Azərbaycana atəş açan görünməz əl Sülhü hədəf alan “snapyer”in sahibi kimdir?

Analitika 13:55 15.10.2021

“Azərbaycanda da Ermənistanla imzalanacaq sülh sazişi gündəmdədir. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə öz mövqeyini ifadə edib. Lakin maraqlısı ondadır ki, sülh sazişi xəbərlərinin yayıldığı bir vaxtda, ardıcıl şəkildə Azərbaycan-Ermənistan dövlət sərhədində, Kəlbəcər istiqamətində atəşkəs pozulur. 23 iyulda Ermənistan ordusu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid oldu. Düşməni susdurmaq üçün açılan atəş zərbələri nəticəsində isə 3 erməni hərbi qulluqçusu ağır yaralandı. Eyni istiqamətdə 24 və 25 iyul tarixlərində yenə atəş səsləri eşidildi”.

Bu fikirlər tərəfimizdən 26 iyul tarixində qeydə alınıb.

Gələk bu günə...

Eyni mənzərə eyni şərait. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti ilə ikitərəfli (Rusiyasız) görüş keçirməyə və sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev xarici mətbuata verdiyi açıqlamada bu görüşə hazır olduğunu bildirir. Son bir ay ərzində cəbhə xəttində atəşkəsə demək olar ki, tam riayət olunur. Paşinyan Türkiyə ilə diplomatik əlaqələri bərpa etmək üçün rəsmi addımlar atır. Qarabağda, Ağdərə istiqamətində bir neçə erməni postu boşaldılır. Daha sonra İlham Əliyev Suqovuşana səfəri zamanı müharibədəki məğlubiyyətdə tək Paşinyanın günahkar olmadığını, bütün məsuliyyətin əvvəlki prezident Serjk Sarkisyanın üzərində olduğunu qeyd edir. Və bununla da “Nə oldu Paşinyan?!” ritorikasından imtina edir. Ən əsası İran Azərbaycanla hava məkanını bağladığı bir zamanda Ermənistan hava məkanını Azərbaycanın sərnişin və karqo təyyarələri üçün açır.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin görüşü baş tutur. Yenə, Azərbaycan və Ermənistan mətbuatında yekun sülh sazişi ilə bağlı tərəflərin razılığa gəldiyi və qısa zamanda bu sülhün baş tutacağı iddiaları səsləndirilir. Və bu ərəfədə yenə atəş səsləri eşidilir...

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalır. Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Ordusunun Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnir. Xoşbəxtlikdən ölən və yaralanan olmur.

İnsidentdən bir gün sonra daha bir atəş – 14 oktyabrda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu istiqamətində yerləşən qanunsuz  erməni hərbi birləşmələrinin açdığı snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olur.

Qarabağdan atəş səsləri səngimir...  Ermənistanın ombudsmanı Arman Tatoyan Xocavənd rayonunun Yenikənd ərazisi yaxınlığında 2 erməninin öldürüldüyünü və 6 nəfərin də yaralı olduğunu təsdiq edir. O bildirir ki, şiddətli atışmalar davam edir (Azərbaycan Müdafiə Nazirliyi atəşin silahlı qüvvələrimiz tərəfindən açılması iddiasını təkzib edir).

Hər şey ortadadır. Nə zaman Azərbaycan və Ermənistan liderləri ikitərəfli sülh danışıqlarına başlamaqla bağlı açıqlama versələr sülhməramlıların nəzarətində olan ərazilərdə atəşkəs pozulur, ordumuz itki verir, cavab tədbirləri görülür, düşmən itki verir, nəticədə sülh danışıqları ritorikası “anti-terror” əməliyyatları ritorikası ilə əvəz edilir. Görünməz bir əl sanki Bakı və İrəvanın əl sıxışmasına imkan vermir, hər dəfə tərəflər bir-birinə doğru addım atanda atəş səsləri eşidilir. Və bu atəşlər sülh prosesinə açılan atəşlərdir.

Bəs bu görünməz əl kimin əlidir?

Əvvəla, onu qeyd edək ki, Ermənistan ordusu tam olaraq hökumətin nəzarətində olan və Paşinyanın komandası əsasında hərəkət edən bir qurum deyil. Üstəlik, Azərbaycana qarşı atəşi açan Ermənistan ordusu da deyil, Qarabağdakı qanunsuz hərbi birləşmələrdir. Bu hərbi birləşmələr Ermənistanın hərbi və maddi yardımları əsasında fəaliyyət göstərir. Qanunsuz hərbi birləşmələrin komandirləri arasında Ermənistan ordusunun zabitləri də var. Lakin bu hərbi birləşmələrdə xidmət edən “hərbçi”lərin çoxu Qarabağ ermənisidir. Qarabağ ermənilərininsə hələ də bir qismi Koçaryan-Sarkisyan tandeminin əmrlərinə tabedir. Qısası, Kremlinin əmrlərinə tabe olan Qarabağ klanı sülh prosesinə güllə atan qüvvələrdən biri sayıla bilər.

