Şübhəsiz bu gün həqiqət parıldadı Müstəqilliyə gedən qanlı və məşəqqətli yol...

Analitika 16:46 18.10.2021

Biz müstəqil Azərbaycan uğrunda mübarizə aparırıq - Həqiqət günəşinin istiqlal səmamızda parladığı gün

Bu gün, 18 oktyabr, Azərbaycan Respublikasının Müstəqilliyin Bərpası Günüdür. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə öndərliyində qəbul edilən istiqlal və müstəqillik, 74 il sonra bərpa edildi. 1992-ci il 18 oktyabrda ağır, məşəqqətli bir prosesin sonunda Azərbaycan Ali Soveti “Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”  qəbul etdi.

Düzdür, proses daha çox qlobal xarakter daşıyırdı. Keçmiş müttəfiq respublikalar sözügedən müstəqilliyə SSRİ dağılması ilə avtomatik olaraq nail olmuşdular. Məsələn, dünyanın ən çox qaz ehtiyatlarına malik 4-cü ölkəsi olmasına baxmayaraq hazırda diktatura rejimi ilə idarə olunan və milli sərvətləri ruslar və çinlilər tərəfindən talan edilən Türkmənistan, Rusiyanın cənub sərhədi hesab edilən Tacikistan, 2000-ci illərin əvvəllərinə qədər Rusiyanın bir əyalətinə bənzəyən Qazaxıstan, Primakova xoş getməz deyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmaqdan imtina edən, ancaq İslam Kərimov öldükdən sonra müstəqil siyasət yürütmək imkanına sahib olan Özbəkistan, Qərbin və Rusiyanın əlində o baş-bu başa dığırlanan Qırğızıstan, “Maydan hərəkatı”na qədər qədim rus torpağı sayılan Ukrayna, bu gün də Rusiyaya birləşməsi gündəmdə olan Belarus da Azərbaycanla birlikdə müstəqillik əldə etmişdi. Lakin göründüyü kimi onların heç biri illər boyu Azərbaycan qədər müstəqil ola bilmədi.

Buna səbəb, onlardan fərqli olaraq Azərbaycanın SSRİ-dən çıxmasının  təbii bir geosiyasi hadisə deyil, əksinə, bir milli mübarizənin nəticəsi olmasıdır. Bizi bir çox post-sovet respublikalarından ayıran dəyər 20 Yanvar hadisələri və Meydan hərəkatıdır.

Bu hərəkatın liderlərindən biri olan Əbülfəz Elçibəy hələ 1989-cu ildə Türkiyənin məşhur jurnalisti Mehmet Əli Biranda vediyi müsahibədə müstəqil Azərbaycanın nəzəri modelini izah edib. Bir azərbaycanlı ziyalı, bir hərəkat lideri digər sovet respublikalarında (Pribaltika ölkələri istisna olmaqla) müstəqillik sözünün hərfi mənasının dərk edilmədiyi bir vaxtda müstəqil Azərbaycanın qurulacağından danışıb.

Bu tarixi müsahibəni müstəqilliyimizin 30-cu ilində sizlərə təqdim edirik:

- M.Ə.Birand: Sayın Elçibəy, Xalq cəbhəsi nə istəyir?

- Xalq cəbhəsinin ilk istəyi və tələbi demokratiyadır. Demokratiya olmadan heç nə ola bilməz. Biz istəyirik ki, yaşadığımız məmləkətdə vətəndaşlar azad yaşasınlar, azad hərəkət etsinlər. Burada hüquqi bir dövlət qurulsun. Biz də bu hüquqi dövlətin imkanlarından müasir demokratiya prinsipləri çərçivəsində istifadə edək. Xalqımıza bir fayda verək. Xalq cəbhəsi ilk olaraq bunu istəyir. İkincisi Azərbaycan xalqının çox ciddi sosial problemləri var. Xalqımız öz qonşuları ilə sərbəst  əlaqələrdən məhrumdur. Biz demokratik quruculuqla bu problemləri həll etmək istəyirik. Üçüncüsü, biz Azərbaycanın bütövlüyünü, birləşməsini istəyirik.

- Harayla birləşməsini istəyirsiz?

- Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsini arzu edirik. Əvvəlcə, güneydəki soydaşlarımızla mədəni və iqtisadi əlaqələr qurmaq istəyirik. Quzeydə və Güneydə yaşayan milyonlarla azərbaycanlı uzun illərdir öz qohumlarını, tanışlarını, soydaşlarını görə bilmirlər. Biz bu problemi həll etməyə çalışacağıq ki, bu qəriblik tamamilə aradan götürülsün. Dördüncü tələbimizsə qonşularımızla sərbəst ticari və siyasi əlaqələr qurmaqdır. Azərbaycan SSRİ məkanında yeganə dövlətdir ki, qonşuları ilə əlaqələr qurmaq azadlığından məhrumdur.

- Siz, müstəqil Azərbaycanmı qurmaq istəyirsiz?

- Bəli, mən müstəqil və bütöv Azərbaycan uğrunda mübarizə aparıram.

- SSRİ-dən ayrılmağımı planlaşdırırsız?

- Lazım gəlsə bəli. Əgər belə davam edərsə Azərbaycan xalqı ayağa qalxacaq və SSRİ-nin tərkibindən çıxıb, müstəqilliyini elan edəcək. Artıq nə olursa olsun, xalq bunu istəyir. Əgər bu dövlətdə (SSRİ-də) bizim hüquqlarımız, suverenliyimiz qorunmursa, torpaqlarımıza, xalqımıza qəsd edilirsə onda biz SSRİ-dən ayrılmayıb nə edəcəyik?!

- Bəs siz necə bir müstəqil dövlət qurmaq istəyirsiz, ordusuyla, pul vahidi ilə tam bir müstəqil dövlətmi?

- Bəli, bəli. Hər bir detalına qədər müstəqil olan bağımsız Azərbaycan.

- Bəs müstəqil Azərbaycanın prinsipləri nələr olacaq? Yəni, sekulyarmı olacaq, şəriət dövlətimi olacaq?

- Xeyr, xeyr, sırf demokratik, sekulyar bir dövlət olacaq. Müasir Avropa demokratiyasının prinsiplərindən faydalanacağıq. Əsas da bizim üçün nümunə Türkiyə modelidir. Biz Atatürkün qurduğu sistemi götürüb ölkəmizdə tətbiq etməliyik. Bazar iqtisadiyyatlı, sekulyar bir sistem qurmağı hədəfləyirik.

- Moskvadan qorxmursunuzmu?

- Moskvadan nə üçün qorxmalıyam, mənə nə edə bilər Moskva?! Həbsəmi atacaq, onsuz da 3 dəfə həbs edilmişəm, bir 5 dəfə də edilsəm eybi olmaz...(Gülərək cavab verir)

- Kreml hərbi müdaxilə edə bilməzmi?

- Niyə etsin? Xalq nə edib ki, ona qarşı hərbi güc tətbiq edəcəklər? Xalq sivil qaydada demokratik tələblərini irəli sürür. Qorbaçov deyir ki, dövlət demokratikləşib, biz də demokratiyanı bu cür anlayırıq və haqlı tələblərimizi irəli sürürük.

Elçibəy sonuncu fikrində yanıldı. SSRİ 1990-cı ilin 20 yanvarında müstəqillik tələb edən Azərbaycan xalqına göz dağı vermək üçün paytaxt Bakıda və regionlarda böyük bir qətliam törətdi və dinc sakinlər şəhid oldu. Azərbaycan bu və digər istiqlal şəhidlərinin qanı, canı bahasına müstəqil oldu. Yalnız bu istiqlal mübarizəsi onun müstəqilliyini əbədi və mənalı etdi. Azərbaycan digər post-sovet respublikaları kimi rəsmi Moskvanın marionetkası olmadı, azad və vüqarlı bir müstəqil məmləkətə çevrildi.

Nə deyirdi Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə? Deyirdi: “Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq!”

18 oktyabr Məhəmməd Əmin Rəsulzadənin müjdələdiyi həqiqət günəşinin istiqlal səmamızda parladığı gündür və böyük bayramdır. Biz 18 oktyabr 1992-cı ildə babalarımızın 1918-ci il 28 may tarixində yoxdan var etdiyi müstəqil dövləti bərpa etdik. Biz 114 min kv. kilometr əraziyə sahib olan həmin dövlətin varisləriyik! onun varisləriyik!

Müstəqilliyimiz uğrunda mübarizə aparan, can alan, can verən hər bir həmvətənimiz qarşısında baş əyirik.

Bayramınız mübarək!

Nicat İsmayılov

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı