İranın iki cəbhədə mümkün təxribatı Bakı hazırlaşır

Analitika 14:44 12.10.2021

Bakı Tehranın mümkün təxribatlarına qarşı hazırlaşır: İrandan XİN sözçüsü səviyyəsində “qardaşlıq” sözləri səslənsə də, praktiki fəaliyyət hərbi istiqamətdə davam edir. Və iki təxribat cəbhəsi var.

Dövlət sərhədi: “Xeybər fatehləri” təlimləri Azərbaycanla sərhəddə qoşunların dislokasiya edilməsi məqsədi daşıyırdı. Bir neçə məqam bunu təsdiq edir.

Birincisi, İranın Nizam Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştərinin “Azərbaycanla sərhəddə yeni qüvvələr və hərbi texnika göndərdik” açıqlamasıdır;

İkincisi, İran parlamentinin Təhlükəsizlik Komitəsi üzvlərinin Azərbaycanla sərhəddə 3 günlük ezam olunmasıdır: ezam olunanlar sərhəddə hərbi qüvvələrin yerləşdirilməsini araşdıracaq, “Xeybər fatehləri” təlimi ilə bağlı hesabat hazırlayacaq.

İstisna deyil ki, İran “əzələ nümayiş” etdirməklə yanaşı, həm də ordunun mümkün əməliyyatlara hazırlıq vəziyyətini yoxlayır.

İranın siyasi və hərbi rəhbərliyi də Bakıya qarşı ittihamlarını sərtləşdirir:

XİN sözçüsü Səid Xətibzadə “qardaşlıq mesajı” ilə yanaşı, “İsrailin mövcudluğu ilə bağlı” iddiasını yenidən gündəmə gətirir və “Tehran öz təhlükəsizliyi ilə bağlı zarafat etmir” deyir, bununla bağlı Bakıya məlumat verdiklərini açıqlayır.

İran XİN rəhbəri Abdullahian isə “Əl Menar” kanalına müsahibəsində “İsrailin varlığı ilə bağlı Azərbaycan rəsmilərinə xəbərdarlıq etdik” deyə bildirib.

İran öz iddialarını sübut edəcək hansısa məlumatı həqiqətənmi Bakıya verib?

Rəsmi Bakı müxtəlif səviyyələrdə Tehrana iddialarının arqumentini təqdim etmək çağırışı edib, lakin indiyə qədər İran tərəfi “qaranlıq otaqda qara pişik axtarmaq” prinsipi ilə dediklərini təkrarlayır. Dövlət Sərhəd Xidmətinin sonuncu açıqlaması da göstərir ki, İran tərəfindən irəli sürülən iddialarla bağlı Azərbaycana hansısa məlumat verilməyib. Tehran sadəcə danışır və gərginliyin davam etməsində, hətta yüksəlməsində maraqlı tərəf kimi çıxış edir.

Abdullahianın Bakıya səfəri də əslində gərginliyin azalmasından daha çox, “xəbərdarlıq” xarakteri daşıyacaq. Və səfərdən sonra İran “xəbərdarlığımızı etmişdik, məsuliyyəti biz daşımırıq” bəhanəsi ilə bölgədə olmayan hansısa “terrorçulara” qarşı hərbi təxribatlara gedə bilər.

DSX-nın İran tərəfinə rəsmi cavabında “Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır” qeydi bu kontekstdə təsadüfi deyil: Bakı mümkün təxribatları istisna etmir və buna qarşı hazırlığını görür.

Xəzər dənizi: Azərbayan Xəzərdə hərbi təlimlərə başlayır (11-13 oktyabr): məqsəd enerji infrastukrutunun müdafiəsidir; HDQ bu məqsədli təlimləri zaman-zaman keçirir, lakin regiondakı siyasi situasiya fonunda “enerji infrastrukturunun müdafiə edilməsi” zərurəti ikiqat artıb.

Ötən həftə İran donanmasının admiralı Əlirza Tanqsiri belə bir açıqlama vermişdi: “İran dəniz qüvvələri daha ayıq olmalı və hər an hərbi əməliyyata hazır olmalıdır. Düşmənlərimiz zəifdirlər, amma onları dəyərləndirməmək də olmaz”.

Bu gərginlik fonunda Azərbaycanın enerji infrastukrutunun müdafiəsini gücləndirilməsini Bakının Xəzərdə mümkün təxribatlara qarşı hazırlığı kimi qiymətləndirmək olar.

Xəzər Konvensiyasını təsdiq etməyən İrana dənizdə də gərginlik sərf edir.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

İsrail İrana raket zərbəsi endirdi
İsrail İrana raket zərbəsi endirdi
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Hamısı