İlham Əliyev “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”

Analitika 11:42 14.10.2021

“İtaliyanın “La Repubblika” qəzetinə müsahibə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bundan əvvəlki digər xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr kimi həm xarici ölkə oxucuları, həm də respublikamızın vətəndaşları tərəfindən çox böyük maraqla qarşılandı. İlham Əliyev 44 günlük müharibə müddətində öz mühasibə və bəyanatları ilə insanları intizarda saxladığı kimi, qələbəmizin 1 illiyini qeyd etdiyimiz günlərdə də bir-birindən maraqlı çıxışları ilə xalqımızın gələcəyə inamını daha da artıran bəyanatlar səsləndirir.  

Amma İlham Əliyevin “La Reppublika” qəzetinə verdiyi müsahibə eyni zamanda  digər müsahibələrdən orada toxunulan məsələlər və onlara verilən cavablara görə fərqlənirdi.  

Bəs elə isə İtaliya qəzetinə verdiyi müsahibədə ən çox diqqətçəkən məqamlar hansılardır?

Rusiyanın sülhməramlı qüvvələri haqqında suala bəlkə də jurnalist daha fərqli cavab gözləyirdi. Amma Azərbaycan Prezidenti gözlənilənlərin əksinə olaraq sülhməramlıların fəaliyyətindən ciddi narazılığın olmamasını vurğuladı: “Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq”.

Azad olunmuş ərazilərə sərmayə qoyulub-qoyulmayacağı haqqında ilk baxışda çox qəribə səsləndi. Çünki işğaldan azad olunmuş torpaqlarda artıq ciddi tikinti, yenidənqurma işlərinin aparıldığını bilmək üçün Azərbaycandakı qəzet və saytlara ötəri nəzər salmaq kifayət edərdi. Amma növbəti sual İtaliyadan olan qəzetçinin əsl məqsədini ortaya qoydu. Onun növbəti sualı ölkəsinin yenidənqurma işlərinə cəlb olunması ilə bağlı idi. Deməli, müxbir əvvəlki sualı ilə növbəti sual üçün zəmin hazırlamışdı. Bu jurnalist tərəfindən çox maraqlı gediş idi. İlham Əliyevin İtaliya şirkətləri ilə bağlı məlumatı düşünürəm ki, bütün İtaliya vətəndaşları üçün maraqlı oldu. Onlar Azərbaycan simasında özlərinə yaxın olan dost və qardaş ölkəni bir daha kəşf etdilər: “İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz “Böyük Qayıdış”la bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd-təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.

İlham Əliyevin bu cavabı özlərini Azərbaycanın yanında görən bütün dost və qardaş ölkələrə müharibə zamanı bizi tək qoymadıqlarına görə həm də bir təşəkkür və minnətdarlıq mesajı idi. Amma əksinə, bizim qələbəmizdən narahat olan, Azərbaycanın regional dövlət səviyyəsinə addım-addım yüksəldiyini müşahidə etməyə təpər tapmayanlara bir ibrət dərsi idi. İlham Əliyev bu cavabla bundan sonra bədxahlarımıza qarşımızı kəsə biləcək bir qüvvənin olmayacağı haqqında xəbərdarlıq edirdi.

Əfqanıstanda baş verən hadisələr və Taliban hökuməti ilə gələcək münasibətlər haqqında sual və bu sual qarşısında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dedikləri də maraq kəsb edir. Bu cavabla İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlərdə hüquq prinsiplərinə riayət etməklə aparıcı dövlətlərlə eyni sırada dayandığını bir daha sübut etdi: “Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir. Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq. Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. Yeri gəlmişkən, Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, biz missiyamızı sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra edirdik. Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyl, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq”.

İranla bağlı verilən suala İlham Əliyevin cavabı hamı üçün çox maraqlı idi. Çünki, Azərbaycan Respublikası Prezidenti bu cavabla iki ölkə arasında davam edən qarşıdurmanın səbəbini açmalı, vəziyyətin hazırda hansı mərhələdə olduğunu göstərməli və qarşıdurmanın aradan qaldırılması üçün öz təkliflərini açıqlamalı idi. İlham Əliyev bu sualların hamısını özünəməxsus ciddiyyətlə əsaslandırdı. O, eyni zamanda İranda Azərbaycan Respublikasına qarşı düşmənçilik mövqeyi tutan qüvvələri sakitləşdirə biləcək ifadələrlə onları öz yerlərində oturmağa çağırdı. Otuz il ermənilərin yanında olduqlarından bir fayda görmədikləri kimi, bundan sonrakı əməkdaşlıqlarından da xeyir götürməyəcəklərini qonşu dövlətin rəsmi şəxslərinin diqqətinə çatdırdı. İranın yeni hakimiyyəti də düşünürəm ki, İlham Əliyevin ona ünvanlanan eyhamlarından lazım olan nəticəni götürəcək. Azərbaycan Respublikası Prezidenti İranla bağlı səsləndirdiyi fikirlərlə qonşu dövlətlərin arasında baş verən qarşıdurma zamanı əsl  dövlət başçısının özünü necə aparmalı olması barədə nümunə göstərdi. İlham Əliyevdən iki dəfə artıq hakimiyyətdə olan və özlərini müdrik dövlət xadimi adlandıranlar üçün bu davranış heç kimdən görmədikləri dövlətçilik dərsi idi: “Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi”.

Və nəhayət, “La Repubblika”nın nümayəndəsinin bir az ehtiyatla, bir az da tərəddüdülə Azərbaycan Respublikası Prezidentinə ünvanladığı son zamanlar az qala bütün xarici kütləvi informasiya vasitələrinin gündəmini zəbt edən “Pandora sənədləri” haqqında sual və bu sualın cavabında İlham Əliyevin dedikləri. İlham Əliyev burada da əvvəlki bəyanatlarında olduğu kimi qətiyyətli və əsaslandırılmış fikirlər ortaya qoydu, Azərbaycan Prezidenti, onun ailəsinə atılan çirkin böhtanın arxasında gizlənən əsl məqsədi açıb göstərdi: “Bilirsiniz, bu cür məsələlər məni çox illərdir müşayiət edir. Siyasi konyunkturadan asılı olaraq, Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır”.

Düşünürəm ki, “Pandora sənədlərində” adı keçən digər dövlət və ictimai xadimlər də İlham Əliyevin bu cəsarətli çıxışından sonra özlərinə qarşı yönələn böhtanların əsl mahiyyətini açıb göstərməkdə tərəddüd etməyəcəklər.

Müsahibənin sonunda Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlər Azərbaycan xalqına, onun başçısına  qarşı çirkin niyyətlərdə olan bədniyyətli qüvvələr üçün bir xəbərdarlıq, bir xatırlatma idi. Bu sözlər eyni zamanda  millətimizi daha da qürurlandıran, onu gələcəyə inamla baxmağa həvəsləndirən tarixi kəlmələr idi: “Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”.

Əlimusa İbrahimov

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB
09:53 28.03.2024
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
09:50 28.03.2024
III Dünya Müharibəsi başlanır? – Politoloq ŞƏRH EDİR
09:45 28.03.2024
Hamısı