Hörmət qoyuruq, hörmət də tələb edirik

Tehran xarici siyasət kursunda naqislikdən çıxış edir, Azərbaycana və digər qonşularına qarşı aqressivlik nümayiş etdirir. İranın daxili və xarici siyasətində ciddi islahatlara ehtiyac var.

Analitika 19:36 16.10.2021
İranın Azərbaycana qarşı davranışındakı qeyri-səmimilik, iki ölkə arasındakı münasibətlərin gələcək vəziyyəti yerli medianın, həmçinin beynəlxalq mətbuatın gündəmini zəbt edən siyasi mövzulardan biridir. Məhz bu səbəbdən İtaliyanın "La Repubblica” qəzetinin əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə götürən zaman cənub qonşumuzun davranışlarına da toxunub, bununla bağlı dövlət başçısına sual ünvanlayıb, Bakının bundan sonra atacağı addımlarla maraqlanıb.
 
 
Prioritetimiz qonşu ölkələrlə münasibətlərdir
 
Prezident İlham Əliyev İranın İsrail-Azərbaycan münasibətlərini bəhanə etdiyini, ölkəmizin xarici siyasətinin çox açıq, şəffaf, sabit və müstəqil olduğunu diqqətə çatdırıb. Bildirib ki, heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Onun sözlərinə görə, qərarlar Bakıda, Azərbaycanın milli maraqları əsasında, dövlət başçısı tərəfindən verilir. Prezident deyib ki, əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, belə cəhdlər boş çıxıb, bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir: "Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. …Biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”.
 
 
Birinci şəxsin dilindən verilən ikinci bəyanat
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə danışan politoloq Sədrəddin Soltan deyib ki, İtaliya nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər İranla bağlı açıq və üstüörtülü şəkildə birinci şəxsin dilindən verilən ikinci bəyanatdır. Onun sözlərinə görə, birinci bəyanatında rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində kimin nə işlə məşğul olmasına dair rəsmi Bakıda dəqiq məlumatların olması öz əksini tapıb. S.Soltan bildirib ki, bu, qonşuluq prinsipləri nəzərə alınaraq diplomatik və mədəni şəkildə İrana edilən xəbərdarlıq olub: "44 günlük Vətən Müharibəsində İranın Ermənistana etdiyi yardımlar rəsmi Bakıya məlumdur. Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib ölkənin rəhbəri kimi əvvəllər bu məsələnin üzərinə çox getmədi, qonşumuzla münasibətlərimizin gələcəyini düşünərək vəziyyətin gərginləşməsini istəmədi. Onsuz da İranın göndərdiyi yardımlarla birlikdə Ermənistan məğlub edilmişdi. Lakin sonrakı müddətdə rəsmi Tehran Azərbaycan Prezidentinin diplomatik, ağayana davranışından düzgün nəticə çıxarmadı. İran bütün hədləri aşaraq qonşuluğa, dostluğa, din qardaşlığına yaraşmayan addımlar atdı, saxtakarlığa yol verdi, hətta Azərbaycanın ünvanına ittihamlar səsləndirdi”.
 
 
Beynəlxalq hüququn prinsiplərinə görə…
 
Politoloq söyləyib ki, qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünə də eyni qaydada hörmətlə yanaşılmasını tələb edir: "Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən Gorus-Qafan yolunun bir hissəsi ölkəmizin ərazisindən keçir. Yolun bu hissəsindən istifadə edən tərəf, təbii olaraq, Azərbaycandan icazə almalı, bizimlə hesablaşmalıdır. Amma İran bunu etmək istəmir, sanki Azərbaycanla hesablaşmağı özünə rəva bilmir. Azərbaycan ərazisindən tranzit kimi yararlanan İranın yük avtomobilləri qanuni şəkildə gömrük rüsumu ödəməli deyil? Digər tərəfdən, Azərbaycanın xarici siyasətini, hansısa xarici ölkə ilə münasibətlər qurub-qurmamağını İran müəyyən etməlidir? Azərbaycanda milli dövlətçiliyin yaranmasında İranın hansısa rolu olubmu? Yoxsa müstəqilliyimizi yenidən bərpa edəndə İran Azərbaycana dəstək verib? Beynəlxalq hüququn prinsiplərinə görə, hər bir dövlət istənilən ölkə ilə münasibətlər qurmaqda sərbəstdir. Bu, onun suveren hüququdur, daxili işidir. Bu nöqteyi-nəzərdən İranın Azərbaycan-İsrail münasibətlərini bəhanə gətirməsi beynəlxalq hüququ pozmaqdır, ölkələrin müstəqilliyinə, suverenliyinə hörmətsizlikdir, dövlətimizi təhdid etməkdir”.
 
 
Qonşulara qarşı aqressivlik
 
S.Soltanın sözlərinə görə, İran öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır: "İran öz Konstitusiyasının tələbini kobud şəkildə pozaraq müsəlman ölkəni - Azərbaycanı müdafiə edənləri təqib edir. İrandakı azərbaycanlılar Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünə dəstək verdikləri üçün təqib və təzyiqlərə məruz qaldıqları halda, Fələstini müdafiə edən iranlılar təqdir edilir. İranın belə ikili yanaşması təəssüf doğurur. Bütün bu reallıqlar fonunda Prezident İlham Əliyev İtaliya mətbuatına müsahibəsində dilə gətirdiyi fikirlərlə İran hakimiyyətinə yerini göstərib. Onlara mesaj verib ki, Azərbaycan müstəqil dövlətdir, heç kimin kiçik qardaşı deyil, xarici siyasətini yalnız milli-dövlətçilik maraqlarına uyğun qurur. Azərbaycan İranla ortaq tarixə, mədəniyyətə və dinə malik olan qonşu ölkədir. İranda 30 milyona yaxın azərbaycanlı yaşayır. Xarici siyasətimizdə bu amillər mütləq nəzərə alınır, İranla xoş münasibətlərin saxlanması hədəflənir. Lakin rəsmi Tehran xarici siyasət kursunda naqislikdən çıxış edir, Azərbaycana və digər qonşularına qarşı aqressivlik nümayiş etdirir. İranın daxili və xarici siyasətində ciddi islahatlara ehtiyac var”.
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
Hamısı