Taliban Pekinin iki şərtini yerinə yetirərsə… ŞƏRH

Analitika 11:52 21.09.2021

Tacikistanın paytaxtı Düşənbədə ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində əsas mövzusu Əfqanıstan idi. Təşkilata üzv ölkələrin əksəriyyəti Əfqanıstandakı olaylardan narahatdır. Ümumi rəy belədir ki, Əfqanıstan əhalisi daha da kasıblaşacaq və qış ayları yaxınlaşdıqca, ərzaq qıtlığı yaşanacaq.

Sammitə onlayn formada qatılan Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı duruma görə yenə Amerikanı ittiham etdi. Putinin çıxışından bu nəticə çıxdı ki, Əfqanıstana müdaxilə edən, onu bügünkü duruma sürükləyən ölkə - Amerika hazırkı vəziyyətə görə məsuliyyət daşıyır və ona görə də əfqanları maliyyə, ərzaq və digər məsullarla Vaşinqton təhciz etməlidir.

Rəsmi Pekinin də mövqeyi eynidir. Düşənbədəki sammitdə iştirak edən Çinin xarici işlər naziri Van İ Putinin sözlərini təkrarladı: “Əfqanıstanın bərpası və bu ölkəyə istisadi və humanitar yardımın məsuliyyəti Amerikanın üzərindədir”.

EDNews.net-in məlumatına görə, politoloq Elxan Şahinoğlu deyir ki, bununla həm Rusiya, həm də Çin rəsmiləri Amerikaya demək istəyirlər ki, “Əfqanıstanı dağıtdığın kimi onu yenidən qurmalısan”.

“Çinin xarici işlər naziri Amerikanın silahlı qüvvələrinin Əfqanıstanı qəfil tərk etməsinin bu ölkədə yeni problemlərə yol açdığını vurğuladı: “Əfqanıstanda yeni siyasi sistem formalaşmayıb, etnik və dini münaqişələrə mürəkkəb xarakterə malikdir, lokal toqquşmalar ehtimalı artıb, bir sözlə gələcək qeyri-müəyyəndir””.

Rusiya və Çin Vaşinqtonun Əfqanıstan siyasətini tənqid etməklə Amerikaya qarşı yeni təzyiq aləti əldə ediblər. Belə bir sual yaranır: Amerika məsuliyyətdən yayınarsa və Əfqanıstanın iqtisadi və sosial problemlərinin həllində kömək etməsə, Moskva və Pekinin mövqeyi necə olacaq?

Siyasi şərhçi deyir ki, Vaşinqton Əfqanıstanda hakimiyyətin Talibana keçməsinə mane olmasa da, bu qruplaşmanı tanımağa və əlaqələrini genişləndirməyə tələsmir.

“Ancaq mümkündür ki, Amerika Əfqanıstana humanitar yüklərin çatdırılması istiqamətində fəaliyyətini bərpa etsin. Kreml isə ona tabe olan rejimlərə dəstək verir. Misal üçün Rusiya Bəşər Əsəd rejiminin ayaqda qalması üçün Suriyaya illərdir humanitar yardım göstərir. Əfqan xalqının taleyi Kremli çox da narahat etmir. Moskva üçün önəmli olan Əfqanıstanın radikallaşmasının və bu ölkədən terrorun Mərkəzi Asiyaya mümkün keçidinin qarşısını almaqdır. Kreml buna əmin olmadıqca, Əfqanıstana humanitar yük daşımaqla bağlı qərar verməyəcək.

Kremldən fərqli olaraq Pekin Əfqanıstana müəyyən həcmdə humanitar yardım edə bilər. Ancaq Pekin bu yardımın qarşılığında Talibana iki tələbini təkrarlayacaq. Birincisi, Taliban Çin şirkətlərinə Əfqanıstanın zəngin yataqlarında çalışmasına şərait yaratmalı, çinli işçilərin təhlükəsizliyinə təminat verməlidir. İkincisi, Taliban Çinin bölgədəki maraqlarını nəzərə almalı, radikal uyğurların Əfqanıstandakı fəaliyyətlərini əngəlləməlidir.

Taliban Əfqanıstanı aclıqdan və səfalətdən qurtarmaq üçün Çinin hər iki şərtini qəbul etməyə hazır görünür. Ancaq bunun özü Talibana və Əfqanıstana daha böyük problem yaradacaq. Əfqanıstanın Çinə borcu artacaq. Çin eyni siyasəti Mərkəzi Asiya və Afrikada həyata keçirir. Mərkəzi Asiya və Afrika ölklərinin Çinə borcları artıqca siyasi baxımdan da Pekindən asılılıqları artır”.

Elxan Şahinoğlu

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı