Liderlərə söylənilən həqiqət Prezidentin çıxışının izi ilə

Analitika 11:12 16.10.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edərək, müzakirələrin əvvəlində çıxış edib.

Prezidentinin tədbirdəki nitqi digər çixiş və müsahibələrindən həcminə görə fərqlənirdi. Amma bu kiçik həcmli çıxışda həm Azərbaycan- Ermənistan münaqişəsi, həm də regionda son dövrlər cərəyan edən proseslər haqqında çox ətraflı və diqqətəlayiq fikirlər səsləndirildi. Burada toxunulan hər bir məsələ haqqında saatlarla danışmaq mümkündür. İlham Əliyevin bu çıxışı bəlkə də yüzlərlə mütəxəssisin iştirakı ilə keçirilən böyük beynəlxalq konfransa təqdim olunan tezislərə bərabər idi.

Azərbaycan Prezidenti toplantı iştirakçılarına müraciət edərək təfərrüata varmadan bir illiyini qeyd etdiyimiz müharibə haqqında məlumat verdi və bildirdi - Azərbaycanın 44 günlük müharibəsi haqqında qarşı tərəf və onun havadarlarının nə və necə fikirləşməsindən asılı olmayaraq “Dağlıq Qarabağ münaqişəsi” keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. İlham Əliyev revanşist ideyalarla yaşayan qüvvələrin daha ciddi uğursuzluqlara düçar olacaqları barədə xəbərdarlığı bu müraciətin əsas leytmotivini təşkil edirdi.

Ermənistanın minalı ərazilərin xəritələrin Azərbaycana təqdim etməsini ləngitməsi və bu ləngitmənin nəticəsində yüzlərlə Azərbaycan vətəndaşının həlak olması və xəsarət alması tədbir iştirakçılarının diqqətinə çatdırıldı: “Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir”.

İşğaldan azad olunmuş ərazilər haqqında verilən məlumatla erməni vandalizminin yaratdığı vəziyyət əyani sübutlarla MDB ölkələri dövlət və hökumət başçılarının müzakirəsinə buraxıldı. Tədbirdə iştirak edən dövlətlərin heç şübhəsiz ermənilərin törətdiyi vəhşilik və qəddarlıqlar haqqında məlumatları var idi. Çünki Azərbaycan dövləti bu ərazilərə dəfələrlə xarici ölkə nümayəndələri və səfirliklərin işçilərinin səfərlərini təşkil etmişdi. Amma Azərbaycan Prezidentinin təqdim etdiyi məlumatlar daha təsirli idi və birbaşa dövlət rəhbərlərinə ünvanlanmışdı. Erməni cəlladları bu inkaredilməz sübutlardan müdafiə olunmağa, öz vəhşiliklərinə haqq qazandırmağa hələ uzun illər bundan sonra da söz tapa bilməyəcəklər. Onların bu hərəkətləri təkcə Azərbaycan xalqına qarşı deyil, bütün İslam dünyasına, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir.

Amma Ermənistanın Azərbaycana qarşı bu hərəkətləri həyata keçirərkən tək olmaması, yaxın hesab etdiyimiz və eyni dindən olan qonşumuzun bu talançılıq işində erməni cəlladlarına kömək etməsi bizim hiddətimizi daha da artıran əsas məsələlərdən biridir. Əgər onlar 30 il ərzində işğal olunmuş ərazilərin talan olunmasında ermənilərə yardım etməsəydilər, vəziyyət bəlkə də bir qədər fərqli olardı, indi biz ən azından bu qədər acınacaqlı mənzərənin şahidi olmazdıq. Eyni zamanda özünü dünya müsəlmanlarının müdafiəçisi adlandıran bir dövlətin adı İslam düşməni olan Ermənistanla eyni səviyyədə çəkilməzdi: “Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”.

İşğal altında olan ərazilərimizdəki məscidlərimizin başına gətirilən oyunların İslam dövlətləri tərəfində, xüsusən özünü Ermənistanın himayədarı hesab edən İran tərəfindən heç nə olmamış kimi qəbul edilməsi hər bir İslam ölkəsinin, müsəlmanın ciddi reaksiyasına səbəb ola biləcək bir faktdır. Dünyanın heç bir ölkəsində məscidlərə qarşı heç bir digər din nümayəndələri belə şərəfsizlik etməyib. İslam dini abidələri dünyanın heç bir yerində ermənilərin etdiyi kimi donuz saxlanan tövləyə çevrilməyib. Çünki donuzun məscidə salınması İslam dinində müsəlmanlara qarşı yönəlmiş ən böyük təhqir hesab olunur. Bu hərəkəti edənlər gec-tez cavab verəcəklərinin fərqindədirlər. Amma bu işi törədənlərə  müsəlman dövlətinin sadəcə durub tamaşa etməsi, heç bir reaksiya verməməsi məntiqlə izah edilə bilmir. İran dövlət rəsmiləri və din xadimləri İlham Əliyev və Azərbaycan siyasətçilərinin bu ölkə haqqında söylədikləri bütün ifadələrə mikroskop altında baxır, onları öz mənafeləri baxımda izah edir və cavablandırırlar. Amma ermənilərin donuzları məscidlərə salması faktına  qiymət verməyi unudurlar və üstündən keçirlər. Çünki bunlar ciddi dəlillərə əsaslana faktlardır və bu faktlara göz yuman müsəlman dövləti belə həmin əməlləri törədənlərlə eyni məsuliyyət daşıdığının fərqindədirmi görəsən: “Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər”.

Azərbaycan tərəfində İranın təkcə işğal altında olan ərazilərimizdəki şəhər və kəndləri dağıtmaqda ermənilərə yardım etməsi barədə deyil, daha ciddi, bütün dünyanı düşündürən cinayətlərdə əlbir olması haqqında da yetərli faktlar var. Bu da bütün dünyanın qarşısını almağa çalışdığı, amma hələ ciddi nailiyyətlər əldə edə bilmədiyi narkotrafikdir: “Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Görəsən İran tərəfi Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi bu sübutların qarşısında deməyə söz tapacaqmı? Görəsən Avropa ölkələri bu fakta görə İran və Ermənistandan izahat tələb edəcəkmi? Fransa öz millətini narkotiklə zəhərləyən Ermənistana himayədarlığını eyni qaydada davam etdirəcəkmi?

Düşünürəm ki, İranın cavabı bu işi də “özəl şirkətlərin həyata keçirməsindən” başqa heç nə olmayacaq. İstənilən halda, Azərbaycan Respublikası Prezidentinin qaldırdığı bu məsələlər dünya müsəlmanları və qeyri müsəlmanlar düşündürməyə və ciddi diqqət yetirməyə məcbur edən faktlardır və biz ümid edirik ki, məhz belə də olacaq.

Azərbaycan Respublikası Prezidenti çıxışının sonunda Ermənistanla münasibətlərin qurulması istiqamətində bütün səviyyələrdə danışıqlara hazır olduğumuzu bir daha vurğulayaraq dedi: “Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.

Əlimusa İbrahimov

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Hamısı