Ərdoğan İngiltərədən Zəngəzur dəhlizi ilə bağlı dəstək gözləyir Ekspert

Analitika 12:40 21.09.2021

Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Britaniyanın baş naziri Boris Consonla görüşüb. Məlumata görə, görüş Nyu-Yorkda yenicə açılışı olan “Türk evi”ndə baş tutub. Türkiyə rəhbərinin Britaniyanın hökumət başçısı ilə görüşü 40 dəqiqə davam edib. Danışıqlar mətbuata qapalı olub.

İki ölkə liderinin görüşü ilə bağlı türk siyasi şərhçi Engin Özer EDNews.net-ə açıqlama verib.

Ekspertin sözlərinə görə, Türkiyədəki 15 iyul 2016-cı il hakimiyyət çevrilişinə cəhddən sonra Böyük Britaniya Türkiyənin strateji müttəfiqinə çevrilb:

“Türkiyə Orta Asiya, Liviya və Azərbaycan da daxil olmaqla bir çox bölgələrdə Böyük Britaniya ilə birgə fəaliyyət göstərir. Starteji müttəfiqlik artıq yeni bir səviyyə əldə edib. Hazırda Asiya-Sakit okean regionunda yeni yaranan bir birlik var. AUKUS adlanan birliyə Avstraliya, ABŞ və Böyük Britaniya daxildir. Bununla yanaşı ikinci bir birliyin qurulması gözlənilir. Bunun üçün isə bəzi ölkələr olmalıdır. NATO-dan asılı olmayan, ayrıca bir ittifaqın qurulacağını güman etmək olar. Türkiyə də bu birliyə üzv olmağa çalışır”, -deyə o bildirib.

Siyasi şərhçi həmçinin qeyd edib ki, Suriya məsələsində Böyük Britaniya Türkiyənin mövqeyini dəstəkləməklə səssiz qalıb.

“İdlibdəki problemlərlə bağlı Prezident Ərdoğan bu həftə Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşəcək. O, bu görüş öncəsi ingilislərlə görüşüb və Zəngəzur dəhlizinin açılmasıyla bağlı dəstək axtarışında olduğunu ehtimal etmək olar”.

Engin Özer əlavə edib ki, Azərbaycan bir çox layihələrdə British Petroleum ilə birlikdə çalışır.

“Türkiyənin də bu şirkətlə birlikdə Şərqi Aralıq dənizinin neft yataqlarının tədqiqi sahəsində işləmək istəyi var. Kipr və Liviya məsələsi də bu kontekstdə dəyərləndirilə bilər. Neftin Avropa bazarına çatdırılması məsələsində bəzi sual doğuran məqamlar var. Türkiyə bu məsələdə, eləcə də Şərqi Aralıq dənizi və Kipr məsələsində Böyük Britaniyadan dəstək istəyə bilər”, -deyə ekspert fikrini tamamlayıb.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı