Moskvadan Ankaraya ünvanlanan təhdid “Canavarla” “ayı” toqquşacaqmı?

Analitika 16:02 22.09.2021

Foreign Policy (Xarici siyasət) jurnalı 2018-ci ildəki nömrələrindən birində Çinin xarici siyasətini “yırtıcı-canavar” diplomatiyası olaraq izah edib.

Son illərdə Türkiyənin aktiv şəkildə yürütdüyü hücum diplomatiyasını da eyni adla izah edirlər. Həmçinin bu yanaşma türk siyasətini şərh etmək üçün daha effektivdir. Çünki canavar, daha dəqiq desək, boz qurd türk mifologiyasında xüsusi yeri olan bir heyvandır və türklüyü simvolizə edir.

Rus xarici siyasəti isə daim “ayı siyasəti” adlandırılıb. Buna səbəb rus mifologiyasında ayının insanların dostu kimi təqdim edilməsi və rus çarı IV İvanla (Qəzəbli İvan)  tərəfindən ayının dövlət rəmzinə çevilməsidir.

Ötən gün “canavar” “qonur ayı”nın pəncəsini tapdalayıb. Məsələ ondadır ki, Türkiyə Xarici İşlər Nazirliyi Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkiləri, ümumiyyətlə Krımın işğalını tanımadığını və yarımadanın Ukrayna torpağı olduğunu bəyan edib.

Dərhal Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verərək Türkiyəni yumşaq formada təhdid edib:

“Rusiya Türkiyə Xarici İşlər Nazirliyinin Krımdakı seçkilərlə bağlı açıqlamasını “nəzərdən qaçırmayacaq” və bundan gərəkli nəticələri çıxaracaq. Həmçinin Türkiyənin Krımda keçirilən seçkilərlə bağlı mövqeyi iki dövlət arasındakı münasibətlərə mənfi təsir edəcək”.

Qısası, “qonur ayı” “canavara” barmaq sirkələdi və cavab verəcəyi ilə təhdid etdi.

Rusiyanın barmaq sirkələdiyi bir zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT toplantısı üçün getdiyi Nyu-Yorkda ardıcıl görüşlər keçirir. Görüşlərin biri də ABŞ prezidenti Co Baydenlə nəzərdə tutulur. Baydenlə görüşdən sonra Ərdoğanın təyyarəsinin istiqaməti Moskvaya yönələcək. Rusiyanın cənub paytaxtı sayılan Soçidə Putinlə çay da içəcək. Hər iki görüşdə də Ərdoğanın masasındakı xəritə Suriya xəritəsi olacaq.

Suriyada isə el dili ilə desək aləm bir-birinə dəyib. İki həftə əvvəl şəhid olan türk əsgərləri, İdlibə Putin işarəsi ilə atılan raketlər, Türkiyə-Suriya sərhədi yaxınlığında atəş səsləri, küskün İran, qəzəbli İsrail... Qısası, Suriyada nə istəsən var.

Belə bir məqamda Türkiyə Krım məsələsində Rusiyanın üstünə gedir. Niyə? Əvvəla, Ukrayna Türkiyənin (oxu – NATO-nun) təbii müttəfiqidir. NATO/ABŞ Ukraynanı “ayı” zərbələrindən birbaşa xilas edə bilmədiyi üçün hazırda bu ölkənin silahlı qüvvələrinin hərbi cəhətdən təkmilləşdirilməsi və qismən təchizatı Türkiyənin üzərindədir. Türkiyə də öz növbəsində Qara dənizdəki nüfuzunu gücləndirmək və hərbi sənaye məhsullarını ixrac etmək üçün Ukrayna ilə müttəfiqlikdən böyük mənfəət əldə edir. “Bayraktar”ları Azərbaycandan sonra Ukraynaya ixrac edən Türkiyə gələcəkdə “Milgem” layihəsi əsasında Ukrayna dəniz qüvvələrinin də modernizasiyasını öz üzərinə götürməyi planlaşdırır. Bu baxımdan Ankara Kiyevin gözündə etibarlı müttəfiq imicini itirməmək üçün Rusiyanın etirazlarına rəğmən bu ölkəni dəstəkləyir.

Bundan savayı Qarabağ məsələsinin həllinə yardım edən Türkiyə birbaşa olmasa da, dolayı yollarla Qafqazdakı Qarabağ masasında təmsil olunur. Eyni şəkildə rəsmi Ankara Krım masasında da yer tapmağa çalışır. Lakin Putin Ərdoğanın bütün diplomatik addımlarına soyuq cavablar verməklə Türkiyəni Krım masasına yaxın buraxmır. Buna görə də Türkiyə Krım məsələsində “ayının” ayağını qəsdən basır ki, bu oyuna daxil olsun.

Ankaranın  Krımla bağlı hər diplomatik hücumuna Moskva Suriyada İdlibə raket hücumlarıyla cavab verir. İdlibsə bu dəfə “canavarın” öz sərhədində yerləşən ən yumşaq əzası hesab edilir.

Putin ilk genişmiqyaslı hücumdan sonra İdlibdən yüz minlərlə suriyalının Türkiyəyə axın edəcəyinin və bu axının Ərdoğanın siyasi karyerası üçün ciddi təhlükə ola biləcəyinin fərqindədir. Buna görə də o, İdlibi Ərdoğanı küncə sıxmaq üçün bir vasitə kimi istifadə edir. Ərdoğansa İdlib probleminin siyasi həlli üçün durmadan yeri diplomatik metodlar, layihələr təklif edir. Lakin hələlik bir nəticə əldə edə bilmir.

Bəs nə olacaq, “ayı” və “canavar” toqquşması baş tutacaqmı?

Doğrusu, Türkiyə və Rusiya yerləşdikləri region etibarilə müxtəlif məsələlərdə vaxtaşırı qarşı-qarşıya gəlsələr də, bu iki dövlətin bir o qədər də bir-birinə ehtiyacı var. Xüsusilə, ABŞ-ın Yaxın Şərqi tərk etməyə başladığı bir dövrdə Türkiyənin Rusiya ilə əməkdaşlığa daha böyük ehtiyacı yaranır. Eyni şəkildə Türkiyənin Suriyadakı varlığı İranın regiondakı nüfuzunu balanslaşdırmaq üçün Rusiyaya hava-su kimi gərəklidir. Bu baxımdan tərəflərin nə İdlib, nə də Krım üstündə bir-birilərilə toqquşmaya gedəcəyi gözlənilmir. Lakin istər Krım, istər Qarabağ, istərsə də İdlib və digər problemlərdə bu iki dövlətin birdəfəlik uzlaşması da bir o qədər də mümkün görünmür.

Nəticədə, “ayı” ilə “canavar” bir-birinin qənimi deyil, rəqibidir. Onlar bir-birini ovu bölüşdürməmək üçün qorxudarlar, lakin bir-birini ovlamazlar...

Nicat İsmayılov

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı