Gürcüstan Ermənistan-Türkiyə yaxınlaşmasında platforma rolunu oynaya bilər Mçedlişvili

Analitika 15:35 23.09.2021

“Gürcüstanın Ermənistan və Türkiyə arasında diplomatik dialoqun qurulmasında vasitəçilik etməsi üçün siyasi dəstəyə ehtiyacı var”.  Bu sözləri EDNews.net-ə Cənubi Qafqaz üzrə ekspert Georgi Mçedlişvili bildirib.

Qeyd etmək lazımdır ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması üçün dialoq təklifini ona  çatdırıb. Bundan başqa , Gürcüstanın Baş naziri Türkiyə Prezidentinə Gürcüstanın Ankara ilə İrəvan arasında dialoq prosesinin aparılmasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Bu məsələyə toxunan bəzi ekspertlər Gürcüstanın Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasına aparan dialoq prosesində vasitəçilik etmək potensialı üzərində fikir mübadilələri aparırlar.

Məsələ ilə bağlı danışan gürcü ekspert Georgi Mçedlişvili Gürcüstanın həm Ermənistan, həm də Türkiyə ilə normal münasibətlərinin olduğunu bildirib.  Onun qeyd etdiyinə görə, belə olan təqdirdə rəsmi Tiflis iki ölkə arasında dialoqun başlanılmasında başlıca rol oynaya bilər.

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması bütün Cənubi Qafqaz və regional dövlətlər üçün faydalı olacaq. Regionda vəziyyətin sabitləşməsindən ən çox Ermənistan qazanc əldə edəcək. Həm Ankara, həm də Yerevan ilə normal münasibətləri olan Tiflis iki ölkə arasında dialoqun qurulmasında başlıca rol oynaya bilər”, - deyə Mçedlişvili bildirib.

"Lakin, bir məqamı da nəzərə almaq lazımdır ki, vasitəçilik etmək üçün təkcə siyasi iradə kifayət etmir. Ermənistan və Türkiyə arasında uzun zaman həll oluna bilinməyən fikir ayrılıqları və problemlər mövcuddur. Belə olan halda Gürcüstanın iki qonşu ölkə arasında danışıqların aparılmasında vasitəçilik etmək üçün siyasi dəstəyə ehtiyacı var. Hesab edirəm ki, Gürcüstanın Ermənistan və Türkiyə yaxınlaşmasında yalnız platforma çərçivəsində iştirak  etməsi mümkündür. Bununla bərabər, bu prosesin aparılmasına Gürcüstan yüngül dəstəyini nümayiş etdirə bilər”, - deyə o əlavə edib.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Gürcüstan hazırda Qərbin Cənubi Qafqaza girişi üçün əsas açar rolunu oynayır. ABŞ və Avropa İttifaqı Gürcüstanı regionda Qərbin sülh və təhlükəsizlik üzərində əsaslanan dəyərlərinin təbliği üçün əsas amil kimi görür. Buna görə də Qərb liderləri hesab edirlər ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında sülhün və barışığın qurulması, eləcə də Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin normallaşması proseslərində platforma çərçivəsində vasitəçilik missiyasına malik ola bilər.

Məsələyə münasibət bildirən Mçedlişvili Gürcüstanın qərbyönümlü siyasətinin Tiflisi regional dövlətlər arasında əlaqələrin qurulması və danışıqların aparılması üçün vasitəçilik missiyası imkanı ilə təmin etdiyini bildirib: "İyun ayında Qərbin vasitəçiliyi və Gürcüstanın iştirakı ilə Azərbaycana mina xəritəsinin verilməsi və hərbi əsirlərin mübadiləsi buna sübutdur”.

"Lakin iqtisadi və siyasi zəiflik səbəbindən Gürcüstan vasitəçilik prosesində potensial faktor ola bilməz. Qərb nə qədər regionla bağlı birlik və düzgün strateji siyasət nümayiş etdirsə və regional dövlətlər arasında münaqişələrin və fikir ayrılıqlarının həll olunmasına ciddi şəkildə cəlb olunsa belə, regionda vəziyyət dəyişməz olaraq qalacaq.  Bunun başlıca səbəbi Rusiya amilidir.  Bu məsələ barədə düşünərkən Moskvanın Cənubi Qafqaz regionunda siyasi təsirini qorumaq üçün uzun müddətli münaqişələrdən öz xeyrinə istifadə etməsini nəzərə almaq lazımdır”, - deyə ekspert tamamlayıb.

Yunis Abdullayev 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı