Qarabağ erməniləri Rusiyanın girovuna çevriliblər Zərdüşt Əlizadə bölgədəki vəziyyəti dəyərləndirir

Analitika 16:20 15.10.2021

Ermənilərin son zamanlar Qarabağı kütləvi şəkildə tərk etmələri yenidən mediada gündəm mövzusu olub. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın calibre.az saytı regionda apardığı araşdırmalara əsasən, yerli ermənilərin Qarabağı tərk edərək Ermənistana köçdüyü barədə geniş videomaterial hazırlayıb. Süjetdə ermənilərin Azərbaycan ərazisində qalıb yaşamaq üçün imkan görmədikləri, taleləri ilə barışdıqları qeyd olunur.

Ermənilərin bunu təkzib etməsinə və Azərbaycanda bəzi dairələrin buna skeptik yanaşmasına baxmayaraq, Ermənistanın “Hraparak” qəzeti də bu məlumatı artıq təsdiq edib. Qəzet eyni zamanda önəmli məqama toxunaraq bildirib ki, ermənilərin sürətlə Qarabağı tərk etməsi Rusiya sülhməramlarını narahat edir.

Eyni zamanda, Qarabağda demoqrafik problem də yaşanır. Ermənilər özləri də etiraf edirlər ki, Qarabağda ailə quranların sayı kəskin şəkildə azalıb. Bu, həm ümidsizlik, həm də bölgədə yaşayan əhalinin sayının kəskin azalması ilə bağlı olaraq, Azərbaycan mənbələrinin “Qarabağda cəmi 25 min erməni var” bəyanatını dolayısı ilə təsdiq edir.

Ermənilər hansı səbəblər görə və hansı ağır şərtlər altında Qarabağı tərk etmək məcburiyyətində olurlar? Nəyə görə Rusiya sülhməramlıları ermənilərin Qarabağda azalmasından narahatçılıq keçirirlər?

Politoloq Zərdüşt Əlizadə EDNews.net-ə açıqlamasında bildirib ki, ermənilərin Qarabağı tərk etməsində təhlükəsizlik və sosial rifah faktorları dayanır. Politoloqa görə, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda ermənilər üçün normal həyat və gələcək yoxdur.

“Hansı millətdən olmasına baxmayaraq, hər bir insanın həyatı üçün önəmli olan iki məqam var. Bunlar təhlükəsizlik və sosial təminatdır. Ermənilər düşünürlər ki, bundan sonra onların həyatı təhlükə altında olacaq. Bundan sonra onların təhlükəsizliyi tam şəkildə təmin olunmayacaq. Ermənilər bunu Azərbaycan ordusunun Qarabağda mövcud olması ilə əlaqələndirilər. Ermənilər səhər yuxudan oyanıb görürlər ki, onlar Azərbaycan əsgərlərinin əhatəsi dairəsindədir. Bu da onları çox qorxudur. Ermənilər psixoloji problemdən yaxa qurtara bilmirlər. Onlar ömrü boyu türklərə qarşı nifrətdən yaşamağı üstün tutublar”, – deyə Əlizadə qeyd edib.

“Yaxın gələcəkdə yurd-yuvasından didərgin düşmüş əhali də öz torpaqlarına qayıdacaq. Nəticədə azərbaycanlıların sayı artacaq. Azərbaycanlı əhalinin əhatəsində yaşadıqca ermənilər daha da özlərini rahatsız hiss edəcəklər”,  o əlavə edib.  

Politoloq qeyd edib ki,  Qarabağda ermənilərin taleyi və həyatı Rusiya sülhməramlılarından aşlıdır: “Lakin sülhməramlıların bölgədə qalmaq müddəti beş ildir. Beş ildən sonra sülhməramlıların müddətinin yenidən uzadılması sual atlındadır. Sülhməramlıların müddəti uzadılsa belə, onlar burada əbədi və daimi qalmayacaqlar. Ermənistanın da onların təhlükəsizliyini himayə etməsi üçün artıq gücü və imkanı yoxdur”.

Qarabağda ermənilərin sosial rifahına toxunan Z.Əlizadə normal iş və sosial təminatın onlar üçün əsas prioritet olduğunu bildirib.  

“Müharibədən əvvəl Qarabağ erməniləri Ermənistanın hesabına yaşayırdırlar. Amma artıq bu imkan və şərait yoxdur. Çünki Ermənistanın özü pis gündədir. İndiki halda Hayastan fondu Qarabağ ermənilərinə yardım edir. Bu da əbədi deyil”, - deyə politoloq vurğulayıb.

“Bununla bərabər, Qarabağda ermənilər üçün heç münbit torpaqlar da yoxdur. Müharibədən qabaq ermənilər nəhəng ərazilərə sahib idilər. Onlar bu ərazilərdə əkirdilər və becərirdilər. Hətta, bəzi iddialara görə, torpaqlarını iranlılara da icarə verirdilər. Ağır məğlubiyyətdən sonra ermənilər Qarabağın 75 faizini itirdilər. Nəticədə münbit torpaqlar və kənd təsərrüfat yerləri əllərindən çıxdı. Qarabağda bundan sonra heç sənaye müəssisələri də qurmaq mümkün deyil. Ermənistanın özündə sənaye müəssisələri məhdud şəkildədir. Bütün bu iqtisadi və sosial səbəblər erməniləri bölgəni tərk etməyə məcbur edir”, deyə Əlizadə bildirib.

Politoloq Qarabağ ermənilərinin Ermənistanda sosial rifaha və əmin-amanlığa nail olmayacaqlarını bildirib. Ona görə ki, Ermənistanda ağır iqtisadi və sosial vəziyyət mövcuddur. Politoloq görə, Qarabağ ermənilərinin Ermənistanda iş tapmaq imkanları olmayacaq və onlar Rusiyaya üz tutacaqlar.

“Qarabağ erməniləri ən yaxşı halda öz mənzillərini azərbaycanlılara dəyər-dəyməzə və ya normal qiymətə satıb dinc şəkildə digər ölkələrə getmələridir. Azərbaycanın dövlət qurumları bu məsələ üzərində işləyə bilərlər. Xankəndində ASAN xidmət fəaliyyət göstərə bilər. Sovet vaxtı Xankəndində 12 min azərbaycanlı yaşayırdı. Azərbaycanlıların ora qayıtmaları üçün Azərbaycan hökuməti pul ayıra bilər. Azərbaycanlı sakinlər də həmin puldan istifadə edərək ermənilərin mənzillərini almaq imkanları olar”.

“Ermənilərin Qarabağı tərk etməsindən ən çox narahat olan Rusiya sülhməramlılarıdır. Sülhməramlılar Qarabağda erməniləri saxlamaqla Rusiyanın həmin bölgə üzrə təsir dairəsini qorumağa çalışırlar . Qarabağ erməniləri Rusiyanın girovudurlar. Əgər hər şey ermənilərən asılı olsa idi onlar çoxdan çıxıb gedərdilər”, - deyə o tamamlayıb.   

Yunis Abdullayev 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Hamısı