Çamadan, vağzal, İrəvan! Yaxud Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə necə qaytarılacaqlar

Analitika 15:38 24.09.2021

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu-York şəhərində keçirilən GUAM Xarici İşlər Nazirlər Şurasının 37-ci iclasında Qarabağ və regionla bağlı mühüm açıqlamalar verib.

İlk öncə Qarabağla bağlı çıxış edən Ceyhun Bayramov erməni işğalından azad edilən ərazilərdə aparılan yenidənqurma, bərpa və reinteqrasiya işləri və həmin ərazilərdə məcburi köçkünlərin siyasi, iqtisadi və sosial hüquqlarının təminatı haqqında geniş məlumat verib.

Nazir çıxış etdiyi zaman Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının taleyinə də toxunub. O, qeyd edib ki, Azərbaycan erməni əsilli vətəndaşları siyasi, iqtisadi və sosial məkana reinteqrasiya etmək əzmindədir.

“Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir” – deyə Ceyhun Bayramov bildirib.

Bununla bərabər, nazir Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qorunması və təhlükəsizliyinin təmin olunması məsələsinə də münasibət bildirib.

Bayramov bu məsələ ilə bağlı çıxışında təşkilata üzv olan dövlətlər – Moldova, Ukrayna və Gürcüstanın ərazisində uzunmüddətli münaqişələrin beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edilməsinin vacibliyini bildirib.

“Beynəlxalq hüququn tətbiqi sülh, təhlükəsizlik və inkişaf üçün bir şərtdir. Təəssüf ki, GUAM-a üzv dövlətlərin ərazilərində həlli uzanmış münaqişələr sülh və təhlükəsizliyə təhdid yaratmağa davam edir və bu münaqişələr suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir”.  

Ceyhun Bayramovun bu iki önəmli çıxışı ilə əlaqədar EDNews.net tanınmış politoloq İlqar Vəlizadən şərh alıb.  

İlqar Vəlizadə - Publika.Az

Politoloq ilk öncə Bayramovun Qarabağ erməniləri ilə bağlı açıqlamasına münasibət bildirib. İlqar Vəlizadə hesab edir ki, münaqişə zonasında məskunlaşan erməni mənşəli sakinlərin yalnız Azərbaycan vətəndaşlığını qəbul etdiyi və Azərbaycan qanunlarını tanıdığı halda Azərbaycan cəmiyyətinə reinteqrasiya oluna bilər.

“Qarabağda yaşayan erməni mənşəli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün şərtlər ortalığa qoyulmaldır. İlk öncə onlar Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanımalıdırlar. Bu onların Azərbaycanda dinc yaşaması üçün ilkin prioritetdir. Sonra isə Azərbaycan vətəndaşı olduqlarını qəbul etməli və Azərbaycan qanunlarının aliliyinə hörmət etməlidirlər. Qarabağ erməniləri Azərbaycan vətəndaşı olduqlarını qəbul edəndən sonra Azərbaycan vətəndaşları ilə bərabər bütün imkanlardan və hüquqlardan istifadə edə bilərlər. İrqindən, millətindən və dinindən asılı olmayaraq vətəndaşlıq ilə bağlı bütün hüquqlar və azadlıqlar Konstitusiyada öz əksini tapıb”, - deyə Vəlizadə bildirib.

Politoloq Azərbaycanda bütün etnik millətlərin dinc və sülh şəraitində yaşadığını və Qarabağ ermənilərin də bundan  yararlanmasının mümkün olduğunu bildirib.

“Azərbaycan çoxmillətli unitar dövlətdir. Bu dövlətdə müxtəlif etnik millətlər və dini qruplar dinc və sülh şəraitində yaşayırlar. Konstitusiyanın onlara təqdim etdiyi bütün imkanlardan və hüquqlardan sərbəst şəkildə istifadə edə bilirlər. Belə olan şəraitdə Qarabağ erməniləri də bundan yararlana bilərlər. Azərbaycanda digər etnik xalqlarla bərabər dinc yaşaya bilərlər. Əlbəttə, yuxarıda qeyd etdiyim kimi, Qarabağ erməniləri ilk öncə Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Yalnız bu halda bizim cəmiyyətə reinteqrasiya oluna bilərlər”, - deyə politoloq qeyd edib.

Bəs Qarabağ ermənilərinin Azərbaycan tərkibində yaşamaq istəmədikləri halda nə baş verəcək?  Suala cavab verən İlqar Vəlizadə bu halın baş verdiyi təqdirdə, Qarabağ ermənilərinin əşyalarını yığıb Azərbaycan ərazisini tərk etmək məcburiyyətində olacaqlarını bildirib.

“Əgər Qarabağ erməniləri bizim şərtlərlə razı olmayacaqlarsa onda sakit və dinc şəkildə əşyalarını yığıb Azərbaycan ərazisini tərk etsinlər. Yeri gəlmişkən, onların böyük əksəriyyəti hal-hazırda Ermənistan vətəndaşlığını qəbul edib. Vətəndaşlığımızı qəbul etmək istəmədikləri təqdirdə Azərbaycanı tərk etmək və Ermənistana üz tutmaq  məcburiyyətində qalacaqlar. Qoy Ermənistan hökuməti onların qayğısına qalsın. Azərbaycan öz təklifini edir. Azərbaycan öz xoş məramını göstərir. Qarabağ ermənilərinin yalnız bizim şərtlərimizə və təkliflərimizə xoş münasibətləri lazımdır”, - deyə Vəlizadə vurğulayıb.  

