Moskva Qarabağdakı sülhməramlıların komandanını niyə ikinci dəfə dəyişdi?

Analitika 11:39 26.09.2021

Qarabağda Rusiya sülhməramlılarının komandanı dəyişdi: Muradovu əvəzləyən Mixail Kosobokov cəmi iki həftə sonra yerini Gennadi Anaşkinə verdi.

Kosobokovla Anaşkini birləşdirən ortaq cəhət hər iki generalın əvvəllər rusların nəzarətindəki separatçı bölgədə (Gürcüstan) fəaliyyət göstərməsidir. Rusiyada Qarabağla bağlı analoji planların olması istisna deyil, hərçənd, Qarabağdakı hazırki vəziyyət post-sovet məkanındakı digər münaqişə bölgələrindən hərbi və siyasi baxımdan tamamilə fərqlənir:

- ermənilərin yaşadığı bölgənin və xariclə əlaqə marşrutunun real-vizual olaraq Azərbaycan ordusunun bir atış məsafəsi qədər nəzarətində olması separatizmin inkişaf perspektivini zəiflədir;

- bölgədə güc balansı Türkiyənin mövudluğu fonunda bərabərdir;

Moskvada da real vəziyyəti anlayırlar və istisna deyil ki, separatizm kartından siyasi alverdə mümkün qədər istifadə etmək üçün bu işdə təcrübəsi olan kadrlara hələki üstünlük verilir.

Lakin cəmi iki həftə öncə bölgəyə təyin olunan Kosobokovun bu qədər tez geri çağırılması sıradan qərar deyil və burada iki mümkün amil ola bilər.

Birincisi, Bakının Kosobokovun fəaliyyətindən narazılığı;

İkincisi, dəyişən geosiyasi və regional proseslər.

Baş verənləri anlamaq üçün hadisələrin xronologiyasına baxaq:

- İlham Əliyev 7 iyul Fərmanı ilə “Dağlıq Qarabağ” ifadəsini ləğv etdi və ermənilərin yaşadığı ərazilərlə bağlı hüquqi sənədi yenilədi;

- həmin tarixdən – 7 iyula keçən gecə separatçı-terrorçular müharibədən sonra ilk dəfə Şuşaya atəş açdı (sonradan bu atəşlər intensivləşdi) və Rusiya MN rəsmi məlumatında Ermənistanı bölgədə tərəf kimi təqdim etdi;

- avqustun 9-da Lavrov Bayramova zəng etdi, həmin gün Stanislav Zas İrəvanda idi və Bakı-Moskva xəttində gərginliyin açıq müşahidə edildiyi dövr başlandı;

- bu tarixdən sonra Rusiya MN ermənilərin Şuşaya və digər istiqamətlərə atəş açması haqda məlumatda separatçı-terrorçuları tərəf kimi göstərməyə başladılar;

- avqustun 15-də İlham Əliyev CNN Türk kanalına müsahibəsində Rusiyanı “tərəfdaş” yox, “qonşu” ölkə adlandırdı və Laçın dəhlizi, eləcə də sülhməramlıların fəaliyyəti ilə bağlı sərt ritorikadan istifadə etdi;

- Sentyabrın 2-dən etibarən Türkiyə və Azərbaycan genişmiqyaslı hərbi təlimlərə başladı: həm Bakıda, həm işğaldan azad olunmuş ərazilərdə - Laçında, həm də Xəzərdə;

- Sentyabrın 7-i Azərbaycan Rusiya sülhməramlılarının mandatını gündəmə gətirdi;

Sentyabrın 8-də Muradovu Kosobokov əvəz etdi və ayağı Azərbaycan torpağına dəyən kimi təxribat xarakterli fəaliyyəti açıq şəkildə nümayiş etdirdi: sülhməramlıların nəzarət ərazilərinin xəritə üzərindən genişləndirilməsi, Laçın dəhlizinin 10 noyabr razılaşmasına əsasən müəyyən edilmiş 5 kilometrlik məsafəsinin artırılması və s.

Bu, Kosobokovun özfəaliyyəti deyildi, ruslar Bakıya qarşı açıq oynayırdılar və bu, Bakı-Moskva xəttinə bağlı məsələlərlə yanaşı, geosiyasi proseslərdən də qaynaqlanırdı: ABŞ-ın Əfqanıstandan çıxması, yerinə NATO ölkəsi olaraq, Türkiyəni saxlaması; Qarabağda Bakıya hücum edən Moskvanın İdlibdə Ankaraya qarşı planları və s.

Bakı sülhməramıların, xüsusilə Kosobokov fəaliyyətindən narazı idi və istisna deyil ki, onun cəmi iki həftədən sonra geri çağırılmasında Azərbaycanın tələbi rol oynayıb.

Hərçənd, Moskvanın qərarına siyasi proseslərin inkişaf istiqamətinin təsir etdiyi ehtimalı daha böyükdür.

1. Soçidə Ərdoğan-Putin görüşü: iki ölkə həm də Cənubi Qafqazı, bölgədə “altılıq platformasını” müzakirə edəcək, konkret qərarların verilməsi gözləniləndir

2. Soçi görüşündən öncə Ərdoğanın Nyu-Yorkda Baydenlə sərfəli olmayan görüşü və Türkiyə liderinin ABŞ-dan Putinə müsbət mesajlar göndərməsi: İlham Əliyevin Ankara-Moskva münasibətlərində önəmli rol oynadığına da işarə etdi;

3. İlham Əliyev Ərdoğanın Amerika torpaqlarından Putinə müsbət mesajlarından bir gün sonra, Soçi görüşündən öncə Rusiya mediasına müsahibə verdi: müsahibədə Bakının dəyişməyən mövqeyini yenilədi və Rusiya ilə hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini, artıq sifarişlərin verildiyini qeyd etdi; və rus sülhməramlılarının fəaliyyətindən razılığını bildirdi.

Qarabağda rus sülhməramlılarının komandanının dəyişməsi, Kosobokovun cəmi iki həftədən sonra geri çağırılmasının geosiyasi və regional proseslərlə bağlılığı görünür. Bir informasiya bu fikri daha da gücləndirir: Rusiya MN Qarabağda sülhməramlıların yerləşdiyi ərazi ilə bağlı xəritəni dəyişib; xəritədə qondarma “dqr” və ya keçmiş “DQMV” sərhədlərini əks etdirən xətlər aradan qaldırılıb və bu ərazilər (misal üçün, Hadrut və s.) Azərbaycan ərazisi kimi göstərilib.

Anaşkinin gəlişi ilə baş verən bu dəyişiklik diqqətçəkən məqamdır, hərçənd, söhbət ruslardan gedirsə, nəticə çıxarmağa tələsməməliyik. Hələki proseslərin dəyişən inkişafı müsbət görünür və Soçi görüşü həlledici ola bilər.

Asif Nərimanlı

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Hamısı