Paşinyan yenə də Moskvaya aparıldı

Analitika 12:13 13.10.2021

Putinlə Paşinyanın Moskvada bu il sayca dördüncü görüşü baş tutdu. Görüş və orada masaya çıxarılan məsələlər haqqında hələ ətraflı məlumat verilməyib - Kütləvi informasiya vasitələrinə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşdən öncə verdiyi açıqlamalardan başqa.

Putin Paşinyana: “Biz sizinlə daim telefon vasitəsi ilə əlaqədəyik. Amma, əlbəttə şəxsi görüşlər lazımi nəticəni əldə etmək üçün daha da məhsuldar olur. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz rəsmi, qeyri-rəsmi şəraitdə danışacaq, birlikdə nahar edəcək, gündəlik məsələlərə toxunacaq, perspektiv haqqında fikir mübadiləsi aparacağıq. Hələ bu yaxınlarda MDB-nin sammiti olacaq, bu istiqamətdə və əlbətdə ki, bu gün üçün və uzunmüddətli perspektivdə regiondakı nizamlama prosesi ətrafında  sizinlə əqrəbləri tutuşdurmaq istərdim”.

Paşinyanın cavabı: “Bu, bizim bu il dördüncü görüşümüzdür. Hər şeydən öncə, məni Moskvaya dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Tez-tez baş verən belə görüşlər bizim münasibətlərin yüksək dinamikası və strateji müttəfiqlik münasibətlərinin zəruriliyini dərk etməyimizin sübutudur. Əlbəttə, bu gün bizim regionda və bütünlüklə dünyada dinamik proseslər baş verir. Diqqətəlayiqdir ki, müttəfiqlər tez-tez görüşüb müzakirə aparsınlar və sizin dediyiniz kimi əqrəbləri tutuşdursunlar. Təəssüf ki, bizim regionda vəziyyətin tam stabilləşməsi haqqında danışmaq mümkün deyil. Qeyd etdiyiniz kimi, Qarabağ münaqişəsi həll edilməmiş qalır. Aydındır ki, münaqişənin həll olunmasında və bizim regionda təhlükəsizliyin təmin edilməsində Rusiya mühüm rol oynayır. Sizinlə bütün bu gündəlikdə duran məsələləri müzakirə etmək imkanına görə şadam”.

İki ölkə rəhbərinin bir-birinə ünvanladığı bu qısa müraciətlərdən isə görüşün məzmunu barədə ilkin təəsüratlar götürmək mümkündür:

  • Görüş məhz Moskvanın təşəbbüsü ilə baş tutub və orada çox ciddi və ətraflı müzakirəsi tələb olunan məsələlər gündəlikdədir. Belə olmasaydı Putin Paşinyana onunla “nahar etmək” şansı verməzdi. “Rəsmi və qeyri-rəsmi şəraitdə söhbət aparmağa” işarə isə  Paşinyana özünü sakit aparmaq barədə xəbərdarlıq kimi başa düşülə bilər. Putinin qeyri-rəsmi leksionunda nələrin olduğu Paşinyana məlum olmamış deyil.
  • MDB-nin Sammitinin yada salınması orada da Ermənistanla bağlı mühüm məsələlərin müzakirə ediləcəyinə eyhamdır. Burada Ermənistanın Belarusun ardınca irəli çəkilməsindən söhbət gedə bilər.
  • Vladimir Putin regiondakı ümumi nizamlama prosesinə toxunur və bu halda Qarabağın adını çəkmir. Bu o deməkdir ki, Qarabağ məsələsi artıq Rusiyanı Ermənistan qədər ciddi maraqlandırmır və narahat etmir.
  • Paşinyanın Moskvaya Putin tərəfindən dəvət edildiyini vurğulaması Qərbdəki havadarlarına bir mesaj idi. O, öz xoşu ilə Putinlə görüşmək arzusunda olmadığını bildirmək istəyir və sanki, Rusiyanın caynağından qurtulmaq üçün yardım umur.

Qarabağ münaqişəsinin həll olunmaması fikrini irəli atmaqla və bu məsələnin Putinin də qeyd etdiyini deməsi Ermənistanın Baş nazirinin diqqəti digər məsələlərdən ayırmaq üçün manevr etməsi kimi də başa düşülə bilər. Bu həm də görüşə böyük ümidlə baxan erməniləri sakitləşdirmək üçün ona lazım idi.

Əlimusa İbrahimov 

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Hamısı