HDP problemi Türkiyəni Aİ-dən qopara bilər Son qərar ABŞ və Britaniyaya bağlıdır

Analitika 15:00 21.09.2021

Türkiyə gündəmində daim müzakirə mövzusu olan HDP (Xalqların Demokrat Partiyası) və kürd problemi yenidən qızışıb. Türkiyə Ali Məhkəməsinin qərarı ilə terrora dəstəkdə ittiham edilərək 4 il 8 ay həbs cəzası alan HDP lideri Səlahəddin Dəmirtaş və FETÖ təşkilatı ilə işbirliyində şübhəli bilinərək həbs edilən türkiyəli iş adamı Osman Kavalanın həbsinin insan hüquqlarına zidd olduğunu iddia edən Avropa İnsan Hüquqları Konvensiyası bu dəfə Türkiyə Ali Məhkəməsinə qarşı hədələyici təkidləri ilə geniş auditoriyanın marağını özünə cəlb edib. Maraqlısı budur ki, AİHK Türkiyə hökumətinin daxili işlərinə müdaxilə etməklə yanaşı, hətta sərt ultimatum verərək vaxtilə Türkiyədə kürd probleminin alovlanmasında, eləcə də bir çox terror hadisələrinin həyata keçirilməsinə dəstəkdə şübhəli bilinın Səlahəddin Dəmirdaşın tezliklə azadlığa buraxılmasını tələb kimi irəli sürür. 

Bəs görəsən AİHM-nın uğurunda Türkiyəyə məhkəməsinə qarşı ayağa qalxdığı Səlahəddin Dəmirtaş və Osman Qavala personajları kimdir? Səbəblər və rəylərlə tanış olmadan öncə həbs olunanların qısa fəaliyyət tarixinə nəzər salaq. 

Selahattin Demirtaş - Wikipedia

Kürd əsilli gənc siyasi lider olan Səlahəddin Dəmirtaş 2007-ci ildən Türkiyə parlamentinin üzvü olub və 2014-cü ildən 2018-ci ilədək həmkarı Fiqen Yüksəldağla birgə Xalqlarının Demokratik Partiyasına rəhbərlik edib. 2016-cı ilin noyabr ayında Türkiyə Parlamentinin qərarı ilə bir neçə HDP nümayəndəsinin toxunulmazlığına xitam verilib və onlar arasında Səlahəddin Dəmirtaş və həmkarı Fiqen Yüksəkdağ da olub. Hər iki şəxs həbs olunaraq Ədirnədəki həbsxanaya göndərilib. Səlahəddin Dəmirtaşın həbsinin səbəbi onun siyasi fəaliyyəti zamanı Türkiyə daxilində kürd problemlərinin qızışdırılması və vətəndaş müharibəsi, habelə terrora dəstəklə bağlı olub. HDP lideri dindirmə zamanı onun PKK ilə iş birliyinin olması və 6-8 oktyabr tarixlərində PKK-çı qruplaşmalara 53 sivil vətəndaşın ölümünə səbəb olan Kobani (ad Suriyada Kürdlərin yaşadığı Ayn Al Arab bölgəsinə aiddir) etiraz aksiyasına dəstək olduğu faktlar əsasında təsdiqlənib.     

Terrorla bağlılıqda günahkar bilinən və seçki mandatı, eləcə də siyasi səlahiyyətləri tamamilə əlindən alınan Səlahəddin Dəmirtaş 2018-ci ildə 4 il 8 ay müddətinə həbs edilib.  

AİHK-nin Türkiyəyə AİHM-nin qərarını icra etmədiyindən dolayı meydan oxuyaraq azad olunmasını tələb etdiyi digər şəxs Türkiyədə iş adamı kimi tanınan və siyasi oyunlarda adı tez-tez hallanan Osman Kavaladır.

European Union slams Turkish gov't over arrest of peace activist Osman  Kavala - Stockholm Center for Freedom

1957-ci ildə Fransanın paytaxtı Parisdə doğulan türk əsilli iş adamı, yaxud da filantrop, yəni xeyriyyəçi kimi ad qazanan Osman Kavala 1990-cı illərdən Türkiyə vətəndaş cəmiyyəti təşkilatlarına yardımlar göstərməyə başlayıb. Əslində Osman Kavalanın ailə hekayəsinə nəzər yetirildikdə onun 1920-ci illərdə ailəsinin Yunanıstandan Türkiyəyə köçdüyünü görə bilərik. Lakin müəyyən səbəblərdən Türkiyədə deyil, məhz Parisdə doğulan Kavala, 1980-ci illərdə dövlət çevrilişləri zamanı Türkiyəyə gəlib və orada bir çox nəşriyyat və mətbu orqanlarına yardımlar etməyə başlayıb. Türkiyənin keşməkeşli tarixi ilə paralellik təşkil edən Kavalanın siyasi fəaliyyəti 2016-cı ildə çevrilişə cəhd zamanında da önəmli rola malik olub. O, 2017-ci ilin 18 oktyabr tarixində Türkiyənin Atatürk Hava limanında ölkədən çıxmaq istəyərkən saxlanılıb.  

Avropa İnsan Hüquqları Konvensiyasının bu cür hədələyici təkidləri, o cümlədən Türkiyənin qarşı tərəfə nə kimi reaksiya göstərəcəyi ilə bağlı Türkiyəli siyasi şərhçi Engin Özər EdNews-a açıqlama verib. 

Engin Özər ilk olaraq Avropa İnsan Hüquqları Konvensiyasının Türkiyənin daxili işlərinə müdaxilə etməsi ilə bağlı fikir bildirib.  

“Türkiyə 1963-cü ildən bəri Avropa İttifaqı üzvlüyünə namizəd olduğu üçün bəzi anlaşmalara imza atıb. Türkiyənin Aİ-yə inteqrasiyası bu gün reallıqda o qədər də aktiv olmasa da Türkiyənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tanıması ilə bağlı tələb müddəaları var və Türkiyə bunu icra edəcəyi barədə imzalı razılıq da verib. Bu səbəbdən Türkiyənin AİHM-nın qərarlarını icra etməklə bağlı iki seçimi qalır: Ya üzvlükdən imtina etmək, ya da qərara boyun əymək. Bunun üçün də Türkiyə rəsmi olaraq üzvlükdən imtina edəcəyi ilə bağlı qərarını bildirməlidir”.

Özər həmçinin Türkiyənin son olaraq hansı addımı atacağı və AİHK-nin nə kimi reaksiya verəcəyi barədə də bəzi fikirlərini bölüşüb. 

“Türkiyənin AİHK-yə reaksiyası və ya onun qərarının icrasına dair atacağı əks addım Türkiyə-ABŞ münasibətlərinin nə dərəcə uğurlu olacağına bağlıdır. Əgər prezident Ərdoğan bu xüsusda Böyük Britaniya ilə siyasi münasibətləri möhkəmləndirərsə, Türkiyə anında Aİ-yə üzvlük namizədliyindən rəsmi olaraq imtina edə bilər”. 

O, həmçinin Türkiyənin ABŞ və Britaniya ilə münasibətlərdə hər hansı müsbət nəticə əldə etmədən Aİ-yə qarşı bir qərar verməyəcəyini əlavə edib. 

Elnur Ənvəroğlu 

 
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:59 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Hamısı