"Minsk qrupu bitərəf qalmaqla ermənilərə daha çox xidmət göstərmiş olar" Politoloq

Analitika 18:39 28.09.2021

Prezident İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində bir sıra mühüm məqamlara toxundu. Dövlət başçısı Minsk qrupunun indiki dövrdə fəaliyyətsizliyilə bağlı açıq fikir yürüdərək müharibədən sonra hər hansı bir təklifin olmamasını dilə gətirib. Onun sözlərinə görə, bu gün Minsk qrupunun fəaliyyəti üçün yeni məsələlər - etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, Ermənistan-Azərbaycan arasında təklif etdiyimiz sülh müqaviləsinin imzalanması kimi məsələlər var. Prezident bildirib ki, təklif olmadığı təqdirdə Minsk qrupunun fəaliyyəti haqqında danışmaq yersizdir.  

Prezidentin müsahibəsindəki ən vacib məqamları politoloq Əlimusa İbrahimov EDNews.net-ə şərh edib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bütün müsahibə və bəyanatlarında olduğu kimi Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibə də Azərbaycanı və ümumiyyətlə regionu maraqlandıran və yaxın keçmiş və gələcək perspektivləri aydınlaşdıran məqamlarla doludur. Hər şeydən əvvəl bir il bundan qabaq baş vermiş 44 günlük müharibənin motivlərinin İlham Əliyev tərəfindən açılması olduqca maraqlı idi və Azərbaycanı bu müharibəni başlamaqda günahlandıran xarici qüvvələrə ən tutarlı cavab kimi qiymətləndirilə bilər. Son müharibənin baş verməsi səbəbləri və şəraitini bu qədər ciddi dəlillərlə izah edən ikinci bir təhlil tapmaq mümkün deyil: “Bilirsiniz, son müddət ərzində Ermənistanın bizə qarşı təxribatları müntəzəm xarakter almışdı. Həm bizə qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Mən bunun səbəblərini bu günə qədər də anlaya bilmirəm. Çünki 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlayan bir dövlət yeni savaşa çıxmaq fikrində olursa, bu, çox ciddi araşdırılmalıdır ki, bunun səbəbi nədir”.

Bu ifadələrlə yanaşı, İlham Əliyev Ermənistanın müharibə ərəfəsində atdıqları addımları ardıcıllıqla sadalayır. Bu dəlilləri diqqətlə nəzərdən keçirən istənilən şəxs - istər siyasətçi olsun, istər olmasın - müharibənin məhz Ermənistan tərəfindən qaynaqlandığına heç bir şübhə görmür.

Müsahibədə Azərbaycan Respublikası Prezidentinin toxunduğu ciddi məsələlərdən biri də ATƏT-in Minsk qrupunun müharibədən əvvəlki və ondan sonrakı fəaliyyətinə verdiyi qiymətdir. Bildiyimiz kimi, son zamanlar Minsk Qrupu ətrafında müəyyən oyunlar gedir. Bu gün 30 il ərzində münaqişənin aradan qaldırılması üçün əhəmiyyətli heç bir addım ata bilməyən bu təşkilatı yenidən siyasi səhnəyə qaytarmaq cəhdləri ilə qarşı-qarşıya dayanmışıq. 30 il ərzində münaqişənin aradan qaldırılması üçün geniş imkanları olan, lakin bu imkanlardan istifadə etməyən təşkilat bundan sonra arada olan problemlərin həlli üçün necə xidmət edə bilər: “Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər, onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər”.

Prezident haqlı olaraq Minsk qrupunun fəaliyyətsizliyini onların ermənipərəst mövqeyindən irəli gəlməsi kimi dəyərləndirir. Bu gün Minsk qrupunun fəaliyyətə can atmasının səbəbi də bəlkə elə yenidən ermənilərə xidmət etməkdir. Onlar ermənilərin tərəfini saxlamaqla onlara yardım etmiş kimi görünürlərsə, əslində ən böyük zərbəni vururlar. İlham Əliyevin dediyi kimi, Minsk qrupu vaxtında erməniləri işğal etdikləri Azərbaycan torpaqlarından çıxarmağa məcbur edə bilsəydi 44 günlük müharibə də baş verməzdi və erməni ordusu, erməni xalqı indiki acınacaqlı vəziyyətə düşməzdi: ”Bilirsiniz, Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyi bu danışıqlar, yəni, müzakirə prosesinə də çox böyük zərbə vurdu. Çünki onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi, yəni, danışıqlar iflic vəziyyətinə düşmüşdü. Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, müşahidə edirdilər, sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür, eyni zamanda, Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür”.

Minsk qrupunun keçmiş fəaliyyətsizliyinə dair çoxlu maraqlı misallar gətirən Azərbaycan Prezidenti onların bundan sonrakı müsbət addımlar atacağına şübhə ilə yanaşmaqla əslində bu təşkilatdan münaqişənin həll edilməsi üçün konstruktiv təklif gözləmədiyimizi vurğulayır: “İndiki dövrə gəldikdə, Minsk qrupunun fəaliyyətini biz demək olar ki, görmürük. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Bir dəfə Azərbaycana gəlmişdilər və mən onlara dedim ki, siz təklif verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ - Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır. Yoxsa “Dağlıq Qarabağ” - olmayan qurumun statusu ola bilərmi? Əlbəttə ki, yox. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə “Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, ya cümhuriyyət yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!”

Düşünürəm ki, Minsk qrupuna həmsədrlik edən dövlət rəhbərləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu açıqlamalarını öz fəaliyyətlərinə verilən “qiymət” kimi dəyərləndirəcək və bundan sonrakı addımlarında funksiyalarına uyğun olaraq bitərəf qalmaq qaydalarına əməl edəcəklər. Bununla onlar ermənilərə daha çox xidmət göstərmiş olarlar, nəinki onların tərəfini saxlamaqla.

İlham Əliyevin bu müsahibəsində diqqəti çəkən məqamlardan ən önəmlisi Rusiyanın regionda yerləşən sülhməramlı qüvvələrinin fəaliyyətinə verilən izahat və müsbət səciyyə idi. Son günlər həm yerli, həm də xarici mətbuatda Azərbaycanın Rusiyanın və onun sülhməramlı qüvvələrinin fəaliyyətindən razı qalmaması haqqında məlumatlar verilirdi. İlham Əliyev öz dəyərləndirməsi ilə bu məlumatların əsassız olduğunu diqqətə çatdırdı:  “Ancaq ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Əlbəttə ki, bizim narazılığımız da var, iradlarımız da var - ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır. Ancaq deyə bilərəm ki, bu, hələ tam yüz faiz həll olunmayıb. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Onu da bildirməliyəm ki, bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu prosesə də son qoyulur. Ancaq biz, əlbəttə, istərdik ki, suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə sayğı göstərilsin. Zatən, Rusiyanın rəsmi nümayəndələri, yüksək vəzifəli nümayəndələr deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır və belə olan halda, yerlərdə, orada xidmət göstərən hərbçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətini aparmalıdırlar”.

Azərbaycan Prezidentinin Qarabağda yaşayan erməniləri diqqətdənkənar buraxmaması humanizm prinsiplərinə necə hörmət etməyimizin ən bariz nümunəsi ola bilər. Budur dinimizə, adət-ənənəmizə, bəşəri hisslərə hörmətlə yanaşmağın təcəssümü. İlham Əliyev dünən bizə qarşı silah qaldıran, amma bu gün bizdən asılı vəziyyətdə olan insanlara öz vətəndaşları kimi rəftar edir. Onlar üçün heç bir qorxu və təhlükənin olmadığını bütün dünyaya elan edir. Bunun qədər humanist addım atılıbmı dünənki düşmənə qarşı? Bəs nədən bizim bu xeyirxah addımlarımızı layiqincə qiymətləndirmək istəmir ikili standartların əsiri olan dövlətlər? Çünki görmək istəmirlər və onların xidmət etdikləri amallar insanlıq naminə adlandırılan amallar deyil. “Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər - həm inşaat işlərində, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq. İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik”.

Eyni zamanda, İlham Əliyev orada yaşayan ermənilərin həyat şəraitindən dəhşətə gəlir və bu sakinləri, Ermənistana rəhbərlik edənləri insanlıq naminə ədalətli olmağa çağırır. Azərbaycan Respublikası Prezidenti düşmən cəbhəsində dayanan insanların belə insanlıqdan uzaq olan şəraitdə yaşamasına dözməyin mümkün olmadığını ifadə edir. Qoy ermənilər Sarkisyan, Koçaryan kimi vaxtında rəhbərləri olmuş şəxslərin Azərbaycan xalqı haqqında dediklərini də yada salıb utansınlar və əsl Prezidentin necə və hansı xüsusiyyətlərə malik olması haqqında dərs götürsünlər: “Mən Zəfərdən sonra bölgələrə onlarla səfər etdim və orada bəzi kəndlərdə, ermənilərin yaşadıqları kəndlərdə gördüyüm mənzərə məni dəhşətə gətirdi. Yəni, insana yaraşmayan bir vəziyyət. Bəzi kəndlərin evləri indi analiz edilir, evlərin 95 faizi yararsızdır, yəni, orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir. Yəni, 30 il belə rəzil durumda yaşayan bir toplum təbii ki, işıq üzü görmək istəyir və işıq yalnız Azərbaycandan gələcək. Anlamaq lazımdır ki, onlar üçün də bu, o qədər də asan məsələ deyil. Burada psixoloji durum da nəzərə alınmalıdır. Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm, onlar anlayacaq ki, xoşbəxt gələcəkləri, rifahla dolu gələcək ancaq Azərbaycan dövləti ilə bağlıdır”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Hamısı