Səmada savaş: F-35-lə Su-57 arasında kəskin rəqabət Türkiyə hansını seçəcək?

Analitika 15:53 20.10.2021

Türkiyənin hərbi sahədə gündən-günə güclənməsi böyük dövlətlər arasında da rəqabət hissini artırıb. Daha çox alıcı qismində nəzərləri özünə çəkən Türkiyə Rusiya ilə ABŞ arasındakı qısqanclığı daha çox qırıcı təyyarələr sahəsində gündəmə gətirib. 

Ötən gün ABŞ-a məxsus F-16 qırıcı təyyarələri ilə Rusiyanın Su-57 təyyarələrini müqayisəli şəkildə müzakirə edən rusiyalı hərbi ekspert İqor Korotçenko ABŞ-ın Türkiyəyə F-35 əvəzinə F-16 təklifini bu ölkəyə layiq olmayan bir təklif kimi dəyərləndirib. Ekspert bunu hətta Türkiyəyə qarşı bir hörmətsizlik adlandırıb. Onun sözlərinə görə, funksiya baxımından F-35-lər F-16-ları xeyli geridə qoyub. 

İqor Korotçenko eyni zamanda, F-35-lərin Rusiyaya məxsus Su-57-lərdən kütlə və funksionallıq baxımından aşağı səviyyədə olduğunu bildirib və deyib ki, Türkiyə Su-57-ləri almaqla Avropada super gecə çevrilə bilər. Ekspertin fikirləri daha çox rəqib tərəfin məhsulunu gözdən salmağa bənzəsə də, müqayisə maraqlıdır.

EDNews.net hərbi ekspertlərin rəylərini araşdıraraq, həmçinin Türkiyənin sonda hansı təyyarəyə üstünlük verəcəyi barədə ekspertin şərhini alıb.  

ABŞ və NATO ekspertlərinin fikirlərinə görə, F-35-lərlə Su-57-lər arasında bir çox müqayisə ediləsi cəhətlər var. Bu müqayisə F-35-lərin həqiqətən də bəzi parametrlərdə Su-57 təyyarələrindən funksionallıq cəhətdən aşağı səviyyədə olduğunu göstərir. Məsələn, ekspertlərin fikrincə bunlardan ən başlıcası F35-lərin zəif silahlanması, qısa mənzilli uçuşu və ən başlıcası isə hücum zamanı Su-57-lərə nisbətən hədəfdən zəif yayınmasıdır. 

ABŞ hərbi ekspertləri də Su-57-ləri xarakterizə edərək onun bəzi zəif tərəflərini göstərməyə çalışıb. Bunlardan biri Su-57-lərin səs sürətindən yüksək uçuşa malik olmalarına baxmayaraq, radardan yayına bilməməsidir.

Bəs Su-57-lərin üstünlükləri nədir?

Five Southeast Asian nations are considering acquiring the Su-57 fighter -  Air Data News

İsveçrədə yaşayan hərbi ekspert, akademik Viktor Kozulin Su-57-lərlə F-35 qırıcı təyyarələri arasında maraqlı bir müqayisə apararaq yeni texnoloji üstünlüyə malik hər iki təyyarənin özəlliklərindən bəhs edib. Onun fikirlərinə görə, inkişaf etmiş aerodinamik dizaynı və təkan vektorunu idarə etmək qabiliyyəti ilə Su-57-lər, səsdən sürətli uçuş qabiliyyətinə və erqonomik idarəetməyə böyük əhəmiyyət verir. Bundan əlavə, o qeyd edir ki, Amerika raketləri hədəf seçdiyi Su-57 istiqamətində uçarkən, pilotun uzun məsafələrdən raket buraxılışlarını izləyə bilən yeni bir radarın köməyi ilə zərbələrdən uzaqlaşmaq üçün kifayət qədər zaman əldə etməsi mümkündür. O həmçinin, F-35 qırıcı təyyarəsinin xüsusiyyətlərindən də bəhs edərək, onun konsepsiyasının düşmənin təyyarəsini aşkar etməzdən əvvəl hücumu təmin etmək məqsədi daşıdığını deyib.

Rusiyalı aviasiya mütəxəssisi Dmitri Smirnov da eyni fikirləri paylaşıb. O qeyd edib ki, ABŞ-da gizli texnologiyanın daim dəyişməsi həmin texnologiyanın F-35 də daxil olmaqla yeni təyyarələrdə istifadəsinin həcminin azalmasına səbəb olub. Ekspertin maliyyə baxımından da yanaşmasına görə, bu tip təyyarələr taktiki xüsusiyyətlərinin aşağı olmasına baxmayaraq hədsiz baha başa gəlir. Dmitri Smirnov müqayisə üçün qeyd edib ki, bir ədəd F-35 qırıcı təyyarəsi 100-120 milyon dollara başa gəldiyi halda, SU57 sadəcə 35-40 milyon dollar təşkil edir. 

Bütün bu müqayisələrə baxmayaraq 5-ci nəsil qırıcıların (həm F-35, həm də Su-57) tam imkanları barədə hələ də etibarlı məlumat yoxdur.

Bəs Türkiyə bu müqayisələrə baxmayaraq hansı qırıcı təyyarəni öz arsenalı siyahısında görməyə üstünlük verəcək? 

Adının çəkilməsini istəməyən türkiyəli sabiq yüksək rütbəli hərbçi Türkiyənin seçimini belə xarakterizə edib: 

“Türkiyə əslində bütün investisiyasını F-35 proqram layihəsinə yönəltmişdi. Bu qədər xərclərə baxmayaraq Türkiyə bunun müqabilində ABŞ tərəfindən dəyərindən aşağı olan F-16 təklifi ilə üzləşir. Buna baxmayaraq, Qərblə tellərini qırmaq istəməyən Türkiyə F-16-dan da vaz keçmək niyyətində deyil. Həm də Türkiyə üçün istər Su-35, istərsə də Su-57-lərə sahib olmaq həm qiymət, həm də şərait baxımından hər zaman mümkündür. Bu, alternativ olaraq Türkiyə üçün “B” planı kimi qalmaqdadır. Hesab edirəm Türkiyə üçün əsas məsələ bir NATO üzvü olaraq səmada “qərbli” rəqiblərdən geridə qalmamaqdır” deyə ekspert vurğulayıb.  

Elnur Ənvəroğlu 

 
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Hamısı