Erməni terrorçuların qaytarılmasının pərdəarxasında Laçın dəhlizi məsələsi durur Yeganə Hacıyeva

Analitika 17:47 20.10.2021

Ötən gün Azərbaycan Bakıda saxlanılan daha 5 erməni diversantı qarşı tərəfə təhvil verib. Proses Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub. Bildirilir ki, rəsmi Bakı bununla İrəvanın son zamanlar sülhə meyllənən cəhdlərinə qarşılıq verib. Sonuncu dəfə sentyabrın 7-də Azərbaycan Ermənistana 2 ermənini təhvil vermiş, əvəzində isə Cəmil Babayev ölkəmizə qaytarılmışdı.

Bəs Azərbaycan Ermənistana qarşı bu jestinin əvəzində nə əldə edir?

Qeyd edək ki, Ermənistan ölkəyə qaytarılmış hərbçilərin "əsir" olduğunu bildirir. Azərbaycan ölkədə "hər hansı əsir olmadığını, sözügedən ermənilərin müharibənin bitməsindən sonra ölkəyə daxil olduğunu və onların antiterror əməliyyatı zamanı saxlanıb məhkəmədə mühakimə edildiyini" deyir.

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva EDNews.net-ə açıqlama verib.

Y. Hacıyeva qeyd edib ki, erməni diversantların növbəti qrupunun Ermənistana qaytarılması prosesi baş tutdu: “Adəti üzrə bu kimi aktlarla bağlı mediada gedən, gözlə görünən müqabillər olur. Biz diversantları qaytarırdıq, onlar xəritəni verirdilər və s. Bu dəfə isə diversantların qarşılığında nə əldə edəcəyimiz Azərbaycanda hər bir siyasi aktiv vətəndaşı düşündürür. Əlbəttə, bunun ətrafında geniş spekulyasiyalar olur. Bizə elə görünə bilər ki, Azərbaycan tərəfi erməni terrorçuları qaytarsa da, qarşı tərəf heç nə etməyib. Amma bu belə deyil. Rus sülhməramlıların yeni rəhbəri olsa da, bu qaytarılma prosesinə yenə də Muradov rəhbərlik edib. Hər nə qədər ictimaiyyətə görünməsə də Azərbaycan tərəfinin qaytardığı diversantlar müqabilində Ermənistan tərəfi də haqqını ödəyir”.

Ekspert bildirib ki, həmçinin erməni diversantların müqabilində Ermənistan tərəfinin atacağı addımlar var: “Məsələ ondadır ki, bu terrorçuların Ermənistan tərəfinə verilməsi müqabilində Şuşanın ətraf kəndləri və Laçın şəhərinin Azərbaycana qaytarılması ilə bağlı məqamlar var. Laçın şəhərinin ümumiyyətlə Ermənistana və Qarabağa aidiyyatı olmasa da, Rusiya sülhməramlıları Qarabağın etnik erməni əhalisinin müdafiəsi istiqamətində, onların hərəkətliliyinin təmin olunması və s. üçün bu ərazidəki dəhlizdən istifadə edirlər. Laçın şəhəri hələlik koridorun olduğu əraziyə düşür. 10 noyabr razılaşmasının elan edildiyi gün Azərbaycan Prezidenti qeyd etdi ki, ikinci bir yol çəkiləcək və keçid üçün yeni yoldan istifadə olunacaq. Beləliklə, Laçın şəhərindən keçən koridor ikinci yola keçəcək və Laçın şəhəri azərbaycanlılara qaytarılacaq. Əlbəttə, o zaman bu prosesin uzunmüddətli bir proses olması haqqında istər daxildə, istərsə də xaricdə mesajlar verdilər. Məlumata görə, konkret olaraq erməni diversantların qaytarılması müqabilində Şuşanın ətraf kəndləri və Laçın şəhərinin Azərbaycana qaytarılmasıyla bağlı Ermənistan tərəfi müəyyən addımlar atıb. Bu haqda açıq danışılmasa da, bu məqamlar var”.

Y. Hacıyeva qeyd edib ki, 10 noyabr razılaşmasında yazılı bəndlərdən başqa, həm də yazılı bəndlərin həyata keçirilməsi üçün bünövrəni formalaşdırmaq üçün yazılmamış şifahi razılaşmalar var: “Onlardan da biri delimitasiya və demarkasiya məsələləri daxilində Qazaxın kəndləri və ətraf zonası, Naxçıvan rayonunun Sədərək və Kərki kəndi və ətraf ərazilərin Azərbaycana qaytarılmasıdır. Xüsusi bir məqam da var. Məsələn, Ermənistan tərəfindən bu günə qədər də eşidirik ki, biz Zəngəzurdan yolu açırıq, amma dəhliz vermirik. Bu o deməkdir ki, Azərbaycan da dəhliz mərhələsində - Laçın dəhlizi məsələsində addımlar atacaq. Tikilən ikinci yol ilə sadəcə yol aça bilərik, amma dəhliz verməyəcəyik. Və zatən proseslər Laçın şəhərini dəhlizdən çıxarır. Yəni onlar Azərbaycana qaytarılmalıdır. Bu istiqamətdə Ermənistan tərəfi iki addım atır. Bir, daxildəki dirənişi söndürmək üçün Azərbaycan tərəfinin mövqeyini istəmədən təsdiqləyir ki, Zəngəzurdan dəhliz yoxdursa, Laçından da yoxdur. Bu o deməkdir ki, sadəcə bir yol var və o yolda Rusiya sülhməramlıları inzibati Qarabağın ərazilərinə doğru daha içəri çəkilir və Laçın dəhlizi də keçir Azərbaycan ordusunun nəzarətinə. İndiki dəhliz deyilən yerdə Azərbaycan sərhəd xidməti qurulur ki, bunun nümunəsini biz bir dəfə Gorus-Qafan yolunun Qubadlıdan keçən 21 km-lik hissəsində gördük. Eyni şeyi Laçın dəhlizində həyata keçirəcəklər. Əgər Zəngəzur dəhlizi açılmasa, onlar sadəcə bir yol versə, biz də yeni tikilən yolu veririk, proses ona doğru gedir. Amma dəhliz açılmalıdır. Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasının ictimai legitimliyini aparır. Erməni cəmiyyətinə aşılanır ki, Zəngəzur dəhlizi açılmasa, biz Qarabağdan əlimizi üzəcəyik. Bu da həqiqətdir”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Hamısı