Həmçinin başqa bir versiyaya görə Qarabağda hələ də fəaliyyətini davam etdirən qondarma rejimin “prezidenti” Araik Arutunyan da “atəş əmri” verənlərdən biri ola bilər. Gəlin təsəvvür edək, sülh prosesi sonrasında Arutunyanı hansı aqibət gözləyir? Bu şəxs Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib və cinayətkar elan edilib. Həmçinin, bu gün Ermənistan hökuməti ilə birgə hərəkət etsə də, Paşinyanın sevmədiyi şəxsdir. Sülhün başlanması Arutunyan üçün həm də sonun başlanğıcıdır.

Görünməz əlin sahibi Moskva da ola bilər. Xüsusilə erməni ordusundakı agentura şəbəkəsinin varlığı istisna edilməyən Rusiyaya regiona nəzarət etmək üçün davamlı münaqişə vəziyyəti daha sərfəlidir. Sülhsə Moskva üçün Ermənistanı itirmək anlamına gəlir.

Bir neçə cümlə də sülh barədə...

Ümumiyyətlə, sülh Azərbaycanın nəyinə lazımdır? Dərhal Rusiyaya rəğmən anti-terror əməliyyatlarına başlayıb Qarabağın qalan hissəsini də azad etmək gərəkmirmi?

Bu suallar hazırda bir çox vətəndaşımızı düşündürür. Lakin rasional siyasətdə belə ucuz oyunlara girmək dövlət maraqları üçün “ayı xidməti”dir. Yəni, açıq-aşkar görünür ki, Azərbaycanın düşmənləri ordumuza qarşı təxribatlarla Ermənistanla müharibə aparmağımızı istəyir. Niyə düşmən hiyləsinə düşək ki?!

Azərbaycan diplomatik addımlarını davam etdirib, Ermənistanla sülh prosesinə bütün təxribatlara və maneələrə rəğmən start verməlidir. Çünki Ermənistanla sülh 30 illik münaqişənin sonu, Azərbaycan ərazi bütövlüyünün tanınması, Zəngəzur dəhlizinin açılması və Ermənistanın Azərbaycan-Türkiyə-Gürcüstan regional iqtisadi birliyinə inteqrasiyası mənasına gəlir.

Hələ 1918-ci ildə cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, cənubdan və şimaldan gələcək bütün təhlükələrdən xilas olmaq üçün azərbaycanlılar, gürcülər və ermənilər bir olmalı və qarşılıqlı əməkdaşlığı inkişaf etdirməlidirlər. Rəsulzadə bu sözləri deyəndə cümhuriyyət yeni elan edilmiş, mart soyqırımından heç bir il keçməmişdi. Rəsulzadənin dövlət ağlı, siyasi rasionallığı ona o çətin dövrdə bu fikirləri dedirtmişdi. Bu gün də onun sözləri aktualdır və dövlət maraqlı üçün əhəmiyyətli strateji düşüncə hesab edilməlidir. Azərbaycan və Ermənistan Rusiya təzyiqlərindən xilas olmaq, Qərb iqtisadi sisteminə inteqrasiya etmək və müstəqilliklərini genişləndirib, rifah səviyyələrini artırmaq istəyirlərsə bir-birilərilə sülhə məcburdular...

Paşinyan bunu çox gözəl dərk edir. Cəbhədə ötən gün baş verən gərginliyə və erməni hərbi birləşmələrinin itki verməsinə baxmayaraq Nikol Paşinyan bu gün MDB dövlət başçılarının zirvə görüşündə çıxış edərkən sülhdən danışıb. Azərbaycana Naxçıvan istiqamətində dəmir yolu və avtomobil yolu veriləcəyini bildirən Paşinyan hərbi əsirləri qaytarması müqabilində Bakıya işğaldan azad edilmiş rayonların mina xəritələrini verməyə də hazır olduğunu qeyd edib. Ermənistan Baş naziri həmçinin Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması üçün Minsk qrupu çərçivəsində danışıqlar prosesinin bərpasının vacib olduğunu da ifadə edib...

Nicat İsmayılov

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
Hamısı