətlər də yanımızda olacaq

Analitika 16:14 20.09.2021
EDNews.net Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarovun Yeni.Sabah-a müsahibəsini təqdim edir.
 
- Tofiq müəllim, İran sərhədlərimizə yaxın ərazilərdə təlimlər keçirir. Azərbaycanın bu təlimlərdən narahat olması üçün hansısa bir əsas varmı?
 
- Mən belə deyərdim  ki, bu təlimlər hərbidən daha çox siyasi xarakter daşıyan bir hadisədir. Hərbi formada olan siyasi bir mesajdır. Biz başa düşməliyik ki, İran hakimiyyətində dəyişikliklər baş verir. Hakimiyyətə yeni adamlar gəlib. Daimi olaraq İranda həm Azərbaycana dost olan, bizimlə əməkdaşlığı istəyən qüvvələr olduğu kimi, bizə qarşı düşmənçilik mövqeyində duran üvvələr də mövcuddur. Düşünürəm ki, bu təlimlər bizə düşmən olan siyasi dairələrin addımlarıdır. Mən bunları yanlış hesab edirəm. Bu İranın öz maraqlarına da zidd olan addımlardır. Çünki İran tərəfi əgər gərginlik yolunu seçsə, hamıya bəllidir ki, Azərbaycanın yanında dünyanın ən nüfuzlu dövlətləri olacaq. Biz bilirik bu dövlətlər hansılardır. Türkiyədən də başqa digər ölkələr də İrana münasibətdə Azərbaycanı dəstəkləyəcəklər.
 
Azərbaycan heç vaxt bu formadakı qarşıdurma yollarına üstünlük vermirdi. Çünki biz hər zaman fikirləşirdik ki, İranla əməkdaşlığı inkişaf etdirmək, qarşılıqlı əhəmiyyət kəsb edən və xeyir gətirən layihələri icra etmək və s. bizim üçün də mühümdür. Azərbaycan indi də bu fikirdədir. Bu yol bizim xalqlarımızın firavan və sülh içində yaşaması üçün daha da yaxşı şərait yarada bilər. Konfrontasiya bizim yolumuz deyil. Yenə də qeyd edirəm, əgər bu dairələr yaxşı oturub fikirləşsələr, onlar başa düşəcəklər ki, bu atılan addımlar ilk növbədə İranın xeyrinə olmayacaq. O ki, qaldı o problemlərə, İran yük maşınları haradasa qanunaları pozub, cərimələr verməlidir və s. Bu qanundur. Azərbaycan da İranın yollarından istifadə edir. Bu baxımdan qanuna uyğun olan əməllər təbii ki, dəstəklənməlidir. İran istəyirsə Azərbaycanın ayrılmaz bölgəsi olan Qarabağa hansısa malları aparsın, onlar üçün ayrı yollar var və hesab edirəm ki, Azərbaycan bu yolları onlara təklif edə bilər.
 
- Müşahidəçilərin fikrincə İran bu təlimlərlə Azərbaycanı təhdid edir. Doğrudanmı, qonşu ölkədə keçirilən təlimlərdən bu nəticə çıxartmaq olar?
 
- Doğrusu bu təlimlərin həcmi, cəlb olunmuş qüvvələrin sayı, məqsədləri və s. incəliklərlə tanış deyiləm, amma yenə də belə nəticə çıxartmaq olar ki, Azərbaycana düşmən mövqeyində olan dairələr hansısa şəkildə guya Azərbaycana mesajlar çatdırmaq niyyətindədirlər. Dediyim kimi, qarşıdurma yolunu onlar istəsələr, məğlub olan da onlar olacaq. Çünki Azərbaycan tək deyil, dünyada Azərbaycan-Türkiyə cütlüyü var. Ümumiyyətlə İranın xarici siyasəti hazırda çox mürəkkəb bir vəziyyətdədir. Mən bir daha qeyd edirəm, əgər Azərbaycan qarşıdurmaya məcbur olan bir yola getməli olsa, Azərbaycanın yanında İrana qarşı ən nüfuzlu ölkələr dayanacaq. Bu bizə lazım olmayan yoldur və biz bunu istəmirik. Hesab edirəm ki, İran tərəfi də orada hansısa fikirləşməmiş addım atan kəsləri bu yoldan çəkindirməli və onlara imkan verməməlidir.
 