Bayramovun GUAM ölkələrinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı açıqlmasına münasibət bildirən İlqar Vəlizadə Azərbaycanın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini bildirib.  Politoloq onu da qeyd edib ki, Azərbaycanın xarici siyasətində başqa dövlətin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsas prioritetlərdən biri olub.

“Heç kəsə sirr deyil ki, Azərbaycan Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Hətta, Rusiyanın müttəfiqləri daxil olmaqla regional dövlətlər də sadaladığımız bu ölkələrin ərazi bütövlüyünü tanıyır. Bununla belə, Azərbaycan rəhbərliyi hesab edir ki, bu ölkələrdə uzunmüddətli münaqişələr beynəlxalq hüququn aliliyini nəzərə almaqla onların ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - deyə Vəlizadə bildirib.

Bir məqamı da xatırlamaq lazımdır ki, Rusiyada bəzi dairələr Ceyhun Bayramovun GUAM ilə bağlı çıxışını Moskvanın milli maraqlarına zidd hesab edə bilərlər. Ona görə ki, Gürcüstan, Ukrayna və Moldovadakı münaqişələrdə Rusiya açıq şəkildə iştirak edir. 

Politoloqa görə, Rusiyanın anti-Azərbaycan dairələri Bayramovun çıxışına diqqət yetirəcəklər və onu təhrif etməyə çalışacaqlar.  

“Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi əslində Rusiyaya qarşı deyil. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və beynəlxalq razılaşmalara əsaslanır. Necə ki, biz Qarabağ məsələsində beynəlxalq hüququn normalarının əməl olunmasına tələb edirdiksə, eləcədə bunun digər ölkələrin ərazi bütövlüyü üçün də əməl olunmasının vacibliyini vurğulayırıq. Əlbəttə, Rusiyada bəzi ermənipərəst siyasi dairələr Azərbaycanın mövqeyini səhv yozmağa çalışacaqlar.  Çox güman ki, bunu edə bilərlər”.

“Lakin, mən düşünmürəm ki, mövqeyimizi səhv yozmağa çalışanlar Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirə bilsinlər. Rusiya-Azərbaycan münasibətləri praqmatizm əsasında qurulub. Moskva Azərbaycanın mövqeyini çox yaxşı başa düşür. Rusiyanın özü də Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq hüququn tərəfdarı olub”, - deyə o tamamlayıb.

Yunis Abdullayev

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi; 

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
23:07 11.07.2025
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
22:19 11.07.2025
Tələb təqaüdündən tutulan pullar hara gedir?
21:55 11.07.2025
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər
21:24 11.07.2025
"Qarabağ" Niderland klubunu məğlub edib
20:52 11.07.2025
“Rheinmetall” Ukraynaya yeni səyyar səhra xəstəxanası verib
20:15 11.07.2025
Sahibə Qafarova Srebrenitsa qurbanlarının anım mərasimində iştirak edib
19:45 11.07.2025
“Lui Vitton”kiberhücuma məruz qalıb
19:04 11.07.2025
Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə bilər
18:34 11.07.2025
PKK silahını necə yerə qoyacaq? –Analitik Baxış
18:19 11.07.2025
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim
18:02 11.07.2025
Azərbaycan Mətbuat Şurasında "Turan işığında 150 il" adlı tədbir keçirilib
17:47 11.07.2025
"Rusiya üçün "yeni sürprizlər" hazırlanır" -Müsahibə
17:32 11.07.2025
"Mənə qarşı ayrıseçkilik edildi"
17:17 11.07.2025
Acun Ilıcalı "Hall Siti"ni satır
17:02 11.07.2025
"ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir"
16:47 11.07.2025
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq
16:35 11.07.2025
Daha iki abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib
16:22 11.07.2025
Evlənənlər çoxalıb, boşananlar azalıb
16:07 11.07.2025
i Konstantin Strukovun qızıl imperiyası dövlətləşdirildi
15:55 11.07.2025
"Xalq" və "Respublika"-nın birləşməsi əməkdaşlarına necə təsir edəcək?
15:38 11.07.2025
ABŞ-ın Vaşinqton Universitetinin Assistent Tədqiqat Professoru Aytəkin Hüseynlinin seminarı təşkil edildi
15:23 11.07.2025
"Biz hər yerdəyik"
15:20 11.07.2025
"Ukraynaya veriləcək ABŞ silahlarının pulunu NATO müttəfiqləri verəcək"
15:05 11.07.2025
Viktor Osimhenin keçidi bu gün rəsmiləşəcək
14:50 11.07.2025
"Danone" MMC ləğv olundu
14:35 11.07.2025
Dünya Srebrenitsaya niyə susdu?
14:20 11.07.2025
ASEAN qlobal ticarət gərginliyindən narahatdır
14:05 11.07.2025
PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO
13:55 11.07.2025
Ukrayna Rusiya ordusunun 2 polkovnikini qətlə yetirdi
13:50 11.07.2025
Kanada Hərbi Hava Qüvvələrinə qadın rəhbər təyin olunub
13:35 11.07.2025
Yaşayış minimumu kriteriyaları yenilənəcək
13:20 11.07.2025
Lavrov Mertzə xəbərdarlıq etdi
13:05 11.07.2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
12:50 11.07.2025
Qanunsuz abortlarla bağlı yeni qanun qəbul ediləcək
12:35 11.07.2025
Ukraynanın səmasını Fransa və Böyük Britaniya qoruyacaq
12:15 11.07.2025
"Qızıml əcəl apardı" -Hovuzda boğulan balaca Nərminin anası danışdı
12:02 11.07.2025
Tramp "Supermen" oldu
12:00 11.07.2025
"Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir"
11:45 11.07.2025
Türkiyədə PKK terroru dövrünün sonu başlayır
11:30 11.07.2025
Hamısı