"Kaliforniya Artsax" respublikası, yaxud erməni ilahəsi Treysi ABŞ onlara status verəcəkmi?

Analitika 15:39 21.09.2021

Məşhur atalar sözü var: Öz gözündə tiri görməyən başqasının gözündə çöp axtarır.

İndi bu misaldan yola çıxaraq soruşaq: ABŞ Qarabağda kimin gözündə, nəyin çöpünü axtarır?

Söhbət ondan gedir ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Qarabağla bağlı növbəti qalmaqallı açıqlama verib:

“ABŞ-ın Qarabağ siyasəti belədir: Biz əminik ki, Qarabağın statusu həll edilməlidir, konflikt hələ öz həllini tapmayıb. Maraqlardan biri ərazi bütövlüyüdür. Amma Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etmə hüququ əsas prinsiplərdən biri olaraq qalır və bu inkar edilə bilməz”.

Qeyd edək ki, bu, xanım səfirin ilk belə açıqlaması deyil. Treysi dəfələrlə “Şübhəsiz, otuz illik münaqişə və gərginlik bir gecədə həll oluna bilməz. Amma bizim üçün mühüm olan fundamental məqamlar var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll edildiyini hesab etmirik. O, Minsk Qrupunun gündəliyində qalmaqdadır” deməklə  yumşaq şəkildə desək rəsmi Bakının xətrinə dəyib. Kobud şəkildə desək, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib.

Xanım Treysiyə cavab hələ ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyindən verilib və Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Dağlıq Qarabağın yerində Qarabağ və Zəngəzur iqtisadi rayonlarının yarandığı və bu ərazilərin Azərbaycan ərazisi olduğu açıq şəkildə qeyd edilib.

Lakin bu cavab görünür Linn Treysi üçün çox da effektiv olmayıb ki, özünün status boşboğazlığına yenə də davam etdirir.

Lakin xanım Treysi anlamalıdır ki, Qarabağ məsələsində ABŞ ən son mövqe nümayiş etdirəcək ölkələrdən biridir. Niyə? Çünki 28 il ərzində Minsk Qrupunun həmsədri ABŞ Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana heç bir ciddi reaksiya verməməklə yanaşı, yekun sülhün əldə edilməsinə də heç bir töhfə verməyib.

Ötən əsrin 90-cı illərində dünyada yeganə qlobal güc hesab edilən Amerika Qarabağdakı qanı durdurmaq və işğala son qoymaq üçün tükünü də tərpətməyib. Əgər rəsmi Vaşinqton prosesə müdaxilə edib, Ermənistan işğalına son qoysaydı, Kəlbəcər, Laçın, Şuşa və Xocalı da daxil olmaqla işğal olunmuş bütün rayonlarımızdan erməni qoşunlarının çıxmasına yardım etsəydi, bəlkə də bu gün (və ya dünən) bizdən erməni lobbisinin xətrinə “biçarə ermənilərə heç olmasa bir muxtar vilayət statusu verməyi” xahiş etməyə üzü olardı.

Lakin təəssüflər olsun ki, bu baş vermədi. Əksinə, ABŞ 1992-ci ildə işğal və terrorla üz-üzə qalan Azərbaycana hər cür yardımı əngəlləyən “907-ci düzəliş”i qəbul etdi. Və təxmin edin, bu düzəlişin qəbul olunmasında xüsusi canfəşanlıq göstərən və ləğvinə qarşı çıxan siyasətçilərin başında kim gəlirdi?! Hazırkı ABŞ prezidenti Co Bayden. O Bayden ki, Ronald Reygandan sonra ikinci dəfə erməni soyqırımını tanıdığını bəyan edən prezident olaraq tarixə düşdü. O Bayden ki, təmsil etdiyi Demokratlar Partiyası erməni lobbisi tərəfindən bütün seçkilərdə dəstəklənir. Bizcə, artıq məsələ aydındır, ABŞ-ın Ermənistandakı səfiri Treysinin “status” çərənnəməsinin də qaynağı bəllidir...

Keçək xalqların öz müqəddəratını həll etməsi məsələsinə. Xanım Treysi bu prinsipin alovlu təbliğatçısı kimi özünü aparır. Doğrusu, Azərbaycan heç vaxt bu prinsipin əleyhinə olmayıb və ola da bilməz. Çünki Azərbaycan Xalq Cümhuriyyəti bu prinsipə istinad edərək istiqlalını dünyaya elan edib. Lakin xalqların öz müqəddəratını təyin etməsi istənilən ölkədə istənilən xalqın müstəqil dövlət yaratması anlamına gəlmir, heç beynəlxalq hüquq da buna icazə vermir. Belə ki, əgər xalqların öz müqəddəratını təyin etməsi prinsipi varsa, buna müvafiq “uti-possidetis” prinsipi də var. Bu prinsip dövlətlərin müstəqilliyini elan etdiyi anda sahib olduğu ərazilərin onun mülkiyyəti hesab edilməsini özündə ehtiva edən beynəlxalq hüquq normasıdır. Yəni, Azərbaycan müstəqilliyini elan edərkən sahib olduğu ərazilər, beynəlxalq hüquqa görə onun ərazisi hesab edilir. Məhz buna görə bütün dünya, o cümlədən, ABŞ 28 ildir qondarma rejimin müstəqilliyini tanımaqdan imtina edir.

Hə, birdə, xanım Treysi xalqların öz müqəddəratını təyin etməsini ehtiraslı surətdə dəstəkləyirsə, buyursun, ABŞ-ın Kaliforniya ştatındakı “Yes Kaliforniya” adlı separatçı qrupa qoşulsun. Daha bizim torpağımızda ermənilər üçün status davası aparmasın. Yəni, öz gözündəki tiri görsün!

Qeyd edək ki, Kaliforniyada son 20 ildə müstəqillik tərəfdarlarının sayı kəskin artıb. Xüsusilə, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra aktivləşən “Yes Kaliforniya” adlı qrup Kaliforniyanın ABŞ-dan ayrılması və müstəqilliyini elan etməsi üçün 2016-cı ildə böyük bir kampaniya başladıb. Qrupun liderlərindən biri Luis Marinelli Kaliforniyanın müstəqilik elan etməsi halında öz göstəricilərinə görə dünyanın ən böyük 6-cı iqtisadiyyatına sahib olacağı və Fransa kimi G-7 üzvü ola biləcəyini bildirib.

Qeyd edək ki, Kaliforniyanın 39 milyon əhalisi və 423 min kvdatrat metrlik ərazisi var. Və ən əsası, son anket göstəricilərinə görə, Kaliforniyada əhalinin 33 %-i ABŞ-dan ayrılıb, müstəqillik qazanmağın tərəfdarıdır.

Qısası, gözləyirik ki, xanım Treysi diplomatik missiyası sonlanan kimi Kaliforniyaya yollanıb, separatçı hərəkata qoşulacaq. Yeri gəlmişkən, Kaliforniyada ermənilərin də sayı xeyli çoxdur. Bəlkə, elə xanım səfir orada ermənilər üçün bir status da qondarar. Qarabağda 25 minlik erməniləri də özü ilə Kaliforniyaya aparar. Biz də xanım Treysini “boşboğaz diplomat” yox, “erməni ilahəsi Treysi” adlandırarıq...

Nicat İsmayılov

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Hamısı