- Sizin də bildiyiniz kimi, iki ölkənin münasibətləri İran maşınlarının Xankəndinə yük daşıması nəticəsində gərginləşdi. İranın Rusiya sülhməramlılarıyla yanaşı separatçıların nəzarətində olan Azərbaycan torpaqlarına qanunsuz yük daşıması sizcə nə dərəcədə normaldır?
 
- Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Orada inteqrasiya prosesləri gedir. Siz baxsanız, görərsiniz ki, Azərbaycan öz tərəfindən oraya qaz da göndərir, bölgəni işıqla da təmin edir. Xankəndidəki yarımstansiya buna misal ola bilər. Bu bizim vətənimizin bir hissədir və hələlik orada mürəkkəb siyasi proseslər baş verir. Bunun nəticəsində də orada Azərbaycanın qanunları bərqərar olunacaq. Bu bəllidir. Əgər İran tərəfi oraya hansısa mallar göndərmək niyyətindədirsə, Azərbaycan qanunlarına uyğun aparmalıdır bu işləri. Misal üçün onların getdiyi yollarda tıxac və bəzi problemlər yaranırsa, biz ayrı yolları da onlara təklif edə bilərik. Bir neçə yol var ki, oraya gedir. Qırmızı Bazardan keçən yol, Astaradan gəlib, Arazın kənarıyla gedən yol və s. Bu yerlərdən ora gedə bilərlər. Hesab edirəm ki, burada heç bir problem yoxdur, amma Azərbaycan qanunlarına riayət edərək olmalıdır bu işlər. İran vətəndaşlarından kimsə Azərbaycan qanunlarını pozursa, təbii ki, onlara qarşı qanunda nəzərdə tutulan cərimələr ola bilər. Bu normal bir şeydir. Biz də İranın yollarını istifadə edirik Naxçıvana gedəndə. Hər şey qanun çərçivəsində olmalıdır.
 
- İran-Azərbaycan münasibətlərinin gərginləşməsində Bakı ilə Ankaranın yaxınlaşması əsas faktor kimi irəli sürülür. İran Azərbaycanla Türkiyənin yaxınlaşmasından niyə narahat olmalıdır?
 
- İranda Azərbaycana aid 2 əsas konsepsiya var. Dostlarımız da orada çoxdur, hansı ki, bizimlə dostluq əlaqələrini inkişaf etdirmək istəyən dairələr var orada. Digər cərgə də var ki, bizim dövlətçiliyimizi qəbul etmirlər. İlk növbədə hakimiyyətə gələn təzə siyasi qüvvələr başa düşməlidirlər ki, onlar həm İran xalqına, həm də bizə faydalı olan əməkdaşlıq yolu seçsələr daha yaxşı olar. Biz istəmirik ki, sərhədlərimizdə gərginlik olsun.
 
- Hadisələrin bundan sonrakı inkişafını necə proqnozlaşdırırsınız? Münasibətləri əvvəlki axarına qaytarmaq üçün nə etmək lazımdır?
 
- Azərbaycan öz qanunlarının icrasını tələb edir. İkincisi, Azərbaycan həmişə olduğu kimi əməkdaşlıq etməkdə maraqlıdır. Üçüncüsü, Azərbaycan həmişə bəyan etdiyi kimi indi də o mövqedədir ki, ərazilərimizin İrana qarşı hansısa düşmən qüvvələrin tərəfindən istifadə edilməsinə Azərbaycan tərəfi əsla yol verməyəcək.
 
Biz bu mövqedə qalırıq. İndi bu mövqeyə cavab nə olacaq, onu zaman göstərəcək. Mən əminəm ki, gərginliyi artıran bu addımlar, o dairələr tərəfindən həyata keçirilib. İranın bu mürəkkəb vəziyyətində təzə bir gərginlik məkanı açması, heç də İran dövlətinin özünə və vətəndaşlarına xeyir gətirən bir məsələ deyil. Mənə elə gəlir ki, bu müvvəqəti bir şeydir və qısa bir müddətdə hər şey öz yerini tapacaq. Azərbaycan öz qanunlarının öz ərazisində icrasını tələb edən bir ölkədir və burada heç bir kəs, heç nə əldə edə bilməz.
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı